Təhsil 365 - Logo Mobile

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilib

9801.05.2026 - 16:45
“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilib

Mayın 1-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi keçirilib. 

“Tehsil365“ xəbər verir ki, açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun sözlərinə görə, müasir dövrdə ictimai proseslərin düzgün və peşəkar şəkildə işıqlandırılması dövlət-media əməkdaşlığının əsas prioritet istiqamətlərindən birinə çevrilib.

Qeyd olunub ki, artıq üçüncü ildir, təşkil olunan Forum bu istiqamətdə səmərəli dialoq platforması olmaqla yanaşı, media subyektləri ilə dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə, cəmiyyətin dolğun və etibarlı informasiya ilə təminatına mühüm töhfə verir. Çıxış zamanı Azərbaycanın qlobal tədbirlərin işıqlandırılması sahəsində formalaşdırdığı peşəkar media təcrübəsinə diqqət çəkilərək WUF13 çərçivəsində də media və kommunikasiya fəaliyyətinin yüksək səviyyədə olacağına əminlik ifadə edilib, vurğulanıb ki, cari ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunması milli memarlıq irsi və şəhərsalma siyasəti ilə bağlı ictimai məlumatlandırma prosesinin daha da intensivləşdirilməsini zəruri edir.

Forumda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov bildirib ki, rəqəmsallaşma müasir dövrdə informasiya dövriyyəsinin sürətini və əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, media və kommunikasiya sahəsində innovativ yanaşmaların tətbiqini zəruri edən əsas amillərdən birinə çevrilib. Vurğulanıb ki, rəqəmsal transformasiya şəraitində etibarlı informasiya mühitinin qorunması, müasir kommunikasiya alətlərindən səmərəli istifadə və ictimai etimadın gücləndirilməsi media institutlarının qarşısında duran əsas prioritetlər sırasındadır.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında vurğulayıb ki, rəqəmsal transformasiya şəraitində media və təhsil institutları arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, media savadlılığının artırılması, gənclərdə sorğulayıcı düşüncə və rəqəmsal bacarıqların formalaşdırılması, eləcə də etibarlı informasiya mühitinin təşviqi müasir təhsil siyasətinin əsas
prioritetlərindəndir, bu baxımdan  insan kapitalının inkişafı, süni intellekt və innovasiya əsaslı yanaşmaların tətbiqi dayanıqlı inkişafın mühüm tərkib hissəsinə çevrilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov qeyd edib ki, ölkədə həyata keçirilən müasir şəhərsalma, yenidənqurma və bərpa layihələrinin sosial, iqtisadi və mədəni əhəmiyyətinin geniş auditoriyaya çatdırılması, eləcə də müvafiq sahədə ictimai məlumatlılığın artırılması media ilə dövlət qurumları arasında effektiv kommunikasiya mexanizmlərinin formalaşdırılmasını zəruri edir. O vurğulayıb ki, 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu mövzuda informasiya təminatının aktuallığını daha da artırmaqla yanaşı, şəhərsalma siyasətinin prioritetlərinin cəmiyyətə sistemli və ardıcıl şəkildə təqdim olunması üçün əlavə imkanlar yaradır.

Açılış mərasimində “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan, həmçinin ötən il keçirilmiş Forumun əsas məqamlarını əks etdirən videoçarxlar nümayiş olunub. 

Forum öz işini “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi”, “Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə” və “Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya” mövzularında panel sessiyalarla davam etdirib.

Mehriban İbadova

Xəbər Lenti

Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşf ediblər02.05.2026 - 07:38
Bu günə olan hava proqnozu 02.05.2026 - 07:18
Həmkarlar ittifaqı: Ofsted yoxlamaları məktəb direktorlarını “gərginlik həddinə” çatdırır02.05.2026 - 07:00
Sent-Endryus universitetində ənənəvi tədbir qalmaqalla gündəmə gəlib02.05.2026 - 06:36
Sussex Universiteti ətrafındakı qalmaqal ali təhsil sistemində narahatlıq yaradıb02.05.2026 - 06:18
Oksfordda 185 milyon funtluq yeni humanitar elmlər mərkəzi müzakirələr yaradıb02.05.2026 - 06:00
Xalq rəssamı Tokay Məmmədovun anım günüdür02.05.2026 - 05:42
Xalq artisti Nazim Rzayevin anım günüdür02.05.2026 - 05:18
Maarifçi Hənifə Məlikova-Abayevanın anım günüdür02.05.2026 - 05:06
Diplomat Hafiz Paşayevin doğum günüdür02.05.2026 - 04:54
Dövlət xadimi Yunis Rzayevin doğum günüdür02.05.2026 - 04:36
Əməkdar artist Ətayə Əliyevanın doğum günüdür02.05.2026 - 04:18
Azərbaycanın əməkdar artisti Məmməd Sadıqovun anım günüdür02.05.2026 - 04:00
AzMİU-da VII Karyera Sərgisi: kadr seçimi və əməkdaşlıq modeli01.05.2026 - 19:54
Məktəblilər RFO-dan gümüş və bürünc medal qazanıblar01.05.2026 - 19:46
DİM-də işə qəbul imtahanı keçirilib01.05.2026 - 19:38
Kollec tələbələri BMU ilə tanış olublar01.05.2026 - 19:32
Nazir Qaxda vətəndaşları qəbul edəcək01.05.2026 - 19:25
Dövlət qulluqçuları üçün təlimlər keçirilib01.05.2026 - 19:16
DİM: 326 nəfər imtahana gəlməyib01.05.2026 - 19:08
“Bakı Marafonu 2026” ilə əlaqədar 30 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək01.05.2026 - 19:00
“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib01.05.2026 - 18:55
“Azərbaycançılıq: tarixdən müasirliyə” layihəsinin icrasına başlanılıb01.05.2026 - 18:54
Xankəndi şəhərində intellektual festival01.05.2026 - 18:53
“Azərbaycan xalçaçılığının inciləri” layihəsi milli irslə bağlı yeni tədqiqatlar təqdim edib01.05.2026 - 18:50
Şəhid kəşfiyyatçıya həsr edilən "Zakirin essesi" filmi təqdim olunub01.05.2026 - 18:48
“Euronews” Azərbaycan cazı haqqında reportaj yayımlayıb01.05.2026 - 18:46
Ölkəmizdə vərəmlə mübarizə tədbirləri gücləndirilir – yeni laboratoriya açılıb01.05.2026 - 18:45
Ankarada “Heydər Əliyev və Türk dünyası” mövzusunda müzakirələr aparılacaq01.05.2026 - 18:40
Bakıda II “Opera Günləri” “Koroğlu” ilə açılacaq, “Otello” ilə yekunlaşacaq01.05.2026 - 18:38
Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib01.05.2026 - 18:35
Opera və Balet Teatrı Sumqayıtda qastrol proqramı ilə çıxış edib01.05.2026 - 18:32
ABŞ-də məktəbə bıçaqlı hücum: 5 nəfər yaralandı01.05.2026 - 18:30
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub01.05.2026 - 18:25
Muraz Məmmədov: Son iki ildə attestasiya olunan müəllimlərin 70 faizdən çoxu uğurlu nəticə göstərib01.05.2026 - 18:24
Sabah 26 dərəcə isti olacaq01.05.2026 - 18:20
Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu01.05.2026 - 18:16
Azərbaycanda yeni virus yayılıb? - Açıqlama01.05.2026 - 18:15
Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdi01.05.2026 - 18:10
NDU-da “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika Elmi Konfransı işə başlayıb01.05.2026 - 18:08
Milli təhlükəsizlik mütəxəssisi Rəşad Rza: “Təhlükəsizlik maarifləndirilməsi bağçadan başlamalıdır”01.05.2026 - 18:00
Kompüterdə işləyənlər üçün göz xəstəlikləri riski: Quru göz sindromu və miopiyadan necə qorunmalı?01.05.2026 - 17:55
Dövlət Xidməti həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı təşkil edib01.05.2026 - 17:52
Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır: Toqquşma riski varmı?01.05.2026 - 17:45
İqtisadiyyat və Humanitar Kollecin tələbələri BMU ilə tanış olublar01.05.2026 - 17:44
ADU-da “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı tələbə-şagird elmi konfransının açılışı olub01.05.2026 - 17:36
Tələbələrin könüllülük proqramında iştirakına dair infosessiya keçirilib01.05.2026 - 17:35
BDU-da təqdimat: Səngəçal karvansarası - Böyük İpək Yolunun unikal abidəsi01.05.2026 - 17:26