Təhsil 365 - Logo Mobile

LDU ilə Zaqreb Universiteti arasında əməkdaşlıq genişlənir

9701.05.2026 - 17:25
LDU ilə Zaqreb Universiteti arasında əməkdaşlıq genişlənir

Xorvatiya Respublikasının Zaqreb Universitetinin Baytarlıq fakültəsinin dekanı Prof. Dr. Marko Samardžija və dekan müavini Prof. Dr. Gordana Gregurić Gračner Lənkəran Dövlət Universitetinə (LDU) səfər edib.

“Tehsil365“ xəbər verir ki,bu barədə LDU-dan məlumat verilib.

Bildirilib ki, xorvatiyalı qonaqları Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov qəbul edib. Görüş zamanı ali təhsil müəssisələri arasında beynəlxalq akademik əməkdaşlığın inkişaf perspektivləri, baytarlıq təhsili və elmi-tədqiqat sahəsində qarşılıqlı fəaliyyət imkanları, müasir tədris yanaşmalarının tətbiqi, eləcə də beynəlxalq elmi inteqrasiyanın gücləndirilməsi məsələləri müzakirə edilib.

Səfər proqramı yaddaqalan görüşlərlə zəngin olub. LDU-nun professor-müəllim-tələbə heyəti ilə dəyirmi masa ətrafında akademik müzakirələr aparılıb, hər iki universitetin fəaliyyəti, tədris və elmi istiqamətləri barədə təqdimatlar edilib. Xorvatiyalı qonaqlar LDU-nun Baytarlıq klinikası, buranın maddi-texniki bazası, praktik imkanları ilə tanış olublar.

Səfər çərçivəsində tələbələrlə görüş keçirilib, beynəlxalq təhsil imkanları ilə bağlı fikir mübadiləsi aparılıb. Lənkəran Dövlət Universitetinin Tədris və Keyfiyyət Təminatı şöbəsinin fəaliyyəti, tədrisin keyfiyyətinin yüksəldilməsi, qiymətləndirmə sistemləri və beynəlxalq standartlara uyğunlaşdırma istiqamətində aparılan işlər qonaqlarda xoş təəssürat yaradıb. LDU-nun aqrar təcrübə bazası, sitrus bağı ilə tanışlıq da qonaqların ürəyincə olub. Tələbələrin təqdim etdiyi konsert proqramı xorvatiyalı qonaqlar tərəfindən maraqla qarşılanıb.

Səfər LDU-nun və Zaqreb Universitetinin Baytarlıq fakültələri arasında əməkdaşlığa dair müqavilənin imzalanması ilə yaddaqalan olub. İmzalanmış əməkdaşlıq sənədi tələbə və professor-müəllim heyətinin akademik mobilliyinin təşviq olunmasını, qarşılıqlı tələbə və müəllim mübadiləsi proqramlarının həyata keçirilməsini, birgə elmi-tədqiqat layihələrinin hazırlanmasını, beynəlxalq seminar, simpozium və konfransların təşkilini, həmçinin baytarlıq elminin aktual istiqamətləri üzrə təcrübə və bilik mübadiləsinin genişləndirilməsini nəzərdə tutur.

Sonda xatirə hədiyyələri təqdim edilib.

Mehriban İbadova

Xəbər Lenti

Sent-Endryus universitetində ənənəvi tədbir qalmaqalla gündəmə gəlib02.05.2026 - 06:36
Sussex Universiteti ətrafındakı qalmaqal ali təhsil sistemində narahatlıq yaradıb02.05.2026 - 06:18
Oksfordda 185 milyon funtluq yeni humanitar elmlər mərkəzi müzakirələr yaradıb02.05.2026 - 06:00
Xalq rəssamı Tokay Məmmədovun anım günüdür02.05.2026 - 05:42
Xalq artisti Nazim Rzayevin anım günüdür02.05.2026 - 05:18
Maarifçi Hənifə Məlikova-Abayevanın anım günüdür02.05.2026 - 05:06
Diplomat Hafiz Paşayevin doğum günüdür02.05.2026 - 04:54
Dövlət xadimi Yunis Rzayevin doğum günüdür02.05.2026 - 04:36
Əməkdar artist Ətayə Əliyevanın doğum günüdür02.05.2026 - 04:18
Azərbaycanın əməkdar artisti Məmməd Sadıqovun anım günüdür02.05.2026 - 04:00
AzMİU-da VII Karyera Sərgisi: kadr seçimi və əməkdaşlıq modeli01.05.2026 - 19:54
Məktəblilər RFO-dan gümüş və bürünc medal qazanıblar01.05.2026 - 19:46
DİM-də işə qəbul imtahanı keçirilib01.05.2026 - 19:38
Kollec tələbələri BMU ilə tanış olublar01.05.2026 - 19:32
Nazir Qaxda vətəndaşları qəbul edəcək01.05.2026 - 19:25
Dövlət qulluqçuları üçün təlimlər keçirilib01.05.2026 - 19:16
DİM: 326 nəfər imtahana gəlməyib01.05.2026 - 19:08
“Bakı Marafonu 2026” ilə əlaqədar 30 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək01.05.2026 - 19:00
“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib01.05.2026 - 18:55
“Azərbaycançılıq: tarixdən müasirliyə” layihəsinin icrasına başlanılıb01.05.2026 - 18:54
Xankəndi şəhərində intellektual festival01.05.2026 - 18:53
“Azərbaycan xalçaçılığının inciləri” layihəsi milli irslə bağlı yeni tədqiqatlar təqdim edib01.05.2026 - 18:50
Şəhid kəşfiyyatçıya həsr edilən "Zakirin essesi" filmi təqdim olunub01.05.2026 - 18:48
“Euronews” Azərbaycan cazı haqqında reportaj yayımlayıb01.05.2026 - 18:46
Ölkəmizdə vərəmlə mübarizə tədbirləri gücləndirilir – yeni laboratoriya açılıb01.05.2026 - 18:45
Ankarada “Heydər Əliyev və Türk dünyası” mövzusunda müzakirələr aparılacaq01.05.2026 - 18:40
Bakıda II “Opera Günləri” “Koroğlu” ilə açılacaq, “Otello” ilə yekunlaşacaq01.05.2026 - 18:38
Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib01.05.2026 - 18:35
Opera və Balet Teatrı Sumqayıtda qastrol proqramı ilə çıxış edib01.05.2026 - 18:32
ABŞ-də məktəbə bıçaqlı hücum: 5 nəfər yaralandı01.05.2026 - 18:30
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub01.05.2026 - 18:25
Muraz Məmmədov: Son iki ildə attestasiya olunan müəllimlərin 70 faizdən çoxu uğurlu nəticə göstərib01.05.2026 - 18:24
Sabah 26 dərəcə isti olacaq01.05.2026 - 18:20
Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu01.05.2026 - 18:16
Azərbaycanda yeni virus yayılıb? - Açıqlama01.05.2026 - 18:15
Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdi01.05.2026 - 18:10
NDU-da “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika Elmi Konfransı işə başlayıb01.05.2026 - 18:08
Milli təhlükəsizlik mütəxəssisi Rəşad Rza: “Təhlükəsizlik maarifləndirilməsi bağçadan başlamalıdır”01.05.2026 - 18:00
Kompüterdə işləyənlər üçün göz xəstəlikləri riski: Quru göz sindromu və miopiyadan necə qorunmalı?01.05.2026 - 17:55
Dövlət Xidməti həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı təşkil edib01.05.2026 - 17:52
Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır: Toqquşma riski varmı?01.05.2026 - 17:45
İqtisadiyyat və Humanitar Kollecin tələbələri BMU ilə tanış olublar01.05.2026 - 17:44
ADU-da “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı tələbə-şagird elmi konfransının açılışı olub01.05.2026 - 17:36
Tələbələrin könüllülük proqramında iştirakına dair infosessiya keçirilib01.05.2026 - 17:35
BDU-da təqdimat: Səngəçal karvansarası - Böyük İpək Yolunun unikal abidəsi01.05.2026 - 17:26
NDU-nun tələbələri Çində doktorantura təhsili alacaqlar01.05.2026 - 17:15
Aprelin 5-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər 300 bal toplayıb01.05.2026 - 17:14