Bu gün Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar artisti Məmməd Əhməd oğlu Sadıqovun anım günüdür.
“Tehsil365” xəbər verir ki, 1913-cü il mayın 2-də Bakıda anadan olan aktyor uzun illər Azərbaycan teatr və kino sənətinin inkişafına töhfələr verib. Səhnədə yaratdığı yaddaqalan obrazlar və ekran işlərindəki uğurlu rolları ilə tamaşaçıların rəğbətini qazanıb.
Məmməd Sadıqov 1943-cü ildə “Azərbaycan SSR əməkdar artisti” fəxri adına layiq görülüb. O, həm teatr səhnəsində, həm də kino sahəsində peşəkar fəaliyyəti ilə sənətsevərlərin yaddaşında xüsusi yer tutub.
Görkəmli aktyor 1987-ci il mayın 28-də Bakıda vəfat edib. Onun sənət irsi Azərbaycan mədəniyyət tarixində dəyərli səhifələrdən biri hesab olunur.

