Təhsil 365 - Logo Mobile

Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib

8101.05.2026 - 18:35
Vatikanda Heydər Əliyev Fondu ilə birgə layihələrin təqdimatına həsr olunan tədbir keçirilib

Aprelin 30-da Vatikanda Kançelleriya Sarayında Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı mərasimi olub.

Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, Müqəddəs Taxt-Tacın və İtaliyanın rəsmi şəxslərinin, elmi, siyasi və ictimai xadimlərin, Vatikan və İtaliyanın diplomatik korpusunun nümayəndələrinin iştirak etdiyi tədbirdə Heydər Əliyev Fondu ilə Vatikan arasındakı əməkdaşlığın tarixi və 2012-ci ildən etibarən həyata keçirilən layihələr barədə məlumat verilib.

Həmçinin bu layihələri əhatə edən "Mədəniyyətlər körpüsü" ("Pontes Culturae") kitabı, eləcə də Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında ötən illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərini, Heydər Əliyev Fondunun Vatikandakı mədəni-humanitar təşəbbüslərini, həmçinin tarixi və dini irs nümunələrinin bərpası istiqamətində görülmüş işləri əks etdirən sənədli film təqdim olunub.

"Mədəniyyətlər körpüsü" nəşri Heydər Əliyev Fondu, Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası və Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi tərəfindən hazırlanıb. Kitabın ilk nüsxəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2025-ci ilin oktyabrında Vatikana səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşü zamanı təqdim edilmişdi.

Təqdim olunan nəşr və sənədli filmdə Azərbaycan və Vatikan arasında əlaqələrin tarixi, iki dövlət arasında münasibətlərin inkişafında ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Vatikana ilk rəsmi səfərinin rolu, Azərbaycan və Müqəddəs Taxt-Tac ilə əməkdaşlıq, mədəniyyətlər və dinlərarası dialoqun genişlənməsinə yönələn qarşılıqlı rəsmi səfərlər barədə məlumat verilir. Həmçinin Heydər Əliyev Fondunun 2012-ci ildən Vatikanda həyata keçirdiyi layihələrin əhəmiyyəti qeyd olunur. Nəşr və sənədli filmdə Fondun Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası ilə katakombaların bərpası, Vatikan Apostol Kitabxanası ilə əlyazmaların rəqəmsallaşdırılması, Vatikan muzeylərində, eyni zamanda Müqəddəs Pyotr Kilsəsi və Müqəddəs Pavel Bazilikasında bərpa işləri, Müqəddəs Taxt-Tacın Bambino Gesu pediatrik xəstəxanası ilə əməkdaşlıq layihələri öz əksini tapıb.

Tədbir zamanı iki ölkə arasında əməkdaşlığın dərinləşməsi istiqamətində həyata keçirilən siyasətə və görülmüş işlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub.

Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən indiyədək dünyanın müxtəlif regionlarında, o cümlədən Vatikanda mədəni və dini irsin qorunmasına yönələn çoxsaylı layihələr həyata keçirilib. Vurğulanıb ki, bu layihələr yalnız memarlıq abidələrinin bərpası ilə məhdudlaşmır, eyni zamanda, bəşəriyyətin ortaq yaddaşına hörmətin ifadəsi, keçmişlə gələcək arasında mənəvi dialoqun qurulması və ümumbəşəri dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Pasquale Yakobone Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib. Bildirilib ki, Vatikanla əməkdaşlıq 2012-ci ildə imzalanmış ilk sazişlə başlayıb və sonrakı illərdə mərhələli şəkildə genişlənərək Müqəddəs Marselino və Pyotr katakombalarının, eləcə də Müqəddəs Sebastian katakombasının bərpası və ictimaiyyət üçün açılması ilə davam etdirilib. 2016-cı, 2018-ci və 2021-ci illərdə imzalanan sazişlər bu əməkdaşlığın daha da möhkəmlənməsinə və davamlı xarakter almasına töhfə verib.

Bildirilib ki, həyata keçirilən layihələr təkcə Roma və ya katolik kilsəsi üçün deyil, bütövlükdə bəşəriyyətin ortaq irsi hesab olunur və bu baxımdan qorunması, gələcək nəsillərə ötürülməsi mühüm əhəmiyyət daşıyır. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və restavrasiya işləri nəticəsində yalnız abidələrin qorunması deyil, eyni zamanda elmi-tədqiqat və texnoloji sahədə də irəliləyişlər əldə olunub. Restavrasiya prosesində yeni metodların tətbiqi və əldə olunan nəticələr akademik araşdırmaların inkişafına da töhfə verib.

Apostol Kitabxanasının və Arxivlərinin rəhbəri Covanni Çezare Paqatzi çıxışında kitabxana və arxivlərin yalnız elmi-tədqiqat mərkəzləri deyil, eyni zamanda, müxtəlif mədəniyyətlər və xalqlar arasında dialoq yaradan mühüm platforma olduğunu vurğulayıb. Bildirilib ki, bu institutlarda qorunan sənədlər və əlyazmalar bəşəriyyətin ortaq yaddaşını əks etdirir və alimləri ümumi dəyərlər ətrafında birləşdirir.

Qeyd olunub ki, bu qurumlar Müqəddəs Taxt-Tacın birbaşa himayəsində olmaqla yanaşı, həm də "sülh məkanı" rolunu oynayır. Vurğulanıb ki, bu cür mədəniyyət ocaqlarına göstərilən dəstək əslində sülhə və qarşılıqlı anlaşmaya töhfə deməkdir.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxışında Fondun tarixi abidələrin bərpası sahəsində fəaliyyətini və bu layihələrin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın aparıcı rolunu qeyd edib. O vurğulayıb ki, Vatikanla əməkdaşlığın davamı olaraq, Vatikanın Müqəddəs Pavel Bazilikasında yerləşən dörd abidənin bərpası ilə bağlı yeni müqavilələr imzalanıb və yaxın gələcəkdə bərpa və restavrasiya olunmuş abidələrin yerli qurumların iştirakı ilə təqdimatı planlaşdırılır. Anar Ələkbərov, həmçinin qeyd edib ki, Heydər Əliyev Fondu yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində mədəni irsin qorunması istiqamətində layihələr həyata keçirir və bu sahədə fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur.

Daha sonra Heydər Əliyev Fondunun yəhudilik, xristianlıq və İslam dinlərinə həsr edilmiş "Səmavi dinlər" layihəsi çərçivəsində ərsəyə gətirilmiş triptix xalça kompozisiyası nümayiş olunub. Hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini - sülhü, mərhəməti və ədaləti ifadə edir. Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür.

Fatimə Cəfərzadə

Xəbər Lenti

AzMİU-da VII Karyera Sərgisi: kadr seçimi və əməkdaşlıq modeli01.05.2026 - 19:54
Məktəblilər RFO-dan gümüş və bürünc medal qazanıblar01.05.2026 - 19:46
DİM-də işə qəbul imtahanı keçirilib01.05.2026 - 19:38
Kollec tələbələri BMU ilə tanış olublar01.05.2026 - 19:32
Nazir Qaxda vətəndaşları qəbul edəcək01.05.2026 - 19:25
Dövlət qulluqçuları üçün təlimlər keçirilib01.05.2026 - 19:16
DİM: 326 nəfər imtahana gəlməyib01.05.2026 - 19:08
“Bakı Marafonu 2026” ilə əlaqədar 30 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək01.05.2026 - 19:00
“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib01.05.2026 - 18:55
“Azərbaycançılıq: tarixdən müasirliyə” layihəsinin icrasına başlanılıb01.05.2026 - 18:54
Xankəndi şəhərində intellektual festival01.05.2026 - 18:53
“Azərbaycan xalçaçılığının inciləri” layihəsi milli irslə bağlı yeni tədqiqatlar təqdim edib01.05.2026 - 18:50
Şəhid kəşfiyyatçıya həsr edilən "Zakirin essesi" filmi təqdim olunub01.05.2026 - 18:48
“Euronews” Azərbaycan cazı haqqında reportaj yayımlayıb01.05.2026 - 18:46
Ölkəmizdə vərəmlə mübarizə tədbirləri gücləndirilir – yeni laboratoriya açılıb01.05.2026 - 18:45
Ankarada “Heydər Əliyev və Türk dünyası” mövzusunda müzakirələr aparılacaq01.05.2026 - 18:40
Bakıda II “Opera Günləri” “Koroğlu” ilə açılacaq, “Otello” ilə yekunlaşacaq01.05.2026 - 18:38
Opera və Balet Teatrı Sumqayıtda qastrol proqramı ilə çıxış edib01.05.2026 - 18:32
ABŞ-də məktəbə bıçaqlı hücum: 5 nəfər yaralandı01.05.2026 - 18:30
TƏBİB-in tabeli tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub01.05.2026 - 18:25
Muraz Məmmədov: Son iki ildə attestasiya olunan müəllimlərin 70 faizdən çoxu uğurlu nəticə göstərib01.05.2026 - 18:24
Sabah 26 dərəcə isti olacaq01.05.2026 - 18:20
Şəhər mühitində mədəni irs və müasir incəsənət dialoqu01.05.2026 - 18:16
Azərbaycanda yeni virus yayılıb? - Açıqlama01.05.2026 - 18:15
Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdi01.05.2026 - 18:10
NDU-da “Çağdaş Azərbaycan dilinin aktual problemləri” mövzusunda IV Respublika Elmi Konfransı işə başlayıb01.05.2026 - 18:08
Milli təhlükəsizlik mütəxəssisi Rəşad Rza: “Təhlükəsizlik maarifləndirilməsi bağçadan başlamalıdır”01.05.2026 - 18:00
Kompüterdə işləyənlər üçün göz xəstəlikləri riski: Quru göz sindromu və miopiyadan necə qorunmalı?01.05.2026 - 17:55
Dövlət Xidməti həqiqi hərbi xidmətə və mülki işə qəbulla bağlı test imtahanı təşkil edib01.05.2026 - 17:52
Nəhəng asteroid sürətlə Yerə yaxınlaşır: Toqquşma riski varmı?01.05.2026 - 17:45
İqtisadiyyat və Humanitar Kollecin tələbələri BMU ilə tanış olublar01.05.2026 - 17:44
ADU-da “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı tələbə-şagird elmi konfransının açılışı olub01.05.2026 - 17:36
Tələbələrin könüllülük proqramında iştirakına dair infosessiya keçirilib01.05.2026 - 17:35
BDU-da təqdimat: Səngəçal karvansarası - Böyük İpək Yolunun unikal abidəsi01.05.2026 - 17:26
LDU ilə Zaqreb Universiteti arasında əməkdaşlıq genişlənir01.05.2026 - 17:25
NDU-nun tələbələri Çində doktorantura təhsili alacaqlar01.05.2026 - 17:15
Aprelin 5-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər 300 bal toplayıb01.05.2026 - 17:14
Professor Nadir Məmmədli: Ana dilinin inkişafı elmi müəssisələrin fəaliyyəti ilə birbaşa bağlıdır01.05.2026 - 17:06
Universitetlərarası Süni İntellekt Mərkəzi yaradılır01.05.2026 - 17:05
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri beynəlxalq sertifikat əldə ediblər01.05.2026 - 16:59
“Microsoft”un təhsil rəhbəri: “Copilot” müəllimlərin iş yükünü azaldır01.05.2026 - 16:55
“İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilib01.05.2026 - 16:45
Kollec tələbələri UNEC-in tədris mühiti ilə tanış olublar01.05.2026 - 16:35
Süni intellektlə 220 minlik dil bazası yaradılıb01.05.2026 - 16:25
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edəcək01.05.2026 - 16:15
“Çağdaş Azərbaycan dilinin aktual problemləri” elmi konfransda müzakirə edilib01.05.2026 - 16:05
Buraxılış imtahanında 8 nəfər maksimum bal toplayıb – SİYAHI01.05.2026 - 15:59