Bu gün Azərbaycanın ilk maarifçi qadınlarından biri olan Hənifə Aslanbəy qızı Məlikova-Abayevanın anım günüdür.
“Tehsil365” xəbər verir ki, Hənifə Məlikova-Abayeva 1856-cı il mayın 5-də Nalçikdə anadan olub. O, Azərbaycan qadınlarının maariflənməsi və cəmiyyət həyatında fəal iştirak etməsi istiqamətində mühüm xidmətlər göstərib.
Maarifçi fəaliyyəti ilə tanınan Hənifə xanım görkəmli ziyalı və publisist Həsən bəy Zərdabinin həyat yoldaşı olub. O, ailəsi ilə birlikdə milli maarifçilik ideyalarının yayılmasına və təhsilin inkişafına dəstək verib.
Hənifə Məlikova-Abayeva 1929-cu il mayın 2-də Bakıda vəfat edib. Onun fəaliyyəti Azərbaycan maarifçilik tarixində xüsusi yer tutur.

