Xəzərdə zəlzələ olub.
“Tehsil365” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
3 maqnitudalı yeraltı təkan yerli vaxtla 09:50 baş verib. Zəlzələ 27 km dərinlikdə qeydə alınıb.

