Təhsil 365 - Logo Mobile

İncəsənət Muzeyində “İlmələrdə yaşayan tariximiz” sərgisi açılıb

10302.05.2026 - 12:25
İncəsənət Muzeyində “İlmələrdə yaşayan tariximiz” sərgisi açılıb

Mayın 2-də Azərbaycan Milli İncəsənət Muzeyində Qərbi Azərbaycanın Göyçə və Qaraqoyunlu bölgələrinə aid “İlmələrdə yaşayan tariximiz” adlı sərginin açılış mərasimi keçirilib.

“Tehsil365” xəbər verir ki, 5 May – Xalçaçı Gününə həsr olunmuş sərginin açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Çəmbərək rayon icmasının sədri Əvəz Ələkbərov, icmanın qadınlarla iş üzrə məsul şəxsi Aynurə Məhəmmədova, Qərbi Azərbaycan İcmasının (QAİ) sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və digər çıxış edənlər sərginin önəmindən söz açıblar. Qeyd olunub ki, təqdim olunan xalçalar yalnız dekorativ-tətbiqi sənət nümunəsi deyil, həm də Qərbi Azərbaycanın tarixi yaddaşını, mədəni kimliyini və məişət ənənələrini yaşadan qiymətli irs nümunələridir. Bu cür sərgilər Azərbaycan mədəni izlərinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, xalçaçılıq sənətinin qadın yaradıcılığı ilə sıx bağlı olduğu və bu ənənənin yaşadılmasının milli irsin davamlılığı üçün xüsusi rol oynadığı diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində musiqi nömrələri təqdim olunub, “Xəzri” rəqs qrupu çıxış edib.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərginin ekspozisiyasını Göyçə və Qaraqoyunlu bölgələrinə aid, vaxtilə həmin ərazilərdə yaşayan azərbaycanlı qadınlar tərəfindən toxunmuş xalçalar təşkil edir. Bu xalçalar 1987–1991-ci illərdə baş vermiş son deportasiya dalğası zamanı soydaşlarımız tərəfindən ən dəyərli və müqəddəs əşyalar kimi qorunaraq Azərbaycana gətirilib, bu günədək milli irsimizin canlı nümunəsi kimi yaşadılıb.

Təqdim olunan xalçalar əsasən İrəvan xalçaçılıq məktəbinə aid olsa da, onların ornament və naxış sistemində Gəncə, Qazax və Naxçıvan xalçaçılıq məktəblərinə xas bədii xüsusiyyətlər də aydın şəkildə hiss olunur. Xalçalarda istifadə olunan həndəsi elementlər, simvollar və kompozisiya quruluşu milli kimliyimizin dərin qatlarını əks etdirir.

Sərgidə nümayiş olunan nümunələrdə Göyçə və Qaraqoyunlu bölgələrinin zəngin təbiəti də öz bədii ifadəsini tapır. Xalça ornamentlərində əks olunan nərgiz, bənövşə və lalə motivləri həmin ərazilərin estetik ruhunu və yaddaşını bu günə qədər yaşadır.

Mayın 3-dək davam edəcək sərgi ziyarətçilərə Qərbi Azərbaycanın zəngin xalçaçılıq ənənələrini, bu sənətin daşıdığı tarixi yaddaşı və milli kimlik elementlərini yaxından tanımaq imkanı yaradır.

Zəhra Əliyeva

Xəbər Lenti

Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub02.05.2026 - 14:15
Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair sərginin açılışı olub02.05.2026 - 14:05
Qusarda yeni şahmat məktəbi açılıb02.05.2026 - 14:00
Sabah hava əsasən yağmursuz olacaq - Proqnoz02.05.2026 - 13:55
Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanları başlayıb02.05.2026 - 13:40
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub02.05.2026 - 13:25
Azərbaycan Basketbol Liqası: “Sabah” final seriyasının 2-ci oyununda da qələbə qazanıb02.05.2026 - 13:05
Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa ümum-Rusiya müsabiqəsinin qalibi olub02.05.2026 - 12:55
İçərişəhərdə sənət və ənənənin bayramı - Beynəlxalq Xalça Festivalı02.05.2026 - 12:40
Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edib02.05.2026 - 12:00
"TikTok"da tələbələr üçün yeni funksiya02.05.2026 - 09:57
BMU-da biznes və sahibkarlıq sahəsində karyera mövzusunda panel-müzakirə02.05.2026 - 09:40
BDU-da tələbələr üçün psixoloji təlim02.05.2026 - 09:25
ADU-da süni intellektə həsr olunmuş seminar keçirilib02.05.2026 - 09:08
Atırau Neft və Qaz Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da02.05.2026 - 08:55
AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır02.05.2026 - 08:40
Xəzərdə zəlzələ baş verib 02.05.2026 - 08:25
Məşhur general professor oldu02.05.2026 - 08:10
Hər gün süd içmək xərçəng riskini 17% azaldır02.05.2026 - 07:52
Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşf ediblər02.05.2026 - 07:38
Bu günə olan hava proqnozu 02.05.2026 - 07:18
Həmkarlar ittifaqı: Ofsted yoxlamaları məktəb direktorlarını “gərginlik həddinə” çatdırır02.05.2026 - 07:00
Sent-Endryus universitetində ənənəvi tədbir qalmaqalla gündəmə gəlib02.05.2026 - 06:36
Sussex Universiteti ətrafındakı qalmaqal ali təhsil sistemində narahatlıq yaradıb02.05.2026 - 06:18
Oksfordda 185 milyon funtluq yeni humanitar elmlər mərkəzi müzakirələr yaradıb02.05.2026 - 06:00
Xalq rəssamı Tokay Məmmədovun anım günüdür02.05.2026 - 05:42
Xalq artisti Nazim Rzayevin anım günüdür02.05.2026 - 05:18
Maarifçi Hənifə Məlikova-Abayevanın anım günüdür02.05.2026 - 05:06
Diplomat Hafiz Paşayevin doğum günüdür02.05.2026 - 04:54
Dövlət xadimi Yunis Rzayevin doğum günüdür02.05.2026 - 04:36
Əməkdar artist Ətayə Əliyevanın doğum günüdür02.05.2026 - 04:18
Azərbaycanın əməkdar artisti Məmməd Sadıqovun anım günüdür02.05.2026 - 04:00
AzMİU-da VII Karyera Sərgisi: kadr seçimi və əməkdaşlıq modeli01.05.2026 - 19:54
Məktəblilər RFO-dan gümüş və bürünc medal qazanıblar01.05.2026 - 19:46
DİM-də işə qəbul imtahanı keçirilib01.05.2026 - 19:38
Kollec tələbələri BMU ilə tanış olublar01.05.2026 - 19:32
Nazir Qaxda vətəndaşları qəbul edəcək01.05.2026 - 19:25
Dövlət qulluqçuları üçün təlimlər keçirilib01.05.2026 - 19:16
DİM: 326 nəfər imtahana gəlməyib01.05.2026 - 19:08
“Bakı Marafonu 2026” ilə əlaqədar 30 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək01.05.2026 - 19:00
“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib01.05.2026 - 18:55
“Azərbaycançılıq: tarixdən müasirliyə” layihəsinin icrasına başlanılıb01.05.2026 - 18:54
Xankəndi şəhərində intellektual festival01.05.2026 - 18:53
“Azərbaycan xalçaçılığının inciləri” layihəsi milli irslə bağlı yeni tədqiqatlar təqdim edib01.05.2026 - 18:50
Şəhid kəşfiyyatçıya həsr edilən "Zakirin essesi" filmi təqdim olunub01.05.2026 - 18:48
“Euronews” Azərbaycan cazı haqqında reportaj yayımlayıb01.05.2026 - 18:46
Ölkəmizdə vərəmlə mübarizə tədbirləri gücləndirilir – yeni laboratoriya açılıb01.05.2026 - 18:45