Təhsil 365 - Logo Mobile

Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa ümum-Rusiya müsabiqəsinin qalibi olub

10202.05.2026 - 12:55
Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa ümum-Rusiya müsabiqəsinin qalibi olub

Azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında Rusiyanın Sankt-Peterburq şəhərinin Krasnoselski 547 nömrəli tam orta məktəbin “Mir na ladoşke” teatrında hazırlanmış eyniadlı tamaşa ümum-Rusiya yaradıcılıq müsabiqəsində I yerə layiq görülüb.

Bu barədə “Tehsil365” ə yazıçı məlumat verib.

Səhnə əsəri Rusiya Federasiyasında həyata keçirilən “Gənclər və uşaqlar” milli layihəsi çərçivəsində Moskva “Pedaqoji Layihələrin Elmi-Tədris Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilati tərəfindən təşkil olunan “Gənclik. Yaradıcılıq. Bahar” ümum-Rusiya uşaq və gənclərin yaradıcılıq müsabiqəsinə təqdim edilib. Tamaşa peşəkar münsiflər heyəti tərəfindən yüksək bədii tərtibatı və aktyor oyunu ilə seçilərək, 93 balla qiymətləndirilib və müsabiqənin qalibi elan edilərək I dərəcəli diploma layiq görülüb.

Eyni zamanda, teatrın rəhbəri, tamaşanın quruluşçu rejissoru Marina Strelsova, eləcə də “TOPJAM” breykinq studiyasının rəhbəri Maksim Şaxov aktyorların yüksək səviyyədə hazırlanmasına görə xüsusi mükafatlarla təltif olunublar.

Qeyd edək ki, “Pis uşaqlar planeti” pyesi son illərdə Rusiyanın müxtəlif bölgələrində, o cümlədən Vıborq, Yamal və Omsk şəhərlərində, eləcə də Sankt-Peterburqun digər təhsil ocağı olan Nevski 707 nömrəli orta məktəbdə səhnələşdirilərək tamaşaçılara təqdim olunub.

Zəhra Əliyeva

Xəbər Lenti

Heydər Əliyev Mərkəzində "İz" sənədli filminin nümayişi olub02.05.2026 - 14:15
Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair sərginin açılışı olub02.05.2026 - 14:05
Qusarda yeni şahmat məktəbi açılıb02.05.2026 - 14:00
Sabah hava əsasən yağmursuz olacaq - Proqnoz02.05.2026 - 13:55
Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanları başlayıb02.05.2026 - 13:40
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub02.05.2026 - 13:25
Azərbaycan Basketbol Liqası: “Sabah” final seriyasının 2-ci oyununda da qələbə qazanıb02.05.2026 - 13:05
İçərişəhərdə sənət və ənənənin bayramı - Beynəlxalq Xalça Festivalı02.05.2026 - 12:40
İncəsənət Muzeyində “İlmələrdə yaşayan tariximiz” sərgisi açılıb02.05.2026 - 12:25
Moskva Dövlət Universitetinin Bakı filialı vakansiya elan edib02.05.2026 - 12:00
"TikTok"da tələbələr üçün yeni funksiya02.05.2026 - 09:57
BMU-da biznes və sahibkarlıq sahəsində karyera mövzusunda panel-müzakirə02.05.2026 - 09:40
BDU-da tələbələr üçün psixoloji təlim02.05.2026 - 09:25
ADU-da süni intellektə həsr olunmuş seminar keçirilib02.05.2026 - 09:08
Atırau Neft və Qaz Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da02.05.2026 - 08:55
AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır02.05.2026 - 08:40
Xəzərdə zəlzələ baş verib 02.05.2026 - 08:25
Məşhur general professor oldu02.05.2026 - 08:10
Hər gün süd içmək xərçəng riskini 17% azaldır02.05.2026 - 07:52
Alimlər beyin inkişafı və dağınıq sklerozla bağlı yeni kəşf ediblər02.05.2026 - 07:38
Bu günə olan hava proqnozu 02.05.2026 - 07:18
Həmkarlar ittifaqı: Ofsted yoxlamaları məktəb direktorlarını “gərginlik həddinə” çatdırır02.05.2026 - 07:00
Sent-Endryus universitetində ənənəvi tədbir qalmaqalla gündəmə gəlib02.05.2026 - 06:36
Sussex Universiteti ətrafındakı qalmaqal ali təhsil sistemində narahatlıq yaradıb02.05.2026 - 06:18
Oksfordda 185 milyon funtluq yeni humanitar elmlər mərkəzi müzakirələr yaradıb02.05.2026 - 06:00
Xalq rəssamı Tokay Məmmədovun anım günüdür02.05.2026 - 05:42
Xalq artisti Nazim Rzayevin anım günüdür02.05.2026 - 05:18
Maarifçi Hənifə Məlikova-Abayevanın anım günüdür02.05.2026 - 05:06
Diplomat Hafiz Paşayevin doğum günüdür02.05.2026 - 04:54
Dövlət xadimi Yunis Rzayevin doğum günüdür02.05.2026 - 04:36
Əməkdar artist Ətayə Əliyevanın doğum günüdür02.05.2026 - 04:18
Azərbaycanın əməkdar artisti Məmməd Sadıqovun anım günüdür02.05.2026 - 04:00
AzMİU-da VII Karyera Sərgisi: kadr seçimi və əməkdaşlıq modeli01.05.2026 - 19:54
Məktəblilər RFO-dan gümüş və bürünc medal qazanıblar01.05.2026 - 19:46
DİM-də işə qəbul imtahanı keçirilib01.05.2026 - 19:38
Kollec tələbələri BMU ilə tanış olublar01.05.2026 - 19:32
Nazir Qaxda vətəndaşları qəbul edəcək01.05.2026 - 19:25
Dövlət qulluqçuları üçün təlimlər keçirilib01.05.2026 - 19:16
DİM: 326 nəfər imtahana gəlməyib01.05.2026 - 19:08
“Bakı Marafonu 2026” ilə əlaqədar 30 müntəzəm marşrutun hərəkət sxemi dəyişdiriləcək01.05.2026 - 19:00
“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib01.05.2026 - 18:55
“Azərbaycançılıq: tarixdən müasirliyə” layihəsinin icrasına başlanılıb01.05.2026 - 18:54
Xankəndi şəhərində intellektual festival01.05.2026 - 18:53
“Azərbaycan xalçaçılığının inciləri” layihəsi milli irslə bağlı yeni tədqiqatlar təqdim edib01.05.2026 - 18:50
Şəhid kəşfiyyatçıya həsr edilən "Zakirin essesi" filmi təqdim olunub01.05.2026 - 18:48
“Euronews” Azərbaycan cazı haqqında reportaj yayımlayıb01.05.2026 - 18:46
Ölkəmizdə vərəmlə mübarizə tədbirləri gücləndirilir – yeni laboratoriya açılıb01.05.2026 - 18:45