Təhsil 365 - Logo Mobile

Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair sərginin açılışı olub

10502.05.2026 - 14:05
Bakıda Qərbi Azərbaycan xalçaçılığına dair sərginin açılışı olub

Milli İncəsənət Muzeyində Qərbi Azərbaycanın Göyçə və Qaraqoyunlu bölgələrinə aid "İlmələrdə yaşayan tariximiz" adlı sərginin açılış mərasimi keçirilib.

"Tehsil365" xəbər verir ki, tədbirdə Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Çəmbərək rayon icmasında qadınlarla iş üzrə məsul şəxs Aynurə Məhəmmədova, Çəmbərək İcmasının sədri, professor Əvəz Ələkbərov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli, İcmanın sədr müavini, deputat Hikmət Babaoğlu və Çəmbərək rayon icmasında mədəniyyət üzrə məsul şəxs Rüxsarə Adilqızı, Çəmbərək İcmasının beynəlxalq əlaqələr üzrə məsul şəxsi, Azərbaycan Dillər Universitetində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, dosent Həqiqət Hacıyeva, İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova və s. çıxış ediblər.

Qeyd olunub ki, təqdim olunan xalçalar yalnız dekorativ-tətbiqi sənət nümunəsi deyil, həm də Qərbi Azərbaycanın tarixi yaddaşını, mədəni kimliyini və məişət ənənələrini yaşadan qiymətli irs nümunələridir.

Bu cür sərgilərin Azərbaycan mədəni izlərinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Eyni zamanda, xalçaçılıq sənətinin qadın yaradıcılığı ilə sıx bağlı olduğu və bu ənənənin yaşadılmasının milli irsin davamlılığı üçün xüsusi rol oynadığı diqqətə çatdırılıb.

Xatırladaq ki, sərginin ekspozisiyasını Göyçə və Qaraqoyunlu bölgələrinə aid, vaxtilə həmin ərazilərdə yaşayan azərbaycanlı qadınlar tərəfindən toxunmuş xalçalar təşkil edir. Bu xalçalar 1987-1991-ci illərdə baş vermiş son deportasiya dalğası zamanı azərbaycanlılar tərəfindən ən dəyərli və müqəddəs əşyalar kimi qorunaraq Azərbaycana gətirilib, bu günədək milli irsin canlı nümunəsi kimi yaşadılıb.

Təqdim olunan xalçalar əsasən İrəvan xalçaçılıq məktəbinə aid olsa da, onların ornament və naxış sistemində Gəncə, Qazax və Naxçıvan xalçaçılıq məktəblərinə xas bədii xüsusiyyətlər də aydın şəkildə hiss olunur. Xalçalarda istifadə olunan həndəsi elementlər, simvollar və kompozisiya quruluşu milli kimliyin dərin qatlarını əks etdirir.

Sərgidə nümayiş olunan nümunələrdə Göyçə və Qaraqoyunlu bölgələrinin zəngin təbiəti də öz bədii ifadəsini tapır. Xalça ornamentlərində əks olunan nərgiz, bənövşə və lalə motivləri həmin ərazilərin estetik ruhunu və yaddaşını bu günə qədər yaşadır.

Sərgi ziyarətçilərə Qərbi Azərbaycanın zəngin xalçaçılıq ənənələrini, bu sənətin daşıdığı tarixi yaddaşı və milli kimlik elementlərini yaxından tanımaq imkanı yaradır.

Sərgi mayın 3-dək davam edəcək.

Zəhra Əliyeva

Xəbər Lenti

Laçında məktəblilərlə növbəti maarifləndirici görüş04.05.2026 - 19:54
Şamaxıdan olan xanımlar üçün Bakı Tekstil Fabrikinə ekskursiya04.05.2026 - 19:49
Gənclər təşkilatlarının nümayəndələri psixotrop maddələrdən istifadənin zərərləri barədə məlumatlandırılıblar04.05.2026 - 19:44
Qəbələ şəhərində WUF13 Festivalına start verilib04.05.2026 - 19:36
Ümummilli Liderin təhsil və gənclər siyasəti bu gün də uğurla davam etdirilir - Qarabağ Universitetində tədbir04.05.2026 - 19:28
GDU-nun tələbələri idman yarışlarının qalibi olub04.05.2026 - 19:21
Ümummilli Liderin müəyyən etdiyi ideoloji xətt ölkənin parlaq gələcəyinin təminatçısıdır04.05.2026 - 19:15
Azərbaycanda şəhərsalma və memarlığın inkişafı elmi müstəvidə təhlil edilib04.05.2026 - 19:08
Planşet və telefonla böyüyən uşaqlar hansı bacarıqları itirir? – Məktəbəqədər təhsil eksperti açıqladı04.05.2026 - 19:02
Rəqəmsal dövrdə dilin qorunması - ADU-da seminar04.05.2026 - 18:54
“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans04.05.2026 - 18:44
II Beynəlxalq Şah İsmayıl Xətai Konfransı işə başlayıb04.05.2026 - 18:36
Azərbaycan incəsənət nümayəndələri TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində ölkəmizi təmsil edib04.05.2026 - 18:28
Bakıda tatar şairi Qabdulla Tukayın 140 illiyi qeyd olunub04.05.2026 - 18:24
Ümrəyə getməzdən əvvəl bilməli olduğunuz 10 vacib məqam04.05.2026 - 18:20
Düşənbədə beynəlxalq rəqs festivalı: Azərbaycan milli irsi uğurla təqdim olunub04.05.2026 - 18:16
Çin alimləri yağış damcılarından elektrik enerjisi əldə etməyin yolunu tapdı04.05.2026 - 18:10
Ukraynada “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb04.05.2026 - 18:08
“Jurnalistika artıq əvvəlki kimi olmayacaq” – media üçün həyəcan siqnalı04.05.2026 - 18:05
Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verilib04.05.2026 - 18:04
Papa jurnalistləri yad etdi04.05.2026 - 18:00
Rasif Bağırov: “Xroniki iltihab ümumi bədən xəstəliyi deyil, ayrı-ayrı orqanlara aid olur”04.05.2026 - 17:59
Naxçıvan məktəblilərinin “Mədəniyyət Festivalı”04.05.2026 - 17:55
AzTV-də “Mediada rəqəmsal savadlılıq” təlimlərinə start verilib04.05.2026 - 17:55
Naxçıvan kitabxanaçıları Respublika Gənclər Kitabxanasında təcrübə mübadiləsi aparıblar04.05.2026 - 17:54
Nəzarətsiz süni intellektdən istifadə məlumat sızmalarına səbəb olur04.05.2026 - 17:50
Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edilib04.05.2026 - 17:46
Subbakalavrların qeydiyyatı başlayıb04.05.2026 - 17:45
Pentaqon ilk dəfə Al agentlərinə məxfi sənədlərlə işləməyə icazə verdi04.05.2026 - 17:40
Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi04.05.2026 - 17:38
Budapeştdə Azərbaycana həsr olunan “Mədəniyyət günü” keçirilib04.05.2026 - 17:35
TKTA tərəfindən iki ixtisas üzrə biliklər qiymətləndirilib04.05.2026 - 17:32
Türkiyədə azərbaycanlı tələbə qəzada öldü04.05.2026 - 17:30
Sertifikatlaşdırmanın 2-ci günündə 160 müəllim 51-60 bal toplayıb04.05.2026 - 17:25
Görkəmli dilçi-alim Tofiq Hacıyevin 90 illik yubileyi qeyd olunub04.05.2026 - 17:24
Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub - RƏSMİ04.05.2026 - 17:20
Türk dünyasının siyasi, mədəni və ideoloji yaxınlaşmasında Heydər Əliyevin strateji rolu04.05.2026 - 17:16
Tələbələr üçün “Siber köprü” layihəsi başladı04.05.2026 - 17:15
İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI04.05.2026 - 17:10
BDU-da idman turnirinə yekun vurulub04.05.2026 - 17:06
AzMİU və ADA Universiteti dizayn sahəsində əməkdaşlıq edəcək04.05.2026 - 17:05
Elm və təhsil sahəsində peşəkarlaşmaq istəyənlər üçün yeni proqram - Qeydiyyat başlayır04.05.2026 - 17:00
Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI04.05.2026 - 17:00
Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlandı04.05.2026 - 16:55
Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK04.05.2026 - 16:55
Kolleclərə bu ixtisas üzrə tələbə qəbulu dayandırılır04.05.2026 - 16:45
Kibertəhlükəsizlik mütəxəssisi Kamran Əsədullayev: “Süni intellekt həm müdafiə, həm də risk yaradan texnologiyadır”04.05.2026 - 16:45
Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrə sertifikat təqdim olunub 04.05.2026 - 16:35