Azərbaycan fotoqrafiya və mətbuat sahəsinin tanınmış nümayəndələrindən olan Akiv Ağayevin xatirəsi yad edilir.
“Tehsil365” xəbər verir ki, O, 3 may 1946-cı ildə Bakıda anadan olub, uzun illər fotoqraf və fotojurnalist kimi fəaliyyət göstərib.
Akiv Ağayev yaradıcılığı dövründə ölkənin ictimai-siyasi və mədəni həyatını əks etdirən çoxsaylı fotoların müəllifi olub. Onun çəkdiyi kadrlar müxtəlif qəzet və jurnallarda yayımlanaraq Azərbaycan fotojurnalistikasının inkişafına töhfə verib.
Fotojurnalist peşəsinə olan sevgisi və obyektiv baxışı ilə seçilən Akiv Ağayev sənətinə sadiq insan kimi xatırlanır. O, 30 mart 2008-ci ildə Bakıda vəfat edib.
Bu gün sənətkarın xatirəsi həmkarları və fotoqrafiya ictimaiyyəti tərəfindən ehtiramla anılır.

