Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Aqşin Əlizadənin xatirəsi ehtiramla anılır.
“Tehsil365” xəbər verir ki, O, 22 may 1937-ci ildə Bakıda anadan olub və Azərbaycan musiqi sənətinin inkişafında mühüm xidmətlər göstərib.
Aqşin Əlizadə yaradıcılığı boyu simfonik, kamera və səhnə əsərləri ilə milli musiqi mədəniyyətinə dəyərli töhfələr verib. Onun əsərləri peşəkar musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və müxtəlif səhnələrdə uğurla səsləndirilib.
Bəstəkar 1987-ci ildə “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülüb, 1978-ci ildə isə Azərbaycan SSR Dövlət Mükafatı ilə təltif edilib. O, həmçinin uzun illər pedaqoji fəaliyyət göstərərək gənc musiqiçilərin yetişməsində mühüm rol oynayıb və 1990-cı ildə professor adını alıb.
Aqşin Əlizadə 3 may 2014-cü ildə Bakıda vəfat edib. Bu gün sənətkarın zəngin yaradıcılığı və Azərbaycan musiqisinə verdiyi töhfələr minnətdarlıqla xatırlanır.

