Azərbaycanın kosmik sənayesinin inkişafında mühüm rol oynayan “Azərkosmos”un yaradılmasından 15 il ötür.
“Tehsil365” xəbər verir ki, Qurum 2010-cu ildə təsis edilib və ölkənin kosmik fəaliyyətinin formalaşdırılması istiqamətində mühüm addımlardan biri hesab olunur.
“Azərkosmos” fəaliyyətə başladığı gündən etibarən peyk idarəçiliyi, telekommunikasiya xidmətləri və Yer səthinin məsafədən müşahidəsi sahəsində layihələr həyata keçirib. Qurum Azərbaycanın beynəlxalq kosmik sənayedə tanınmasına və regional əməkdaşlığın genişlənməsinə töhfə verib.
Bu gün “Azərkosmos” ölkənin rəqəmsal və texnoloji inkişaf strategiyasının əsas iştirakçılarından biri kimi fəaliyyətini davam etdirir.

