Təhsil 365 - Logo Mobile

ABŞ-də xristianlar üçün məzmunu filtrləyən yeni mobil şəbəkə yaradılır

6303.05.2026 - 09:10
ABŞ-də xristianlar üçün məzmunu filtrləyən yeni mobil şəbəkə yaradılır

ABŞ-də daxili məzmun filtrləmə sistemi olan, xristianlar üçün nəzərdə tutulmuş yeni mobil şəbəkə hazırlanır.

“Tehsil365” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə hazırda sınaq mərhələsində olan və gələn həftə bütün ölkə üzrə istifadəyə verilməsi planlaşdırılan "Radiant Mobile" virtual operatorunun tərtibatçıları məlumat yayıblar.

Tərtibatçıların planına əsasən, bəzi kateqoriyalı materiallar istifadəçinin cihazına ümumiyyətlə yüklənməyəcək. Xüsusilə, seksual xarakterli məzmunun, o cümlədən şiddət, satanizm və "sektalarla" bağlı materialların bloklanması nəzərdə tutulur. Bununla belə, pornoqrafiya filtrini söndürmək mümkün olmayacaq, lakin digər məhdudiyyətləri istəyə uyğun tənzimləmək olar.

Şirkətin rəhbəri Pol Fişer bildirib ki, sözügedən layihə pornoqrafiya, LGBT və transseksuallıqla bağlı mövzulardan uzaq, xristian dəyərlərinə yönəlmiş mühitin yaradılması məqsədi daşıyır.

Tərtibatçılar, həmçinin internetin toksik bir mühit olduğunu vurğulayaraq məzmunun filtrlənməsinin tərəfdarı olduqlarını qeyd ediblər. Sistem saytların kateqoriyalara bölünməsi vasitəsilə işləyir: resurslar eyni anda bir neçə kateqoriyaya aid ola bilər və onlardan biri məhdudiyyətlər siyahısına düşərsə, həmin sayt bloklana bilər.

Şirkət şəbəkənin təşviqi üçün xristian bloqerləri cəlb edir və ölkə üzrə minlərlə kilsə ilə əməkdaşlıq edərək, istifadəçi abunəliklərindən əldə olunan gəlirin bir hissəsini onlara təklif edir.

Qeyd edək ki, ABŞ bazarında bu cür layihələr artıq mövcuddur. Məsələn, 2013-cü ildən etibarən özünü xristian və mühafizəkar provayder kimi təqdim edən, müvafiq hərəkatları dəstəkləyən "Patriot Mobile" operatoru fəaliyyət göstərir.

Zeynəb Quluyeva

Xəbər Lenti

ADU-da “Ən yaxşı tələffüz uğrunda” müsabiqəsinin ilk mərhələsi keçirilib03.05.2026 - 09:58
Finlandiyalı alimlər yaraların sağalması üçün yeni üsul kəşf ediblər03.05.2026 - 09:40
OYU-da “Şəxsi Brendini Qur: Özünü Tanı və Təqdim Et” təlimi03.05.2026 - 09:25
Bu meyvə şirəsi ürəyin dərmanıdır03.05.2026 - 08:50
BDU tədqiqatçıları “SciVal” platformasının strateji analiz alətləri ilə tanış olublar03.05.2026 - 08:34
“Xatirələrdə yaşayan xanım” adlı dəyirmi masa keçirilib03.05.2026 - 08:16
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi olacaq03.05.2026 - 08:00
"Dəyişən dünyada virtual diplomatiya" mövzusunda elmi seminar keçirilib03.05.2026 - 07:45
Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan keçiriləcək 03.05.2026 - 07:30
Bu günə olan hava proqnozu 03.05.2026 - 07:15
Qərb Şəriyəsində məktəblərə hücumlarla bağlı narahatlıq artır03.05.2026 - 07:00
Testlərdə sualların ucadan oxunması tələbələrin nəticələrinə necə təsir edir?03.05.2026 - 06:36
Müəllimlər üçün İnsan Resursları ofislərinin rolu diqqət mərkəzində03.05.2026 - 06:18
Film və seriallarda müəllim obrazları yenidən müzakirə olunur03.05.2026 - 06:00
Həmkarlar ittifaqı: Ofsted yoxlamaları məktəb direktorlarını ciddi təzyiq altında saxlayır03.05.2026 - 05:42
“Qarabağ”ın Azərbaycan Premyer Liqasındakı çempionluğundan 4 il ötür03.05.2026 - 05:18
“Azərkosmos”un yaradılmasından 15 il ötür03.05.2026 - 05:06
Xalq artisti Aqşin Əlizadənin xatirəsi yad edilir03.05.2026 - 04:54
Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun xatirəsi anılır03.05.2026 - 04:36
AXC xadimi Şəfi bəy Rüstəmbəylinin xatirəsi yad edilir03.05.2026 - 04:18
Fotojurnalist Akiv Ağayevin xatirəsi anılır03.05.2026 - 04:00
Ötən ay 200 mindən çox şəxs müxtəlif imtahanlarda iştirak edib02.05.2026 - 19:54
Təhsil işçilərinin rifahı bizim üçün prioritetdir - Araz Paşayev02.05.2026 - 19:45
Sertifikasiya imtahanı BAŞLADI02.05.2026 - 19:36
Direktorların işə qəbul nəticələri açıqlanıb02.05.2026 - 19:28
Güclü külək olacaq02.05.2026 - 19:18
Prezidentin ailə üzvləri Buta İncəsənət Məktəbində 02.05.2026 - 19:14
Birinci sinifdən "digər dildə" təhsil almaq istəyənlər...02.05.2026 - 19:00
Qazaxıstanda süni intellekt layihələrinə 95 milyon dollar investisiya cəlb edilib02.05.2026 - 18:56
Araz Paşayev: Apreldə 516 təhsil işçisi sanatoriyalara, 1000-dən çoxu turlara cəlb olunub02.05.2026 - 18:55
“Öz üzərində çalışan müəllim imtahandan rahat keçə bilər” - Naxçıvanda sertifikasiya02.05.2026 - 18:50
İctimai proseslərdə medianın roluna həsr olunan panel müzakirə keçirilib02.05.2026 - 18:48
Özbəkistanda keçirilən beynəlxalq folklor festivalında Azərbaycan da təmsil olunub02.05.2026 - 18:40
WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı 176-ya çatıb02.05.2026 - 18:36
İsveçdə Azərbaycan poeziyasından nümunələr səsləndirilib02.05.2026 - 18:30
WUF13: Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti mövcuddur02.05.2026 - 18:28
Fərqində olmadan enerjinizi tükədən vərdiş bəlli oldu02.05.2026 - 18:20
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib02.05.2026 - 18:16
Uşaqlıqda valideyn diqqətindən kənarda qalanların yaşadığı problemlər - Psixoloqlar açıqladı02.05.2026 - 18:10
Azərbaycan Rabatda Beynəlxalq Nəşriyyat və Kitab Sərgisində iştirak edir02.05.2026 - 18:08
"Vəfatından sonra gördüm ki, tarının simi qırılıb”02.05.2026 - 18:05
Yutub istifadəçilərinə sevindirici xəbər02.05.2026 - 18:00
Kompüter qarşısında işləyənlər üçün xəbərdarlıq02.05.2026 - 18:00
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq festivalda təmsil olunub02.05.2026 - 17:56
Bəzi məşhur oyuncaqların zəkaya mənfi təsiri açıqlanıb02.05.2026 - 17:55
Süni intellekt sizin sirlərinizdən öyrənir - yeni sxem necə işləyir?02.05.2026 - 17:55
Lənkəran Dövlət Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası keçirilib02.05.2026 - 17:50