Odlar Yurdu Universiteti-ndə tələbələrin şəxsi inkişafına yönəlmiş növbəti maarifləndirici tədbir uğurla həyata keçirilib. AIESEC təşkilatının təşəbbüsü ilə keçirilən “Şəxsi Brendini Qur: Özünü Tanı və Təqdim Et” adlı təlim universitetin konfrans zalında baş tutub.
“Tehsil365” xəbər verir ki, tədbir Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə reallaşdırılıb və müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə yadda qalıb. Təlimdə tələbələr mövzu ətrafında bilik və təcrübələrini artırmaq imkanı əldə ediblər.
Təlim çərçivəsində iştirakçılara şəxsi brendin formalaşdırılması, özünü düzgün təqdim etmə bacarıqları, karyera inkişafında effektiv kommunikasiya və fərdi imicin qurulması kimi vacib mövzular haqqında ətraflı məlumat verilib. İnteraktiv müzakirələr və praktiki nümunələr tədbirin daha səmərəli keçməsinə şərait yaradıb.

