Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsinin ikinci gününün I seansında ən yüksək nəticə göstərən müəllimlər müəyyənləşib.
Bu barədə “Tehsil365"ə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən test imtahanının həmin seansında bir qrup təhsilverən maksimum nəticə 60 bal toplayaraq yüksək göstərici ilə fərqlənib.

