Naxçıvan Muxtar Respublikasında sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə keçirilən test imtahanının ilk gününün nəticələri məlum olub.
“Tehsil365“ xəbər verir ki, imtahanda iştirak edən 753 təhsilverəndən 352-si, yəni 46,7 faizi 51–60 bal aralığında nəticə göstərib. Bu göstərici müəllimlərin əhəmiyyətli hissəsinin yüksək nəticə əldə etdiyini göstərir.
Ümumilikdə, imtahana cəlb olunan 760 müəllimdən 753-ü iştirak edib ki, bu da 99 faiz iştirak göstəricisi deməkdir.
Qeyd edək ki, sertifikatlaşdırma prosesi çərçivəsində 6 namizəd maksimum nəticə — 60 bal toplayaraq ən yüksək göstəriciyə nail olub.
Məlumat üçün bildirək ki, bu gün riyaziyyat, kimya və biologiya fənləri üzrə 612 təhsilverənin test imtahanında iştirakı nəzərdə tutulur.

