Fərrux Zeynalov Azərbaycanın dövlət idarəçiliyi sahəsində uzun illər fəaliyyət göstərmiş tanınmış siyasi xadimlərdən biri olub.
“Tehsil365” xəbər verir ki, O, 4 may 1942-ci ildə Bakının Bilgəh qəsəbəsində anadan olub, 13 yanvar 2022-ci ildə vəfat edib.
Fərrux Zeynalov müxtəlif illərdə ölkənin iqtisadi və dövlət idarəetmə sahələrində məsul vəzifələrdə çalışıb. O, 1992–1997-ci illərdə Azərbaycan Respublikasının Material Ehtiyatları Nazirliyi nəzdində material ehtiyatları naziri vəzifəsini icra edib. Həmin dövrdə ölkənin iqtisadi və strateji ehtiyatlarının idarə olunması istiqamətində mühüm fəaliyyət göstərib.
İqtisad elmləri namizədi olan Fərrux Zeynalov iqtisadiyyat sahəsində də elmi fəaliyyəti ilə tanınıb. Onun dövlət idarəçiliyi və iqtisadi siyasət sahəsindəki fəaliyyəti Azərbaycan dövlət quruculuğu prosesində mühüm mərhələlərdən biri kimi qiymətləndirilir.
Fərrux Zeynalov Azərbaycan siyasi tarixində dövlətə xidmət etmiş təcrübəli idarəçi və ictimai xadim kimi yadda qalıb.

