Fuad Poladov Azərbaycan teatr və kino sənətinin ən görkəmli nümayəndələrindən biri olub.
“Tehsil365” xəbər verir ki, O, 24 may 1948-ci ildə Bakıda anadan olub, 4 may 2018-ci ildə Bakıda vəfat edib.
Fuad Poladov uzun illər ərzində teatr səhnəsində və kinoda yaratdığı dərin psixoloji obrazlarla tamaşaçıların böyük rəğbətini qazanıb. O, lirik-psixoloji aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri hesab olunurdu və xüsusilə fəlsəfi-dramatik, eləcə də faciə janrındakı rolların mahir ifaçısı kimi tanınırdı.
Sənət fəaliyyəti dövründə Fuad Poladov Azərbaycan teatrının inkişafına mühüm töhfələr verib. Onun yaratdığı obrazlar milli səhnə sənətində xüsusi yer tutur və aktyor peşəkarlığının nümunəsi kimi qiymətləndirilir.
Fuad Poladovun sənət sahəsindəki xidmətləri yüksək qiymətləndirilib və ona 1987-ci ildə Azərbaycan SSR nin xalq artisti fəxri adı verilib.
Fuad Poladov Azərbaycan mədəniyyət tarixində dərin iz qoymuş böyük sənətkar kimi xatırlanır.

