Təhsil 365 - Logo Mobile

BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"

8204.05.2026 - 09:37
BDU-da təqdimat: "Sanqaçal karvansarayı - Böyük İpək Yolunun unikal abidəsi"

Bakı Dövlət Universitetinin (BDU) Mədəni İrsi Araşdırma Mərkəzi ölkəmizin milli-mədəni irsinə aid olan abidələrlə bağlı təqdimatlara başlayıb. Mərkəzin ilk təqdimatı "Sanqaçal karvansarayı - Böyük İpək yolunun unikal abidəsi" mövzusuna həsr olunub.

“Tehsil365” xəbər verir ki, tədbirdə Universitetin professor-müəllim heyəti, tələbələr, Mərkəzin mütəxəssisləri, eləcə də yerli və xarici alimlər iştirak ediblər.

Tədbirin əsas məqsədi orta əsr Azərbaycan tarixinin nadir memarlıq nümunələrindən biri olan Sanqaçal karvansarayı haqqında mövcud elmi məlumatların təqdim edilməsi, təhlili, abidənin hərtərəfli araşdırılması istiqamətlərinin müəyyənləşdirilməsi və onun geniş ictimaiyyət arasında tanıdılması məsələlərinin müzakirəsi olub.

Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Bakı Dövlət Universiteti Azərbaycanın mədəni irsinin, tarixi abidələrinin və nadir memarlıq nümunələrinin elmi əsaslarla tədqiqi, öyrənilməsi və təbliğinə xüsusi diqqət ayırır. Bu istiqamətdə araşdırmaların sistemli xarakter alması və əldə olunan nəticələrin geniş ictimaiyyətə təqdim edilməsi məqsədilə BDU-da Mədəni İrsi Araşdırmalar Mərkəzi yaradılıb. Rektor bildirib ki, tarixi əsrlərlə ölçülən mədəni irsimizin araşdırılması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan mədəni irs sahəsində elmi-tədqiqat işlərinin aparılması, elmi və elmi-kütləvi məqalələrin hazırlanması mühüm vəzifələr sırasında dayanır. Mərkəzin direktoru, Əməkdar jurnalist Musa Mərcanlı bu sahədə araşdırmaları ilə tanınır. Musa Mərcanlının baş redaktoru olduğu “İrs” jurnalının fəaliyyətini xüsusi qeyd edən rektor onun rəhbərliyi ilə nəşr olunan “Azərbaycan. Yeni Era”, “Tükənməz xəzinə”, “Şirvanşahların minilliyi”, “Dirçəliş. Başlanğıc”, “Daşları toplamaq vaxtıdır”, “Qarabağ Yeni sətirdən” və “Şuşa. Zirvədən uca” adlı nəşrlərin Bakı Dövlət Universiteti tərəfindən Dövlət Mükafatına təqdim edildiyini diqqətə çatdırıb.

Mərkəzin direktoru Musa Mərcanlı çıxışında qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib, qısa müddət ərzində görülmüş işləri, o cümlədən nəşr edilmiş kitabı və “İrs” jurnalının bir neçə nömrəsini diqqətə çatdırıb. O qeyd edib ki, bu kimi tədbirlər Mərkəzin elmi və ictimai fəaliyyətinin mühüm tərkib hissəsidir.

Daha sonra tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov Sanqaçal karvansarayına həsr olunmuş təqdimatla çıxış edib. Təqdimatda abidənin tarixi inkişafı, memarlıq xüsusiyyətləri və mühafizəsi ilə bağlı mövcud problemlər ətraflı şəkildə təhlil olunub.

Tədbirdə iştirak edən türkiyəli tarixçi alim, professor İbrahim Ethem Atnur ortaq türk mədəni irsinin öyrənilməsinin əhəmiyyətinə toxunub, Böyük İpək Yolu üzərində yerləşən tarixi abidələrin dərindən araşdırılmasının və beynəlxalq səviyyədə təqdim olunmasının vacibliyini vurğulayıb.

Tədbir interaktiv müzakirələrlə davam edib, iştirakçılar tərəfindən mövzu ilə bağlı suallar səsləndirilib və fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı karvansarayın yalnız tarixçilər deyil, müxtəlif elm sahələrinin nümayəndələrinin iştirakı ilə kompleks şəkildə araşdırılmasının zəruriliyi qeyd olunub, bu istiqamətdə gələcək addımlar müəyyən edilib.

Sonda Sanqaçal karvansarayına elmi ekskursiyanın təşkili ilə bağlı təkliflər irəli sürülüb.

Zeynəb Quluyeva

Xəbər Lenti

Məktəblərdə bullinq problemi: beynəlxalq hesabatlar vəziyyətin ciddiliyini göstərir04.05.2026 - 09:57
BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub04.05.2026 - 09:46
MDU əməkdaş və tələbələri MAA-da PUA təlimlərində iştirak edib.04.05.2026 - 09:25
ADU-da “Heydər Əliyev və dayanıqlı inkişafın Azərbaycan modeli” adlı tələbə-şagird elmi konfransının açılışı olub04.05.2026 - 09:14
SDU-da İnklüziv Təhsil Mərkəzinin fəaliyyəti müzakirə olunub04.05.2026 - 09:02
Depressiyadan qorunmağın yolu04.05.2026 - 08:51
BDU-da “Qərbi Azərbaycan: tarix, yaddaş və qayıdış hüququ” mövzusunda görüş keçirilib04.05.2026 - 08:42
Məktəb hücumunda yaralanan şagird həyatını itirib04.05.2026 - 08:34
Bu günə olan hava proqnozu 04.05.2026 - 08:23
İqtisadiyyat və Humanitar Kollecin tələbələri BMU ilə tanış olub04.05.2026 - 08:11
Azərbaycan İnternet Forumunun prezidenti BDU tələbələri ilə görüşüb04.05.2026 - 08:00
Çində insanın içinə yerləşə biləcəyi nəhəng kompüter hazırlanıb04.05.2026 - 07:48
Seçmə fənlərin təqdimatına həsr olunmuş onlayn infosessiya keçirilib04.05.2026 - 07:35
ADU tələbələri Xəzər sahilində ekoloji dərs və aksiya keçiriblər04.05.2026 - 07:23
ADU-da IX Beynəlxalq elmi konfransa hazırlıq məqsədilə iclas keçirilib04.05.2026 - 07:13
Həmkarlar ittifaqı: Müəllimlərin əmək haqlarında inflyasiya kompensasiyası artıb04.05.2026 - 07:00
Müəllimlər İnsan Resursları Ofisindən maksimum necə faydalana bilərlər04.05.2026 - 06:36
Bakıda Taekvondo üzrə 2014 Avropa Çempionatının açılış mərasimi keçirildi04.05.2026 - 06:18
Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşuldu04.05.2026 - 06:00
Fuad Poladov — Azərbaycan teatr və kino sənətinin unudulmaz aktyoru04.05.2026 - 05:42
Söhrab Tahir — Azərbaycan ədəbiyyatının görkəmli xalq şairi04.05.2026 - 05:18
Fateh Fətullayev — Azərbaycan teatr və kino sənətinin tanınmış siması04.05.2026 - 05:06
Arəstə Baxışova — Vətən uğrunda qəhrəmancasına şəhid olmuş qadın hərbçi04.05.2026 - 04:54
Rövşən Əsgərov — intellektual oyunların tanınmış siması və media nümayəndəsi04.05.2026 - 04:36
Fərrux Zeynalov — Azərbaycanın dövlət idarəçiliyində mühüm rol oynamış siyasi xadim04.05.2026 - 04:18
Əlimərdan bəy Topçubaşov — Azərbaycan istiqlal mübarizəsinin görkəmli siyasi xadimi04.05.2026 - 04:00
İranda 21 yaşlı karate çempionu edam edildi03.05.2026 - 19:56
Şagird imtahana ayaqqabısının altında telefon keçirtmək istədi03.05.2026 - 19:48
Müəllimlərin sertifikatlaşdırma imtahanları davam edir03.05.2026 - 19:36
Sertifikasiyadan 60 bal toplayan MÜƏLLİMLƏR03.05.2026 - 19:26
İmtahanda bir nəfərdən mobil telefon tutulub03.05.2026 - 19:15
Dövlət qulluğunda inzibati rəhbər və icraçı vəzifələrə qəbul üzrə test imtahanı keçirilir03.05.2026 - 18:56
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq03.05.2026 - 18:48
Məktəbdəki hadisədə 2 güllə yarası almışdı - 18 gün sonra ÖLDÜ03.05.2026 - 18:36
Sabah 24° isti olacaq03.05.2026 - 18:28
Həftəsonu dərsləri problemə çevrilməsin: Psixoloqdan valideynlərə üç vacib məsləhət03.05.2026 - 18:16
İzmir ilə Bakının qardaşlaşmasının 40 illiyi ilə bağlı Türkiyədə "Azərbaycan Günləri" keçirilir03.05.2026 - 18:08
OECD: Rumıniya, Polşa və Xorvatiya beynəlxalq tələbələrin payına görə aşağı göstəricilərə malikdir03.05.2026 - 17:56
Portağal beyin və ürəyi qoruyur03.05.2026 - 17:55
Süni intellekt İsveçdə illüstratorları əvəz edir03.05.2026 - 17:48
Hər gün kivi yeməyin orqanizmə təsiri03.05.2026 - 17:45
Şəki-Zaqatala bölgəsi üzrə olimpiada və müsabiqələrin yarımfinalında 815 şagird biliyini sınayıb03.05.2026 - 17:36
Min bir dərdin dərmanıdır03.05.2026 - 17:35
Şəkidə yanğın təhlükəsizliyi ilə bağlı regional müşavirə: Qabaqlayıcı tədbirlərin səmərəliliyi artırılmalıdır03.05.2026 - 17:28
Marneulidə Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş tamaşa təqdim edilib03.05.2026 - 17:25
Milli Kitabxanada “Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı kitab sərgisi açılıb03.05.2026 - 17:16
Pentaqon gizli sənədləri Süni İntellektə etibar etdi03.05.2026 - 17:15