Təhsil 365 - Logo Mobile

“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalı işə başlayıb

10304.05.2026 - 12:25
“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalı işə başlayıb

İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının tərəfdaşlığı ilə reallaşan “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalının açılış mərasimi keçirilib.2022-ci ildə universitetin 100 illik yubileyinə töhfə olaraq “ADMİU 99+” layihəsi çərçivəsində əsası qoyulmuş “Pillə” festivalı qısa müddətdə ənənəyə çevrilərək ölkə miqyasında mühüm sənət platforması statusu qazanıb.

“Tehsil365” xəbər verir ki, builki festival tələbələri yaradıcılığa ruhlandırmaq, gənc istedadların üzə çıxarılmasına dəstək vermək və teatr tədrisi prosesini aktivləşdirmək məqsədi daşıyır.

ADMİU-nun rektoru Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova festivalın gənc istedadların formalaşmasında və milli teatr sənətinin gələcəyində mühüm rol oynadığını vurğulayıb. Rektor bildirib ki, universitetin hazırda təmirdə olan Tədris Teatrı istismara verildikdən sonra festivalın beynəlxalq səviyyədə keçirilməsi planlaşdırılır.

Ardınca ADMİU-nun İctimaiyyətlə əlaqələr, marketinq və süni intellekt şöbəsi tərəfindən hazırlanmış videoçarxlar və animasiya nümayiş etdirilib.

Mansiflər heyətinin sədri professor İsrafil İsrafilov festivalın əhəmiyyətindən danışıb və qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, mühüm və uğurlu işlərə imza atdığını vurğulayıb.

Daha sonra ötən il keçirilən “Pillə 3” Tələbə Tamaşaları Festivalının ADMİU üzrə “Ən yaxşı tamaşa” nominasiyasının qalibi “Yay gecəsində yuxu” tamaşasının baş rol ifaçısı Rahib Allahquliyev və digər ali təhsil müəssisələri üzrə “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi, Azərbaycan Dillər Universitetinin tələbəsi Ruqiyyə Nəsirova çıxış edərək öz təcrübələrini və təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, festival çərçivəsində iştirakçılar müxtəlif nominasiyalar üzrə mübarizə aparırlar. Bu il proqramda “Ən yaxşı ikinci plan kişi rolu” və “Ən yaxşı ikinci plan qadın rolu” nominasiyaları da yer alıb.

Tamaşaların nümayişi ilə yanaşı, festival çərçivəsində peşəkar müzakirələr və teatr təhlilləri də aparılacaq. Festivalın proqramına ümumilikdə 23 tamaşa daxildir. Onlardan 12-si ADMİU-nun, 11-i isə digər ali təhsil müəssisələrinin tələbə teatr kollektivlərinə məxsusdur. Açılış mərasimindən dərhal sonra ADMİU tələbələrinin ifasında festivalın ilk tamaşası olan V.Rasputinin “Halallıq” əsəri nümayiş olunub.

Festivalın bağlanış və mükafatlandırma mərasimi mayın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrda keçiriləcək.

Zəhra Əliyeva

Xəbər Lenti

II Beynəlxalq Şah İsmayıl Xətai Konfransı işə başlayıb04.05.2026 - 18:36
Azərbaycan incəsənət nümayəndələri TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində ölkəmizi təmsil edib04.05.2026 - 18:28
Bakıda tatar şairi Qabdulla Tukayın 140 illiyi qeyd olunub04.05.2026 - 18:24
Ümrəyə getməzdən əvvəl bilməli olduğunuz 10 vacib məqam04.05.2026 - 18:20
Düşənbədə beynəlxalq rəqs festivalı: Azərbaycan milli irsi uğurla təqdim olunub04.05.2026 - 18:16
Çin alimləri yağış damcılarından elektrik enerjisi əldə etməyin yolunu tapdı04.05.2026 - 18:10
Ukraynada “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb04.05.2026 - 18:08
“Jurnalistika artıq əvvəlki kimi olmayacaq” – media üçün həyəcan siqnalı04.05.2026 - 18:05
Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verilib04.05.2026 - 18:04
Papa jurnalistləri yad etdi04.05.2026 - 18:00
Rasif Bağırov: “Xroniki iltihab ümumi bədən xəstəliyi deyil, ayrı-ayrı orqanlara aid olur”04.05.2026 - 17:59
AzTV-də “Mediada rəqəmsal savadlılıq” təlimlərinə start verilib04.05.2026 - 17:55
Naxçıvan məktəblilərinin “Mədəniyyət Festivalı”04.05.2026 - 17:55
Naxçıvan kitabxanaçıları Respublika Gənclər Kitabxanasında təcrübə mübadiləsi aparıblar04.05.2026 - 17:54
Nəzarətsiz süni intellektdən istifadə məlumat sızmalarına səbəb olur04.05.2026 - 17:50
Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edilib04.05.2026 - 17:46
Subbakalavrların qeydiyyatı başlayıb04.05.2026 - 17:45
Pentaqon ilk dəfə Al agentlərinə məxfi sənədlərlə işləməyə icazə verdi04.05.2026 - 17:40
Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi04.05.2026 - 17:38
Budapeştdə Azərbaycana həsr olunan “Mədəniyyət günü” keçirilib04.05.2026 - 17:35
TKTA tərəfindən iki ixtisas üzrə biliklər qiymətləndirilib04.05.2026 - 17:32
Türkiyədə azərbaycanlı tələbə qəzada öldü04.05.2026 - 17:30
Sertifikatlaşdırmanın 2-ci günündə 160 müəllim 51-60 bal toplayıb04.05.2026 - 17:25
Görkəmli dilçi-alim Tofiq Hacıyevin 90 illik yubileyi qeyd olunub04.05.2026 - 17:24
Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub - RƏSMİ04.05.2026 - 17:20
Türk dünyasının siyasi, mədəni və ideoloji yaxınlaşmasında Heydər Əliyevin strateji rolu04.05.2026 - 17:16
Tələbələr üçün “Siber köprü” layihəsi başladı04.05.2026 - 17:15
İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI04.05.2026 - 17:10
BDU-da idman turnirinə yekun vurulub04.05.2026 - 17:06
AzMİU və ADA Universiteti dizayn sahəsində əməkdaşlıq edəcək04.05.2026 - 17:05
Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI04.05.2026 - 17:00
Elm və təhsil sahəsində peşəkarlaşmaq istəyənlər üçün yeni proqram - Qeydiyyat başlayır04.05.2026 - 17:00
Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlandı04.05.2026 - 16:55
Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK04.05.2026 - 16:55
Kolleclərə bu ixtisas üzrə tələbə qəbulu dayandırılır04.05.2026 - 16:45
Kibertəhlükəsizlik mütəxəssisi Kamran Əsədullayev: “Süni intellekt həm müdafiə, həm də risk yaradan texnologiyadır”04.05.2026 - 16:45
Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrə sertifikat təqdim olunub 04.05.2026 - 16:35
Məktəblərdə mina təhlükəsi ilə bağlı maarifləndirici görüşlər keçirilib04.05.2026 - 16:25
Hansı məktəblərə qəbul müsabiqə ilə aparılacaq? - SİYAHI 04.05.2026 - 16:15
Peşə təhsili üzrə ixtisasların təsnifatı yenilənir: Növbəti görüş keçirilib04.05.2026 - 16:05
Rus bölməsinə qəbul necə olacaq? – Qeydiyyat mərhələləri açıqlanıb04.05.2026 - 16:00
İlk süni intellekt əsaslı Rəqəmsal Təhsil Bələdçisi istifadəyə verilib04.05.2026 - 15:50
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı04.05.2026 - 15:40
“Space” televiziyasına yeni direktor təyin edilib04.05.2026 - 15:30
RFM və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının yarımfinalı keçirilib04.05.2026 - 15:20
Yaşı 9-dan yuxarı olan uşaqlar I sinfə qəbul olunurmu? – Rəsmi açıqlama04.05.2026 - 15:10
“Parla” iştirakçıları üçün rəqəmsal bacarıqlar üzrə təlim təşkil olunub04.05.2026 - 15:00
Yeni texnologiyalar (lazer, süni intellekt və s.) dermatoloq sahəsinə necə təsir edir?04.05.2026 - 15:00