Təhsil 365 - Logo Mobile

Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi

7504.05.2026 - 17:38
Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi

Azərbaycan Texniki Universitetində (AzTU) “Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi” mövzusunda konfrans keçirilib. Konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilib.

Bu barədə “Tehsil365"ə AzTU-dan məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Konfransda AzTU-nun rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatları Zahid Oruc və Ceyhun Məmmədov, müdafiə sənayesi nazirinin müşaviri Arif Babayev çıxış ediblər.

Qeyd olunub ki, ölkənin bütün həyati əhəmiyyətli sahələri kimi, respublikanın müdafiə qabiliyyətinin formalaşdırılması və gücləndirilməsi də Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə prioritetlərdən biri olub. Onun hakimiyyəti dövründə hərbi-texniki potensialın inkişafı üçün ilkin baza yaradılıb, beynəlxalq hərbi əməkdaşlığa başlanılıb.

Azərbaycanın müasir müdafiə sisteminin əsası məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə qoyulub.

Ulu Öndərin siyasi xətti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Ümummilli Lider Heydər Əliyevin müdafiə sənayesi sahəsində qoyduğu işlər hazırda daha sistemli və texnoloji hədəflərə uyğun şəkildə həyata keçirilir. Artıq Azərbaycanda müxtəlif növ yeni hərbi sənaye məhsulları istehsal olunur. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın müasir hərbi texnologiyalardan istifadə edərək tarixi Zəfər qazanması dünya ekspertlərinin araşdırma mövzusuna çevrilib.

Bu gün regionda müdafiə sənayesi üzrə kadr hazırlayan qabaqcıl universitetlərdən biri olaraq AzTU-nun üzərinə böyük məsuliyyət düşür. Universitetdə bu istiqamətdə elmi-tədqiqat işləri aparılır.

Çıxışlardan sonra Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətinə həsr olunan “Dəmirin səsi” filmi nümayiş olunub.

Daha sonra AzTU-nun Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun direktoru Rahid Ələkbərli “Heydər Əliyev siyasi irsində müdafiə sənayesi: milli təhlükəsizlikdən texnoloji suverenliyə doğru” və Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının professoru Rasim Bəşirov “Heydər Əliyevin dövlətçilik strategiyasında müdafiə sənayesi üçün kadr hazırlığı” mövzularında məruzə ilə çıxış ediblər.

Nərmin Mustafayeva

Xəbər Lenti

Laçında məktəblilərlə növbəti maarifləndirici görüş04.05.2026 - 19:54
Şamaxıdan olan xanımlar üçün Bakı Tekstil Fabrikinə ekskursiya04.05.2026 - 19:49
Gənclər təşkilatlarının nümayəndələri psixotrop maddələrdən istifadənin zərərləri barədə məlumatlandırılıblar04.05.2026 - 19:44
Qəbələ şəhərində WUF13 Festivalına start verilib04.05.2026 - 19:36
Ümummilli Liderin təhsil və gənclər siyasəti bu gün də uğurla davam etdirilir - Qarabağ Universitetində tədbir04.05.2026 - 19:28
GDU-nun tələbələri idman yarışlarının qalibi olub04.05.2026 - 19:21
Ümummilli Liderin müəyyən etdiyi ideoloji xətt ölkənin parlaq gələcəyinin təminatçısıdır04.05.2026 - 19:15
Azərbaycanda şəhərsalma və memarlığın inkişafı elmi müstəvidə təhlil edilib04.05.2026 - 19:08
Planşet və telefonla böyüyən uşaqlar hansı bacarıqları itirir? – Məktəbəqədər təhsil eksperti açıqladı04.05.2026 - 19:02
Rəqəmsal dövrdə dilin qorunması - ADU-da seminar04.05.2026 - 18:54
“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans04.05.2026 - 18:44
II Beynəlxalq Şah İsmayıl Xətai Konfransı işə başlayıb04.05.2026 - 18:36
Azərbaycan incəsənət nümayəndələri TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində ölkəmizi təmsil edib04.05.2026 - 18:28
Bakıda tatar şairi Qabdulla Tukayın 140 illiyi qeyd olunub04.05.2026 - 18:24
Ümrəyə getməzdən əvvəl bilməli olduğunuz 10 vacib məqam04.05.2026 - 18:20
Düşənbədə beynəlxalq rəqs festivalı: Azərbaycan milli irsi uğurla təqdim olunub04.05.2026 - 18:16
Çin alimləri yağış damcılarından elektrik enerjisi əldə etməyin yolunu tapdı04.05.2026 - 18:10
Ukraynada “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb04.05.2026 - 18:08
“Jurnalistika artıq əvvəlki kimi olmayacaq” – media üçün həyəcan siqnalı04.05.2026 - 18:05
Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verilib04.05.2026 - 18:04
Papa jurnalistləri yad etdi04.05.2026 - 18:00
Rasif Bağırov: “Xroniki iltihab ümumi bədən xəstəliyi deyil, ayrı-ayrı orqanlara aid olur”04.05.2026 - 17:59
AzTV-də “Mediada rəqəmsal savadlılıq” təlimlərinə start verilib04.05.2026 - 17:55
Naxçıvan məktəblilərinin “Mədəniyyət Festivalı”04.05.2026 - 17:55
Naxçıvan kitabxanaçıları Respublika Gənclər Kitabxanasında təcrübə mübadiləsi aparıblar04.05.2026 - 17:54
Nəzarətsiz süni intellektdən istifadə məlumat sızmalarına səbəb olur04.05.2026 - 17:50
Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edilib04.05.2026 - 17:46
Subbakalavrların qeydiyyatı başlayıb04.05.2026 - 17:45
Pentaqon ilk dəfə Al agentlərinə məxfi sənədlərlə işləməyə icazə verdi04.05.2026 - 17:40
Budapeştdə Azərbaycana həsr olunan “Mədəniyyət günü” keçirilib04.05.2026 - 17:35
TKTA tərəfindən iki ixtisas üzrə biliklər qiymətləndirilib04.05.2026 - 17:32
Türkiyədə azərbaycanlı tələbə qəzada öldü04.05.2026 - 17:30
Sertifikatlaşdırmanın 2-ci günündə 160 müəllim 51-60 bal toplayıb04.05.2026 - 17:25
Görkəmli dilçi-alim Tofiq Hacıyevin 90 illik yubileyi qeyd olunub04.05.2026 - 17:24
Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub - RƏSMİ04.05.2026 - 17:20
Türk dünyasının siyasi, mədəni və ideoloji yaxınlaşmasında Heydər Əliyevin strateji rolu04.05.2026 - 17:16
Tələbələr üçün “Siber köprü” layihəsi başladı04.05.2026 - 17:15
İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI04.05.2026 - 17:10
BDU-da idman turnirinə yekun vurulub04.05.2026 - 17:06
AzMİU və ADA Universiteti dizayn sahəsində əməkdaşlıq edəcək04.05.2026 - 17:05
Elm və təhsil sahəsində peşəkarlaşmaq istəyənlər üçün yeni proqram - Qeydiyyat başlayır04.05.2026 - 17:00
Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI04.05.2026 - 17:00
Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlandı04.05.2026 - 16:55
Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK04.05.2026 - 16:55
Kibertəhlükəsizlik mütəxəssisi Kamran Əsədullayev: “Süni intellekt həm müdafiə, həm də risk yaradan texnologiyadır”04.05.2026 - 16:45
Kolleclərə bu ixtisas üzrə tələbə qəbulu dayandırılır04.05.2026 - 16:45
Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrə sertifikat təqdim olunub 04.05.2026 - 16:35