Təhsil 365 - Logo Mobile

Naxçıvan kitabxanaçıları Respublika Gənclər Kitabxanasında təcrübə mübadiləsi aparıblar

7304.05.2026 - 17:54
Naxçıvan kitabxanaçıları Respublika Gənclər Kitabxanasında təcrübə mübadiləsi aparıblar

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalarının əməkdaşları Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq olublar.

Gənclər Kitabxanasından “Tehsil365"ə bildirilib ki, səmimi və peşəkar mühitdə keçirilən görüşdə müasir kitabxana işinin inkişafına yönəlmiş fikir və təcrübə mübadiləsi aparılıb.

Görüşün əsas məqsədi qarşılıqlı təcrübə mübadiləsi, qabaqcıl kitabxana modellərinin öyrənilməsi və müasir texnologiyaların tətbiqi sahəsində əldə olunan yeniliklərin paylaşılması idi. Bu mənada Gənclər Kitabxanası öz çoxşaxəli fəaliyyəti və innovativ yanaşmaları ilə qonaqlarda dərin təəssürat yaradıb.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının, eləcə də Naxçıvan şəhər, Şərur, Ordubad və Kəngərli rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları kitabxananın iş prinsipi ilə yaxından tanış olaraq xidmət şöbəsinin fəaliyyət mexanizmini əyani şəkildə izləyiblər. Oxuculara göstərilən xidmətin çevikliyi, informasiya resurslarına çıxış imkanlarının genişliyi və xidmət şöbəsində tətbiq edilən KOHA Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sisteminin “Kitab verilişi” və “İstifadəçilər” modulları xüsusi maraq doğurub.

Qonaqlara kitabxanada hazırlanan metodiki materiallar, tətbiq edilən elektron xidmətlər, rəqəmsal resursların idarə olunması haqqında geniş məlumat verilib.

Görüş çərçivəsində iştirakçılar kitabxanada tətbiq edilən müasir texnologiyalarla tanış olmaqla yanaşı, süni intellekt vasitəsilə hazırlanmış materialların yaradılma prosesi haqqında da ətraflı məlumat əldə ediblər. Bu isə kitabxana işinin artıq ənənəvi çərçivələrdən çıxaraq innovasiya müstəvisinə keçdiyini bir daha nümayiş etdirib.

Görüş zamanı qonaqlar kitabxananın zəngin fondu ilə də yaxından tanış olublar. Xüsusilə depozitar fondun nadir nüsxələri, Brayl əlifbası ilə çap olunmuş nəşrlər böyük maraqla qarşılanıb. Bu, kitabxananın inklüzivlik prinsiplərinə sadiqliyini və hər bir oxucu üçün əlçatanlıq yaratmaq istiqamətində gördüyü işlərin əhəmiyyətini bir daha göstərib.

Kitabxananın direktoru Aslan Cəfərov görüş zamanı bu cür tədbirlərin sadəcə tanışlıq xarakteri daşımadığını, eyni zamanda kitabxanalar arasında etimadın möhkəmlənməsinə, peşəkar əməkdaşlığın genişlənməsinə və ortaq inkişafın təmin olunmasına xidmət etdiyini bildirib. O, müasir dövrdə kitabxanaların ənənəvi funksiyalarla kifayətlənməyərək, cəmiyyətin intellektual inkişafına töhfə verən, innovativ yanaşmaları tətbiq edən mühüm mərkəzlərə çevrildiyini və bu baxımdan qarşılıqlı təcrübə mübadiləsinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyib.

Sonda direktor bu görüşün yeni layihələrin və ortaq təşəbbüslərin başlanğıcı olacağını, kitabxanaçılıq sahəsində birgə fəaliyyətin inkişafına töhfə verəcəyinə inandığını bildirib

Nərmin Mustafayeva

Xəbər Lenti

Laçında məktəblilərlə növbəti maarifləndirici görüş04.05.2026 - 19:54
Şamaxıdan olan xanımlar üçün Bakı Tekstil Fabrikinə ekskursiya04.05.2026 - 19:49
Gənclər təşkilatlarının nümayəndələri psixotrop maddələrdən istifadənin zərərləri barədə məlumatlandırılıblar04.05.2026 - 19:44
Qəbələ şəhərində WUF13 Festivalına start verilib04.05.2026 - 19:36
Ümummilli Liderin təhsil və gənclər siyasəti bu gün də uğurla davam etdirilir - Qarabağ Universitetində tədbir04.05.2026 - 19:28
GDU-nun tələbələri idman yarışlarının qalibi olub04.05.2026 - 19:21
Ümummilli Liderin müəyyən etdiyi ideoloji xətt ölkənin parlaq gələcəyinin təminatçısıdır04.05.2026 - 19:15
Azərbaycanda şəhərsalma və memarlığın inkişafı elmi müstəvidə təhlil edilib04.05.2026 - 19:08
Planşet və telefonla böyüyən uşaqlar hansı bacarıqları itirir? – Məktəbəqədər təhsil eksperti açıqladı04.05.2026 - 19:02
Rəqəmsal dövrdə dilin qorunması - ADU-da seminar04.05.2026 - 18:54
“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans04.05.2026 - 18:44
II Beynəlxalq Şah İsmayıl Xətai Konfransı işə başlayıb04.05.2026 - 18:36
Azərbaycan incəsənət nümayəndələri TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində ölkəmizi təmsil edib04.05.2026 - 18:28
Bakıda tatar şairi Qabdulla Tukayın 140 illiyi qeyd olunub04.05.2026 - 18:24
Ümrəyə getməzdən əvvəl bilməli olduğunuz 10 vacib məqam04.05.2026 - 18:20
Düşənbədə beynəlxalq rəqs festivalı: Azərbaycan milli irsi uğurla təqdim olunub04.05.2026 - 18:16
Çin alimləri yağış damcılarından elektrik enerjisi əldə etməyin yolunu tapdı04.05.2026 - 18:10
Ukraynada “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb04.05.2026 - 18:08
“Jurnalistika artıq əvvəlki kimi olmayacaq” – media üçün həyəcan siqnalı04.05.2026 - 18:05
Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verilib04.05.2026 - 18:04
Papa jurnalistləri yad etdi04.05.2026 - 18:00
Rasif Bağırov: “Xroniki iltihab ümumi bədən xəstəliyi deyil, ayrı-ayrı orqanlara aid olur”04.05.2026 - 17:59
AzTV-də “Mediada rəqəmsal savadlılıq” təlimlərinə start verilib04.05.2026 - 17:55
Naxçıvan məktəblilərinin “Mədəniyyət Festivalı”04.05.2026 - 17:55
Nəzarətsiz süni intellektdən istifadə məlumat sızmalarına səbəb olur04.05.2026 - 17:50
Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edilib04.05.2026 - 17:46
Subbakalavrların qeydiyyatı başlayıb04.05.2026 - 17:45
Pentaqon ilk dəfə Al agentlərinə məxfi sənədlərlə işləməyə icazə verdi04.05.2026 - 17:40
Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi04.05.2026 - 17:38
Budapeştdə Azərbaycana həsr olunan “Mədəniyyət günü” keçirilib04.05.2026 - 17:35
TKTA tərəfindən iki ixtisas üzrə biliklər qiymətləndirilib04.05.2026 - 17:32
Türkiyədə azərbaycanlı tələbə qəzada öldü04.05.2026 - 17:30
Sertifikatlaşdırmanın 2-ci günündə 160 müəllim 51-60 bal toplayıb04.05.2026 - 17:25
Görkəmli dilçi-alim Tofiq Hacıyevin 90 illik yubileyi qeyd olunub04.05.2026 - 17:24
Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub - RƏSMİ04.05.2026 - 17:20
Türk dünyasının siyasi, mədəni və ideoloji yaxınlaşmasında Heydər Əliyevin strateji rolu04.05.2026 - 17:16
Tələbələr üçün “Siber köprü” layihəsi başladı04.05.2026 - 17:15
İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI04.05.2026 - 17:10
BDU-da idman turnirinə yekun vurulub04.05.2026 - 17:06
AzMİU və ADA Universiteti dizayn sahəsində əməkdaşlıq edəcək04.05.2026 - 17:05
Elm və təhsil sahəsində peşəkarlaşmaq istəyənlər üçün yeni proqram - Qeydiyyat başlayır04.05.2026 - 17:00
Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI04.05.2026 - 17:00
Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK04.05.2026 - 16:55
Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlandı04.05.2026 - 16:55
Kibertəhlükəsizlik mütəxəssisi Kamran Əsədullayev: “Süni intellekt həm müdafiə, həm də risk yaradan texnologiyadır”04.05.2026 - 16:45
Kolleclərə bu ixtisas üzrə tələbə qəbulu dayandırılır04.05.2026 - 16:45
Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrə sertifikat təqdim olunub 04.05.2026 - 16:35