Təhsil 365 - Logo Mobile

II Beynəlxalq Şah İsmayıl Xətai Konfransı işə başlayıb

7504.05.2026 - 18:36
II Beynəlxalq Şah İsmayıl Xətai Konfransı işə başlayıb

Mayın 4-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Türkiyənin Mərmərə Universitetinin Türkiyat Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli medievist-alim Oqtay Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş II Beynəlxalq Şah İsmayıl Xətai konfransı işə başlayıb.

Bu barədə “Tehsil365"ə AMEA-dan məlumat verilib. Konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son illərdə AMEA-da həyata keçirilən islahatlardan birinin də ədəbi, tarixi şəxsiyyətlərə müstəqillik dövründə azərbaycançılıq ideyası işığında yenidən qayıdış prosesi olduğunu söyləyib.

Akademiya rəhbəri Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə İmadəddin Nəsiminin, Nizami Gəncəvinin yubileylərinin yüksək səviyyədə qeyd olunduğunu vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyev ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, yaşadılması, ədəbi şəxsiyyətlərə, tarixi simalara hörmət və ehtiramın göstərilməsi, onların irsinin öyrənilməsi istiqamətində aydın bir siyasəti uğurla həyata keçirir. İsa Həbibbəyli konfransın dövlət siyasətimizə uyğun olaraq, tarixi şəxsiyyətlərimizə qayıdışın bir parçası olduğunu diqqətə çatdırıb. Akademik bildirib ki, Səfəvi dövləti haqqında sanballı əsər ilk dəfə professor Oqtay Əfəndiyev tərəfindən yazılıb, lakin ondan sonrakı dövrdə indiyə kimi ayrıca olaraq Şah İsmayıl Xətai haqqında əhəmiyyətli bir kitab ərsəyə gətirilməyib.

İsa Həbibbəyli Azərbaycanda səfəvişünaslıq məktəbinin banisinin professor Oqtay Əfəndiyev olduğunu vurğulayıb. Qeyd edib ki, onun “Azərbaycanda Səfəvilər dövləti” kitabı ilə Səfəvilərin nəsil şəcərəsi, dövlət kimi formalaşması, inkişafının bütün istiqamətləri barədə ilk dəfə cəmiyyətə məlumat təqdim olunub, Səfəvilərin Azərbaycan dövləti olması tutarlı elmi faktlar əsasında sübut edilib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Oqtay Əfəndiyevin erkən yaşdan atasını və bacısını itirdiyini qeyd edib. O, görkəmli alimlə sağlığında yaxın qardaş kimi münasibətdə olduqlarını, onun gənc yaşlarından elmə, xalqına fayda verəcək böyük işlərə can atdığını söyləyib: “Oqtay Əfəndiyevin sağlığında ona həsr etdiyim “Bir əsrin arxayınlığı” məqaləsini yazmışdım. Çünki onun rəsmi mənbələr, sənədlər əsasında hazırladığı “Azərbaycanda Səfəvilər dövləti” kitabı bizə tariximizin XVI əsrinə dair arxayınlıq verir və həqiqətə uyğun olduğu üçün məqaləmi belə adlandırmışam. Xətainin türkcə şeirləri, Səfəvi saraylarında türkcənin hakim dil olması, “Sizə Gülüstan qalası lazımdır, ya Azərbaycan” ifadəsi, bütün bunlar hamısı göstərir ki, Səfəvi Azərbaycan dövləti olub.

Konfransda AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov görkəmli alim Oqtay Əfəndiyevin elmi fəaliyyətinə toxunub. O qeyd edib ki, alimin “Azərbaycan Səfəvi dövləti” adlı kitabı türk dilinə tərcümə edilərək Türkiyədə nəşr olunub və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Kərim Şükürov Oqtay Əfəndiyevin elmi məktəbinin layiqincə davam etdirildiyini söyləyib. Bildirib ki, alimin Səfəvilər dövlətinə dair müxtəlif dillərdə çap olunmuş çoxsaylı elmi məqalələri də mövcuddur.

Tədbirə onlayn qoşulan Mərmərə Universitetinin Türkiyat Araşdırmalar İnstitutunun müdiri professor İlyas Kamaloğlu konfransın ölkələrimizin tarixinə işıq salacağını, birgə elmi əməkdaşlığımızı daha da dərinləşdirəcəyini söyləyib.

Sonda çıxış edən Oqtay Əfəndiyevin qızı dosent Vəfa Əfəndizadə Tezcan atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə akademiya rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə və Özbəkistandan 30-a yaxın alim məruzələrlə çıxış edəcək. İki bölmədə fəaliyyət göstərəcək konfransda dinləniləcək məruzələr arasında Oqtay Əfəndiyevin Azərbaycan Səfəvişünaslığının yaranması və inkişafında rolu, Şah İsmayıl Xətainin siyasi fəaliyyəti, Səfəvi dövlətinin təşəkkülü, sosial-iqtisadi strukturlar, diplomatik münasibətlər, eləcə də ədəbi və mədəni irs kimi mövzular müzakirə olunacaq.

Konfrans mayın 5-də başa çatacaq.

Nərmin Mustafayeva

Xəbər Lenti

Laçında məktəblilərlə növbəti maarifləndirici görüş04.05.2026 - 19:54
Şamaxıdan olan xanımlar üçün Bakı Tekstil Fabrikinə ekskursiya04.05.2026 - 19:49
Gənclər təşkilatlarının nümayəndələri psixotrop maddələrdən istifadənin zərərləri barədə məlumatlandırılıblar04.05.2026 - 19:44
Qəbələ şəhərində WUF13 Festivalına start verilib04.05.2026 - 19:36
Ümummilli Liderin təhsil və gənclər siyasəti bu gün də uğurla davam etdirilir - Qarabağ Universitetində tədbir04.05.2026 - 19:28
GDU-nun tələbələri idman yarışlarının qalibi olub04.05.2026 - 19:21
Ümummilli Liderin müəyyən etdiyi ideoloji xətt ölkənin parlaq gələcəyinin təminatçısıdır04.05.2026 - 19:15
Azərbaycanda şəhərsalma və memarlığın inkişafı elmi müstəvidə təhlil edilib04.05.2026 - 19:08
Planşet və telefonla böyüyən uşaqlar hansı bacarıqları itirir? – Məktəbəqədər təhsil eksperti açıqladı04.05.2026 - 19:02
Rəqəmsal dövrdə dilin qorunması - ADU-da seminar04.05.2026 - 18:54
“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans04.05.2026 - 18:44
Azərbaycan incəsənət nümayəndələri TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində ölkəmizi təmsil edib04.05.2026 - 18:28
Bakıda tatar şairi Qabdulla Tukayın 140 illiyi qeyd olunub04.05.2026 - 18:24
Ümrəyə getməzdən əvvəl bilməli olduğunuz 10 vacib məqam04.05.2026 - 18:20
Düşənbədə beynəlxalq rəqs festivalı: Azərbaycan milli irsi uğurla təqdim olunub04.05.2026 - 18:16
Çin alimləri yağış damcılarından elektrik enerjisi əldə etməyin yolunu tapdı04.05.2026 - 18:10
Ukraynada “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb04.05.2026 - 18:08
“Jurnalistika artıq əvvəlki kimi olmayacaq” – media üçün həyəcan siqnalı04.05.2026 - 18:05
Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verilib04.05.2026 - 18:04
Papa jurnalistləri yad etdi04.05.2026 - 18:00
Rasif Bağırov: “Xroniki iltihab ümumi bədən xəstəliyi deyil, ayrı-ayrı orqanlara aid olur”04.05.2026 - 17:59
AzTV-də “Mediada rəqəmsal savadlılıq” təlimlərinə start verilib04.05.2026 - 17:55
Naxçıvan məktəblilərinin “Mədəniyyət Festivalı”04.05.2026 - 17:55
Naxçıvan kitabxanaçıları Respublika Gənclər Kitabxanasında təcrübə mübadiləsi aparıblar04.05.2026 - 17:54
Nəzarətsiz süni intellektdən istifadə məlumat sızmalarına səbəb olur04.05.2026 - 17:50
Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edilib04.05.2026 - 17:46
Subbakalavrların qeydiyyatı başlayıb04.05.2026 - 17:45
Pentaqon ilk dəfə Al agentlərinə məxfi sənədlərlə işləməyə icazə verdi04.05.2026 - 17:40
Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi04.05.2026 - 17:38
Budapeştdə Azərbaycana həsr olunan “Mədəniyyət günü” keçirilib04.05.2026 - 17:35
TKTA tərəfindən iki ixtisas üzrə biliklər qiymətləndirilib04.05.2026 - 17:32
Türkiyədə azərbaycanlı tələbə qəzada öldü04.05.2026 - 17:30
Sertifikatlaşdırmanın 2-ci günündə 160 müəllim 51-60 bal toplayıb04.05.2026 - 17:25
Görkəmli dilçi-alim Tofiq Hacıyevin 90 illik yubileyi qeyd olunub04.05.2026 - 17:24
Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub - RƏSMİ04.05.2026 - 17:20
Türk dünyasının siyasi, mədəni və ideoloji yaxınlaşmasında Heydər Əliyevin strateji rolu04.05.2026 - 17:16
Tələbələr üçün “Siber köprü” layihəsi başladı04.05.2026 - 17:15
İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI04.05.2026 - 17:10
BDU-da idman turnirinə yekun vurulub04.05.2026 - 17:06
AzMİU və ADA Universiteti dizayn sahəsində əməkdaşlıq edəcək04.05.2026 - 17:05
Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI04.05.2026 - 17:00
Elm və təhsil sahəsində peşəkarlaşmaq istəyənlər üçün yeni proqram - Qeydiyyat başlayır04.05.2026 - 17:00
Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK04.05.2026 - 16:55
Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlandı04.05.2026 - 16:55
Kibertəhlükəsizlik mütəxəssisi Kamran Əsədullayev: “Süni intellekt həm müdafiə, həm də risk yaradan texnologiyadır”04.05.2026 - 16:45
Kolleclərə bu ixtisas üzrə tələbə qəbulu dayandırılır04.05.2026 - 16:45
Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrə sertifikat təqdim olunub 04.05.2026 - 16:35