Təhsil 365 - Logo Mobile

Ümummilli Liderin müəyyən etdiyi ideoloji xətt ölkənin parlaq gələcəyinin təminatçısıdır

7404.05.2026 - 19:15
Ümummilli Liderin müəyyən etdiyi ideoloji xətt ölkənin parlaq gələcəyinin təminatçısıdır

Mingəçevir şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Yeni Azərbaycan Partiyasının (YAP), Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində “Müasir Azərbaycan dövlətinin memarı” mövzusunda konfrans keçirilib.

“Tehsil365" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ümummilli Lider Heydər Əliyevin zəngin və şərəfli ömür yolundan bəhs edən videoçarxın nümayişindən sonra açılış nitqləri dinlənilib.

Tədbiri açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ümummilli Liderin müəyyən etdiyi ideoloji xəttin ölkənin parlaq gələcəyinin təminatçısı olduğunu deyib, onun əbədiyaşar ideyalarını Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış uzunmüddətli strategiya adlandırıb. İ.İsmayılov ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş qüdrətli Azərbaycanın Ulu Öndərin arzularının real təcəssümü olduğunu bildirib, həmçinin onun siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun nəticəsində Azərbaycanın tarixi nailiyyətlər qazanaraq qüdrətli dövlətə çevrildiyini qeyd edib. O, konfransın önəmini vurğulayaraq, gənclərin Ulu Öndərin siyasi irsini dərindən öyrənməyinin əhəmiyyətindən söz açıb.

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bildirib ki, ölkəmizdə ictimai-siyasi və sosial-iqtisadi sferalarda tərəqqi, demokratik dövlət quruculuğu ilə səciyyələnən intibah mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin elm və təhsilə göstərdiyi diqqət və qayğının bu gün də müsbət nəticələr doğurduğunu vurğulayan natiq bu amilin müasir müstəqil Azərbaycanın hərtərəfli inkişafında mühüm önəm kəsb etdiyini söyləyib.

YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərinin onun bütün fəaliyyət mərhələlərini əhatə etdiyini deyib. O, Heydər Əliyevin rəhbərliyi dövründə ölkədə xalqın rifahının yüksəldilməsi, hərtərəfli inkişafın təmin olunması və mühüm dövlət quruculuğu işlərinin həyata keçirildiyini vurğulayıb.

Sədr müavini əlavə edib ki, Ümummilli Liderin zəngin siyasi və dövlətçilik irsi qadınların cəmiyyətdə rolunun güclənməsinə mühüm zəmin yaradıb, gender bərabərliyinin təmin olunması və qadınların ictimai-siyasi həyatda iştirakının genişlənməsi istiqamətində əsaslı addımlar atılıb, qadınların dövlət idarəçiliyi, təhsil və digər sahələrdə fəallığı artıb.

S.Qəhrəmanova gənc nəslin milli-mənəvi dəyərlərə sadiqliyinin və vətəndaş kimi formalaşmasının vacibliyini qeyd edərək, gəncləri dövlətçilik ənənələrini dərindən öyrənməyə, fəal vətəndaş mövqeyi nümayiş etdirməyə və ölkənin gələcək inkişafında aktiv iştirak etməyə çağırıb.

YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev çıxışında Heydər Əliyev ideyalarının partiyanın fəaliyyətində əsas ideoloji istiqamət kimi çıxış etdiyini, sıralarında birləşdirdiyi minlərlə insanın bu siyasi irsin qorunması və təbliği istiqamətində fəal iştirak etdiyini vurğulayıb.

Sonra konfrans çərçivəsində YAP Veteranlar Şurasının üzvü, Əməkdar müəllim Fidumə Hüseynovanın moderatorluğu ilə panel sessiya keçirilib, məruzələr dinlənilib.

YAP Veteranlar Şurasının üzvü Əli Həsənov çıxışında Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyində davamlı inkişafı təmin edən əsaslar yaratdığını, ölkəmizin bugünkü tərəqqi modelinin onun siyasi xətti əsasında formalaşdığını vurğulayıb. Ə.Həsənov milli birliyin və ictimai həmrəyliyin möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildirib, belə tədbirlərin fikir mübadiləsi və təcrübə paylaşımı baxımından əhəmiyyətini qeyd edib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında Ulu Öndərin əsasını qoyduğu hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu ənənələrinin bu gün də prioritet istiqamət kimi davam etdirildiyini bildirib. Qeyd olunub ki, hüquq sistemində aparılan yenilənmələr dövlət idarəçiliyinin daha çevik və səmərəli olmasına xidmət edir. Qanunvericilik sahəsində aparılan islahatlar ardıcıl şəkildə həyata keçirilir və yeni çağırışlara uyğunlaşdırılır.

Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxışında müasir Azərbaycanın ideoloji təməlinin Heydər Əliyevin zəngin siyasi irsinə əsaslandığını qeyd edib. O, bu irsin dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli maraqların qorunması və davamlı inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. A.Mirzəzadə gənclərin ictimai-siyasi fəallığının, təhsil və maarifləndirilməsinin cəmiyyətin inkişafında mühüm rol oynadığını, onların təşəbbüslərinin dövlət tərəfindən dəstəkləndiyini bildirib.

Mingəçevir Dövlət Universitetinin müəllimi Xədicə Süleymanlı çıxışında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təhsil siyasətinin modernləşdirildiyini və bu sahənin inkişafında mühüm addımların atıldığını qeyd edib. Bildirib ki, ali təhsil müəssisələri bilik və bacarıqların formalaşdığı əsas mərkəzlərdir. X.Süleymanlı tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, tələbələrin elmi fəaliyyətə cəlb olunması və innovativ yanaşmaların tətbiqinin bu sahədə əsas istiqamətlərdən olduğunu deyib.

Konfransda yekun nitq söyləyən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin Azərbaycan dövlətçiliyinin əsas sütunu olduğunu bildirib, qeyd olunan fikirlərin əhəmiyyətini vurğulayıb, belə təşəbbüslərin maarifləndirici rolunu, davamlı keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

Laçında məktəblilərlə növbəti maarifləndirici görüş04.05.2026 - 19:54
Şamaxıdan olan xanımlar üçün Bakı Tekstil Fabrikinə ekskursiya04.05.2026 - 19:49
Gənclər təşkilatlarının nümayəndələri psixotrop maddələrdən istifadənin zərərləri barədə məlumatlandırılıblar04.05.2026 - 19:44
Qəbələ şəhərində WUF13 Festivalına start verilib04.05.2026 - 19:36
Ümummilli Liderin təhsil və gənclər siyasəti bu gün də uğurla davam etdirilir - Qarabağ Universitetində tədbir04.05.2026 - 19:28
GDU-nun tələbələri idman yarışlarının qalibi olub04.05.2026 - 19:21
Azərbaycanda şəhərsalma və memarlığın inkişafı elmi müstəvidə təhlil edilib04.05.2026 - 19:08
Planşet və telefonla böyüyən uşaqlar hansı bacarıqları itirir? – Məktəbəqədər təhsil eksperti açıqladı04.05.2026 - 19:02
Rəqəmsal dövrdə dilin qorunması - ADU-da seminar04.05.2026 - 18:54
“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans04.05.2026 - 18:44
II Beynəlxalq Şah İsmayıl Xətai Konfransı işə başlayıb04.05.2026 - 18:36
Azərbaycan incəsənət nümayəndələri TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində ölkəmizi təmsil edib04.05.2026 - 18:28
Bakıda tatar şairi Qabdulla Tukayın 140 illiyi qeyd olunub04.05.2026 - 18:24
Ümrəyə getməzdən əvvəl bilməli olduğunuz 10 vacib məqam04.05.2026 - 18:20
Düşənbədə beynəlxalq rəqs festivalı: Azərbaycan milli irsi uğurla təqdim olunub04.05.2026 - 18:16
Çin alimləri yağış damcılarından elektrik enerjisi əldə etməyin yolunu tapdı04.05.2026 - 18:10
Ukraynada “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb04.05.2026 - 18:08
“Jurnalistika artıq əvvəlki kimi olmayacaq” – media üçün həyəcan siqnalı04.05.2026 - 18:05
Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verilib04.05.2026 - 18:04
Papa jurnalistləri yad etdi04.05.2026 - 18:00
Rasif Bağırov: “Xroniki iltihab ümumi bədən xəstəliyi deyil, ayrı-ayrı orqanlara aid olur”04.05.2026 - 17:59
AzTV-də “Mediada rəqəmsal savadlılıq” təlimlərinə start verilib04.05.2026 - 17:55
Naxçıvan məktəblilərinin “Mədəniyyət Festivalı”04.05.2026 - 17:55
Naxçıvan kitabxanaçıları Respublika Gənclər Kitabxanasında təcrübə mübadiləsi aparıblar04.05.2026 - 17:54
Nəzarətsiz süni intellektdən istifadə məlumat sızmalarına səbəb olur04.05.2026 - 17:50
Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edilib04.05.2026 - 17:46
Subbakalavrların qeydiyyatı başlayıb04.05.2026 - 17:45
Pentaqon ilk dəfə Al agentlərinə məxfi sənədlərlə işləməyə icazə verdi04.05.2026 - 17:40
Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi04.05.2026 - 17:38
Budapeştdə Azərbaycana həsr olunan “Mədəniyyət günü” keçirilib04.05.2026 - 17:35
TKTA tərəfindən iki ixtisas üzrə biliklər qiymətləndirilib04.05.2026 - 17:32
Türkiyədə azərbaycanlı tələbə qəzada öldü04.05.2026 - 17:30
Sertifikatlaşdırmanın 2-ci günündə 160 müəllim 51-60 bal toplayıb04.05.2026 - 17:25
Görkəmli dilçi-alim Tofiq Hacıyevin 90 illik yubileyi qeyd olunub04.05.2026 - 17:24
Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub - RƏSMİ04.05.2026 - 17:20
Türk dünyasının siyasi, mədəni və ideoloji yaxınlaşmasında Heydər Əliyevin strateji rolu04.05.2026 - 17:16
Tələbələr üçün “Siber köprü” layihəsi başladı04.05.2026 - 17:15
İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI04.05.2026 - 17:10
BDU-da idman turnirinə yekun vurulub04.05.2026 - 17:06
AzMİU və ADA Universiteti dizayn sahəsində əməkdaşlıq edəcək04.05.2026 - 17:05
Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI04.05.2026 - 17:00
Elm və təhsil sahəsində peşəkarlaşmaq istəyənlər üçün yeni proqram - Qeydiyyat başlayır04.05.2026 - 17:00
Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK04.05.2026 - 16:55
Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlandı04.05.2026 - 16:55
Kolleclərə bu ixtisas üzrə tələbə qəbulu dayandırılır04.05.2026 - 16:45
Kibertəhlükəsizlik mütəxəssisi Kamran Əsədullayev: “Süni intellekt həm müdafiə, həm də risk yaradan texnologiyadır”04.05.2026 - 16:45
Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrə sertifikat təqdim olunub 04.05.2026 - 16:35