Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə idman yarışı keçirilib. Yarışda Gəncə şəhəri üzrə gənclərdən ibarət 10 komanda iştirak edib.
“Tehsil365" xəbər verir ki, idman yarışında Gəncə Dövlət Universitetinin (GDU) komandası minifutbol, şahmat və dama idman növləri üzrə I yeri qazanıb. GDU-nun qalib tələbələrinə Fəxri fərman, kubok və medallar təqdim olunub.
Qeyd edək ki, yarışın keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, idman növlərinin inkişaf etdirilməsi, gənclər arasında sağlam həyat tərzinin təbliği, dostluq münasibətlərinin gücləndirilməsi olub.

