Təhsil 365 - Logo Mobile

Qəbələ şəhərində WUF13 Festivalına start verilib

7404.05.2026 - 19:36
Qəbələ şəhərində WUF13 Festivalına start verilib

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə bu gün Qəbələ şəhərində WUF13 Festivalına start verilib.

“Tehsil365" xəbər verir ki, mayın 4-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş məlumatlandırma sessiyası keçirilib. Mərkəzin müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən sessiya Qəbələ şəhərində davam edən WUF13 Festivalı çərçivəsində təşkil olunub.

Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13 Festivalı haqqında geniş məlumat təqdim olunub, eyni zamanda Forumun ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində gənclərin marağına səbəb olan əsas tədbirlər vurğulanıb.

Qalib Nəbiyev tədbirin açılışında çıxış edərək bildirib ki, ölkəmizdə WUF13 kimi iri beynəlxalq tədbirlərin keçirilməsi dünyagörüşlü və intellektual gənclərin yetişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. O, həmçinin rəhbərlik etdiyi mərkəzin ölkəmizin qabaqcıl təhsil müəssisələrindən biri olduğunu və burada 56 rayondan gənclərin təhsil aldığını qeyd edib.

Ramiz İdrisoğlu Azərbaycanda 2026-cı ilin "Şəhərsalma və Memarlıq ili" elan edilməsini vurğulayaraq qeyd edib ki, bu tarixi qərar dövlətimizin şəhərsalma və memarlıq sahəsinə xüsusi diqqətinin, eləcə də bu istiqamətdə həyata keçirilən inkişaf strategiyasının məntiqi nəticəsidir. O, müasir şəhərsalma siyasəti, bu istiqamətdə ölkəmizdə görülməkdə olan işlər, həmçinin şəhər planlaşdırılmasında məşğulluq, inklüzivlik və mobillik imkanları və yeni yanaşmalar barədə məlumat verib.

Emin Hüseynzadə gəncləri mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etməyə dəvət edib. O bildirib ki, Forum hamı üçün əlçatan olacaq və gənclər əsas tədbirlərə həm əyani, həm də onlayn formatda qoşula bilərlər.

Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.

WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək. Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Nərmin Mustafayeva

Xəbər Lenti

Laçında məktəblilərlə növbəti maarifləndirici görüş04.05.2026 - 19:54
Şamaxıdan olan xanımlar üçün Bakı Tekstil Fabrikinə ekskursiya04.05.2026 - 19:49
Gənclər təşkilatlarının nümayəndələri psixotrop maddələrdən istifadənin zərərləri barədə məlumatlandırılıblar04.05.2026 - 19:44
Ümummilli Liderin təhsil və gənclər siyasəti bu gün də uğurla davam etdirilir - Qarabağ Universitetində tədbir04.05.2026 - 19:28
GDU-nun tələbələri idman yarışlarının qalibi olub04.05.2026 - 19:21
Ümummilli Liderin müəyyən etdiyi ideoloji xətt ölkənin parlaq gələcəyinin təminatçısıdır04.05.2026 - 19:15
Azərbaycanda şəhərsalma və memarlığın inkişafı elmi müstəvidə təhlil edilib04.05.2026 - 19:08
Planşet və telefonla böyüyən uşaqlar hansı bacarıqları itirir? – Məktəbəqədər təhsil eksperti açıqladı04.05.2026 - 19:02
Rəqəmsal dövrdə dilin qorunması - ADU-da seminar04.05.2026 - 18:54
“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans04.05.2026 - 18:44
II Beynəlxalq Şah İsmayıl Xətai Konfransı işə başlayıb04.05.2026 - 18:36
Azərbaycan incəsənət nümayəndələri TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində ölkəmizi təmsil edib04.05.2026 - 18:28
Bakıda tatar şairi Qabdulla Tukayın 140 illiyi qeyd olunub04.05.2026 - 18:24
Ümrəyə getməzdən əvvəl bilməli olduğunuz 10 vacib məqam04.05.2026 - 18:20
Düşənbədə beynəlxalq rəqs festivalı: Azərbaycan milli irsi uğurla təqdim olunub04.05.2026 - 18:16
Çin alimləri yağış damcılarından elektrik enerjisi əldə etməyin yolunu tapdı04.05.2026 - 18:10
Ukraynada “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb04.05.2026 - 18:08
“Jurnalistika artıq əvvəlki kimi olmayacaq” – media üçün həyəcan siqnalı04.05.2026 - 18:05
Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verilib04.05.2026 - 18:04
Papa jurnalistləri yad etdi04.05.2026 - 18:00
Rasif Bağırov: “Xroniki iltihab ümumi bədən xəstəliyi deyil, ayrı-ayrı orqanlara aid olur”04.05.2026 - 17:59
Naxçıvan məktəblilərinin “Mədəniyyət Festivalı”04.05.2026 - 17:55
AzTV-də “Mediada rəqəmsal savadlılıq” təlimlərinə start verilib04.05.2026 - 17:55
Naxçıvan kitabxanaçıları Respublika Gənclər Kitabxanasında təcrübə mübadiləsi aparıblar04.05.2026 - 17:54
Nəzarətsiz süni intellektdən istifadə məlumat sızmalarına səbəb olur04.05.2026 - 17:50
Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edilib04.05.2026 - 17:46
Subbakalavrların qeydiyyatı başlayıb04.05.2026 - 17:45
Pentaqon ilk dəfə Al agentlərinə məxfi sənədlərlə işləməyə icazə verdi04.05.2026 - 17:40
Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi04.05.2026 - 17:38
Budapeştdə Azərbaycana həsr olunan “Mədəniyyət günü” keçirilib04.05.2026 - 17:35
TKTA tərəfindən iki ixtisas üzrə biliklər qiymətləndirilib04.05.2026 - 17:32
Türkiyədə azərbaycanlı tələbə qəzada öldü04.05.2026 - 17:30
Sertifikatlaşdırmanın 2-ci günündə 160 müəllim 51-60 bal toplayıb04.05.2026 - 17:25
Görkəmli dilçi-alim Tofiq Hacıyevin 90 illik yubileyi qeyd olunub04.05.2026 - 17:24
Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub - RƏSMİ04.05.2026 - 17:20
Türk dünyasının siyasi, mədəni və ideoloji yaxınlaşmasında Heydər Əliyevin strateji rolu04.05.2026 - 17:16
Tələbələr üçün “Siber köprü” layihəsi başladı04.05.2026 - 17:15
İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI04.05.2026 - 17:10
BDU-da idman turnirinə yekun vurulub04.05.2026 - 17:06
AzMİU və ADA Universiteti dizayn sahəsində əməkdaşlıq edəcək04.05.2026 - 17:05
Elm və təhsil sahəsində peşəkarlaşmaq istəyənlər üçün yeni proqram - Qeydiyyat başlayır04.05.2026 - 17:00
Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI04.05.2026 - 17:00
Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlandı04.05.2026 - 16:55
Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK04.05.2026 - 16:55
Kibertəhlükəsizlik mütəxəssisi Kamran Əsədullayev: “Süni intellekt həm müdafiə, həm də risk yaradan texnologiyadır”04.05.2026 - 16:45
Kolleclərə bu ixtisas üzrə tələbə qəbulu dayandırılır04.05.2026 - 16:45
Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrə sertifikat təqdim olunub 04.05.2026 - 16:35