Ayaz Mustafayev “Space” televiziyasına direktor təyin edilib.
“Tehsil365“ Manset.az-a istinadən xəbər verir ki, təsisçisinin qərarı ilə bir az əvvəl yeni direktor televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə iclas keçirib, müvafiq tapşırıqlar verilib.
Yeni baş direktor Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültələrini fərqlənmə diplomu ilə bitirib. Daha sonra Malta Universiteti nəzdində Aralıq dənizi Diplomatik Akademiyasında magistr təhsili alıb. Həmçinin ADA Universitetində proqram üzrə məzundur.
Əmək fəaliyyətinə Xarici İşlər Nazirliyində başlayıb. Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrdə çalışıb. Son təyinatdan əvvəl isə Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.

