Elm və təhsil sahəsində ixtisaslaşmış media mütəxəssislərinin yetişdirilməsi məqsədilə genişmiqyaslı inkişaf proqramına start verilir.
“Tehsil365“ xəbər verir ki, “OpenScience Media Lab” və “Science and Education Media”nın birgə əməkdaşlığı ilə reallaşan “Elm və təhsil jurnalistikası və kommunikasiyası üzrə peşəkar inkişaf proqramı” artıq qeydiyyatı açıq elan edib.
Bu inkişaf proqramı jurnalistika, ictimaiyyətlə əlaqələr (PR), mətbuat xidməti, media ilə əlaqələr və kommunikasiya sahələrinin elm və təhsil istiqamətləri ilə inteqrasiyasına əsaslanır və ölkədə bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsini hədəfləyir.
Məqsəd cəmiyyətin inkişafının təməli olan təhsil sahəsi üzrə gələcək kommunikasiya mütəxəssislərini hazırlamaqdır.
Proqram çərçivəsində iştirakçılar:
• Elm və təhsil mövzularının ictimaiyyətə düzgün çatdırılması üzrə təlimlərdə iştirak edəcək;
• Elm və təhsil sahəsində peşəkar jurnalist materiallarının (mətn və audiovizual) hazırlanması bacarıqlarına yiyələnəcək;
• Sahə mütəxəssislərinin təlimlərində iştirak edərək mentor dəstəyi əldə edəcək;
• Eləcə də “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzetində real təcrübə imkanları qazanacaqlar.
Kimlər üçündür?
Elm və təhsil jurnalistikası və ya kommunikasiyası sahəsini gələcək karyera istiqaməti kimi görən və bu sahədə ixtisaslaşmaq istəyən tələbə və məzunlar;
Jurnalistika, beynəlxalq jurnalistika, media və kommunikasiya, dövlət və ictimai münasibətlər, təhsil idarəetməsi, pedaqoji yönümlü ixtisaslarda təhsil alan III–IV kurs bakalavr tələbələri, eləcə də magistrlər və son 3 ildə məzun olmuş gənclər;
İnkişaf proqramı iyun ayından başlayaraq ilin sonunadək davam edəcək. Proqram çərçivəsində davamlı nəzəri və praktiki təlimlər, seminarlar, ustad görüşləri, təcrübə və tanışlıq səfərləri təşkil olunacaq.
İştirak tam ödənişsizdir!
Qeydiyyat üçün son tarix: 31 may
Qeydiyyat üçün keçid: https://forms.gle/YnZaUaR1LXh4md2o7

