Təhsil 365 - Logo Mobile

AzMİU və ADA Universiteti dizayn sahəsində əməkdaşlıq edəcək

9504.05.2026 - 17:05
AzMİU və ADA Universiteti dizayn sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə ADA Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Tehsil365“ xəbər verir ki, Memorandum “Dizayn Həftəsi” çərçivəsində keçirilən görüşdə AzMUİ-nun rektoru, professor Gülçöhrə Məmmədova və ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tərəfindən imzalanıb. Qeyd edək ki, bu sənəd daha əvvəl iki ali təhsil müəssisəsi arasında imzalanmış əməkdaşlıq müqavilələrinin davamı olaraq strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirir.

İmzalanan Memorandum AzMİU və ADA Universiteti arasında dizayn sahəsində təhsil, elmi-tədqiqat və yaradıcı fəaliyyət istiqamətlərində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər qrafik dizayn, media, mühit, sənaye və geyim dizaynı istiqamətlərində birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, elmi konfranslar, sərgilər və müsabiqələrin keçirilməsi sahəsində sıx əməkdaşlıq edəcəklər.

Bu kontekstdə AzMİU-nun dizayn sahəsində beynəlxalq nailiyyətləri də xüsusi diqqət çəkir. Belə ki, universitet 2026-cı ilin QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqində ilk dəfə yer alaraq dizayn sahəsi üzrə ölkə üzrə təmsil olunan yeganə, dünya üzrə isə ən yaxşı 250 ali təhsil müəssisəsindən biri kimi çıxış edib. Bu göstərici AzMİU-da formalaşmış güclü akademik mühitin, yaradıcı yanaşmanın və müasir tədris modelinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir və imzalanan Memorandumun əhəmiyyətini daha da artırır.

Eyni zamanda, inklüziv dizayn, vizual kommunikasiya və ictimai mühitin dizaynı üzrə ortaq təşəbbüslərin irəli sürülməsi, bu sahələrdə innovativ yanaşmaların tətbiqi və müasir dizayn düşüncəsinin inkişaf etdirilməsi də əməkdaşlığın əsas prioritet istiqamətləri sırasındadır.

Memorandum çərçivəsində süni intellekt, rəqəmsal dizayn və multimedia sahələrində birgə fəaliyyətlərin təşviqi, sənaye və kreativ sektorla inteqrasiyalı layihələrin həyata keçirilməsi, startap və innovasiya yönümlü təşəbbüslərin dəstəklənməsi xüsusi diqqət mərkəzində olacaq.

Sənəd həmçinin tərəflər arasında uzunmüddətli və sistemli əməkdaşlığın formalaşdırılmasına zəmin yaradır. Bu çərçivədə gələcəkdə birgə akademik proqramların hazırlanması, müasir dizayn yanaşmalarının tədris prosesinə inteqrasiyası, tələbələrin praktik bilik və bacarıqlarının artırılmasına yönəlmiş layihələrin icrası planlaşdırılır. Bununla yanaşı, beynəlxalq təcrübənin öyrənilməsi, qlobal dizayn trendlərinin tətbiqi və yaradıcı sənayelərlə ali təhsil müəssisələri arasında əlaqələrin gücləndirilməsi də nəzərdə tutulur.

Xüsusi vurğulanmalıdır ki, imzalanmış Anlaşma Memorandumu 2026-cı ilin 17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ərəfəsində baş tutmaqla, tərəflər arasında akademik tərəfdaşlığın genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq çərçivəsində şəhərsalma və memarlıq sahələrində konfransların, sərgilərin, seminarların, elmi görüşlərin, təlim və ustad dərslərinin təşkili, eləcə də birgə akademik proqram və kursların hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, bu əməkdaşlıq həm tələbə və müəllim heyəti üçün yeni imkanlar açacaq, həm də ölkədə dizayn və yaradıcı sənayelər ekosisteminin inkişafına, universitet-sənaye və beynəlxalq tərəfdaşlıq modelinin daha da güclənməsinə mühüm töhfə verəcək.

Mehriban İbadova

Xəbər Lenti

II Beynəlxalq Şah İsmayıl Xətai Konfransı işə başlayıb04.05.2026 - 18:36
Azərbaycan incəsənət nümayəndələri TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində ölkəmizi təmsil edib04.05.2026 - 18:28
Bakıda tatar şairi Qabdulla Tukayın 140 illiyi qeyd olunub04.05.2026 - 18:24
Ümrəyə getməzdən əvvəl bilməli olduğunuz 10 vacib məqam04.05.2026 - 18:20
Düşənbədə beynəlxalq rəqs festivalı: Azərbaycan milli irsi uğurla təqdim olunub04.05.2026 - 18:16
Çin alimləri yağış damcılarından elektrik enerjisi əldə etməyin yolunu tapdı04.05.2026 - 18:10
Ukraynada “Azərbaycan xalçasının sehrliliyi” adlı sərgi açılıb04.05.2026 - 18:08
“Jurnalistika artıq əvvəlki kimi olmayacaq” – media üçün həyəcan siqnalı04.05.2026 - 18:05
Moskvada Azərbaycan musiqisi müsabiqəsinə start verilib04.05.2026 - 18:04
Papa jurnalistləri yad etdi04.05.2026 - 18:00
Rasif Bağırov: “Xroniki iltihab ümumi bədən xəstəliyi deyil, ayrı-ayrı orqanlara aid olur”04.05.2026 - 17:59
Naxçıvan məktəblilərinin “Mədəniyyət Festivalı”04.05.2026 - 17:55
AzTV-də “Mediada rəqəmsal savadlılıq” təlimlərinə start verilib04.05.2026 - 17:55
Naxçıvan kitabxanaçıları Respublika Gənclər Kitabxanasında təcrübə mübadiləsi aparıblar04.05.2026 - 17:54
Nəzarətsiz süni intellektdən istifadə məlumat sızmalarına səbəb olur04.05.2026 - 17:50
Azərbaycan xalçaçıları “Tərəqqi” medalı ilə təltif edilib04.05.2026 - 17:46
Subbakalavrların qeydiyyatı başlayıb04.05.2026 - 17:45
Pentaqon ilk dəfə Al agentlərinə məxfi sənədlərlə işləməyə icazə verdi04.05.2026 - 17:40
Heydər Əliyev və Azərbaycanın müdafiə sənayesi04.05.2026 - 17:38
Budapeştdə Azərbaycana həsr olunan “Mədəniyyət günü” keçirilib04.05.2026 - 17:35
TKTA tərəfindən iki ixtisas üzrə biliklər qiymətləndirilib04.05.2026 - 17:32
Türkiyədə azərbaycanlı tələbə qəzada öldü04.05.2026 - 17:30
Sertifikatlaşdırmanın 2-ci günündə 160 müəllim 51-60 bal toplayıb04.05.2026 - 17:25
Görkəmli dilçi-alim Tofiq Hacıyevin 90 illik yubileyi qeyd olunub04.05.2026 - 17:24
Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub - RƏSMİ04.05.2026 - 17:20
Türk dünyasının siyasi, mədəni və ideoloji yaxınlaşmasında Heydər Əliyevin strateji rolu04.05.2026 - 17:16
Tələbələr üçün “Siber köprü” layihəsi başladı04.05.2026 - 17:15
İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI04.05.2026 - 17:10
BDU-da idman turnirinə yekun vurulub04.05.2026 - 17:06
Rezidenturaya qəbul imtahanının nəticələri AÇIQLANDI04.05.2026 - 17:00
Elm və təhsil sahəsində peşəkarlaşmaq istəyənlər üçün yeni proqram - Qeydiyyat başlayır04.05.2026 - 17:00
Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlandı04.05.2026 - 16:55
Bəzi yerlərdə külək GÜCLƏNƏCƏK04.05.2026 - 16:55
Kibertəhlükəsizlik mütəxəssisi Kamran Əsədullayev: “Süni intellekt həm müdafiə, həm də risk yaradan texnologiyadır”04.05.2026 - 16:45
Kolleclərə bu ixtisas üzrə tələbə qəbulu dayandırılır04.05.2026 - 16:45
Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrə sertifikat təqdim olunub 04.05.2026 - 16:35
Məktəblərdə mina təhlükəsi ilə bağlı maarifləndirici görüşlər keçirilib04.05.2026 - 16:25
Hansı məktəblərə qəbul müsabiqə ilə aparılacaq? - SİYAHI 04.05.2026 - 16:15
Peşə təhsili üzrə ixtisasların təsnifatı yenilənir: Növbəti görüş keçirilib04.05.2026 - 16:05
Rus bölməsinə qəbul necə olacaq? – Qeydiyyat mərhələləri açıqlanıb04.05.2026 - 16:00
İlk süni intellekt əsaslı Rəqəmsal Təhsil Bələdçisi istifadəyə verilib04.05.2026 - 15:50
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı04.05.2026 - 15:40
“Space” televiziyasına yeni direktor təyin edilib04.05.2026 - 15:30
RFM və Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadasının yarımfinalı keçirilib04.05.2026 - 15:20
Yaşı 9-dan yuxarı olan uşaqlar I sinfə qəbul olunurmu? – Rəsmi açıqlama04.05.2026 - 15:10
“Parla” iştirakçıları üçün rəqəmsal bacarıqlar üzrə təlim təşkil olunub04.05.2026 - 15:00
Yeni texnologiyalar (lazer, süni intellekt və s.) dermatoloq sahəsinə necə təsir edir?04.05.2026 - 15:00