Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbində “Mədəniyyət Festivalı” təşkil olunub.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, festival çərçivəsində 6-cı və 7-ci sinif şagirdlərindən ibarət 15 qrup müxtəlif ölkələri təmsil edib.
Şagirdlər seçdikləri ölkələr üzrə geniş araşdırma apararaq onların tarixini, mədəniyyətini, musiqisini, rəqsini və digər xüsusiyyətlərini əhatə edən təqdimatlarla çıxış ediblər.
Bununla yanaşı, həmin ölkələrə məxsus milli yeməklərin təqdim olunması tədbirə xüsusi rəng qatıb.

