Qəmər Salamzadə Azərbaycan kino tarixində xüsusi yer tutan sənətkarlardan biridir.
“Tehsil365” xəbər verir ki, O, 5 may 1908-ci ildə Naxçıvanda anadan olub və ölkənin ilk qadın kinorejissoru kimi tarixə düşüb.
Qəmər Salamzadə uzun illər Azərbaycan kinosunun inkişafı üçün fəaliyyət göstərib, müxtəlif filmlərin ərsəyə gəlməsində rejissor və ssenarist kimi iştirak edib. Onun yaradıcılığı milli kino sənətində qadınların rolunun artmasına və yeni nəslin formalaşmasına mühüm təsir göstərib.
Sənətkar fəaliyyət göstərdiyi dövrdə Azərbaycan mədəniyyətinə və kino sahəsinə verdiyi töhfələrlə tanınıb. O, peşəkar fəaliyyəti ilə ölkədə kino sənətinin inkişafına xidmət edən önəmli simalardan biri hesab olunur.
Qəmər Salamzadə 20 aprel 1994-cü ildə Bakıda vəfat edib. Onun adı Azərbaycan kino tarixində ilk qadın rejissor kimi daim hörmətlə xatırlanır.

