Murtuza Nağıyev Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan tanınmış alimlərdən biri olub.
“Tehsil365” xəbər verir ki, O, 5 may 1908-ci ildə Cənubi Azərbaycanın Sərab şəhərində anadan olub.
Murtuza Nağıyev texnika elmləri doktoru, professor və Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü kimi uzun illər elmi fəaliyyət göstərib. Alim neft-kimya sahəsində apardığı araşdırmalar və elmi yenilikləri ilə böyük nüfuz qazanıb. O, həmçinin “Sosialist Əməyi Qəhrəmanı” adına və Azərbaycan SSR əməkdar elm xadimi fəxri adına layiq görülüb.
1959–1961-ci illərdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru vəzifəsində çalışan alim, daha sonra 1965-ci ildən etibarən Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun yaradıcısı və direktoru olub. Onun rəhbərliyi ilə Azərbaycanda kimya texnologiyası sahəsində mühüm elmi məktəb formalaşıb.
Murtuza Nağıyev 28 yanvar 1975-ci ildə Bakıda vəfat edib. Onun elmi fəaliyyəti və Azərbaycan elminə verdiyi töhfələr bu gün də yüksək qiymətləndirilir.

