Əbdül Xalıq Azərbaycan təsviri sənətinin tanınmış simalarından biri kimi sənət tarixində özünəməxsus yer tutub.
“Tehsil365” xəbər verir ki, Əsl adı Əbdülxalıq Əbdül Əli oğlu Rzaquliyev olan sənətkar 5 may 1920-ci ildə Bakıda anadan olub.
Əbdül Xalıq uzun illər rəssam və pedaqoq kimi fəaliyyət göstərərək Azərbaycan incəsənətinin inkişafına mühüm töhfələr verib. Onun yaradıcılığı milli təsviri sənətin zənginləşməsində və gənc rəssamların yetişməsində xüsusi rol oynayıb.
Sənətkarın fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. O, 1973-cü ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Əbdül Xalıq 30 sentyabr 1988-ci ildə Bakıda vəfat edib. Onun əsərləri və sənətə verdiyi töhfələr Azərbaycan mədəniyyətində mühüm irs kimi dəyərləndirilir.

