Yaqub Məmmədov Azərbaycan muğam sənətinin tanınmış nümayəndələrindən biri olub.
“Tehsil365” xəbər verir ki, O, 5 may 1930-cu ildə Ağcabədi rayonunda anadan olub.
Yaqub Məmmədov uzun illər xanəndə kimi fəaliyyət göstərərək milli musiqi irsinin qorunub saxlanılmasına və inkişafına mühüm töhfələr verib. Onun ifaları muğamsevərlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
Sənətkar yaradıcılığı və musiqi sahəsində xidmətlərinə görə 1990-cı ildə “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülüb. O, Azərbaycan muğam məktəbinin tanınması və təbliğində xüsusi rol oynayıb.
Yaqub Məmmədov 5 iyul 2002-ci ildə Bakıda vəfat edib. Onun sənəti və səsi Azərbaycan musiqi tarixində dəyərli irs kimi yaşayır.

