Elşad Yəhyayev Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə igidlik göstərən qəhrəmanlardan biri olub.
“Tehsil365” xəbər verir ki, O, 5 may 1966-cı ildə Nuxa şəhərində anadan olub.
Elşad Yəhyayev Birinci Qarabağ müharibəsi zamanı Vətən torpaqlarının müdafiəsində fəal iştirak edib. Döyüşlərdə göstərdiyi şücaət və qorxmazlıq silahdaşları tərəfindən yüksək qiymətləndirilib.
O, 20 iyun 1992-ci ildə Xocalı rayonunun Naxçıvanik kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Göstərdiyi qəhrəmanlığa görə Elşad Yəhyayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Onun xatirəsi Azərbaycan xalqı tərəfindən daim ehtiramla yad edilir və vətənpərvərlik nümunəsi kimi gələcək nəsillərə örnək göstərilir.

