Ekspertin sözlərinə görə, bu proses xəstənin ümumi əhvalına da təsir göstərir: “Xəstə artıq əvvəl bu proseslərə öyrəşir və özü də onun simptomlarını hiss edir. Aktivləşəndə həkimlər müəyyənləşdirir, xəstənin əhvalı kifayət qədər pozulur və həkimə müraciət edir. Həkim onu aydınlaşdırır və ona qarşı mübarizə aparır.”
Tibbi ekspert Rasif Bağırov “Tehsil365”ə açıqlamasında deyib: “Bədəndə ümumi şəkildə xroniki iltihab anlayışı yoxdur. Hər hansı bir orqanın iltihabi prosesi ola bilər. Həmin iltihablı proses vaxtında müalicə olunmayanda və yaxud düzgün müalicə aparılmayanda, məsələlər uzandıqca görürsən ki, xroniki formaya keçir. Xroniki formaya keçəndən sonra bu xəstənin bədənində ömürlük qalır, sadəcə müəyyən dövrlər ərzində onun aktivləşməsi baş verə bilir ki, həmin aktivləşmənin qabağını alırlar. Qabağı alınandan sonra yenə də qayıdır özünün xroniki formasına və o formada davam edir.”
Bağırov vurğulayıb ki, “ümumi bədən xroniki xəstəliyi” deyilən anlayış yoxdur: “Bu, yalnız ayrı-ayrı üzvlərin xroniki xəstəlikləri ola bilər.”

