Türkiyənin Diyarbakır şəhərində uşaq bağçasının yaxınlığında əlində pompalı tüfəng olan bir uşaq görülməsi ərazidə təşviş yaradıb.
“Tehsil365” Türkiyə mediasına istinadən xəbər verir ki, silahlı şəxsin uşaq olduğunu görən vətəndaşlar dərhal polisə məlumat veriblər.
Qısa müddətdə hadisə yerinə gələn polis əməkdaşları vəziyyətə müdaxilə edərək uşağı zərərsizləşdirib və nəzarətə götürüblər. Onun üzərində aparılan yoxlamalarda əlavə olaraq iki silahın da olduğu müəyyən edilib.
Hadisə ilə bağlı istintaq başladılıb, silahların necə əldə edildiyi araşdırılır.

