Mayın 1-də Qazaxıstanın Toyrayqırov və Atırau Universitetlərinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) qonaq olub.
“Tehsil365” xəbər verir ki, səfər çərçivəsində qonaqlar ADU-nun Türk Dünyası Araşdırmaları Mərkəzini ziyarət ediblər. Mərkəzin müdiri C. İbrahimli nümayəndə heyətinə qurumun həyata keçirdiyi layihələr və təşkil etdiyi tədbirlər barədə ətraflı məlumat verib.
Toyrayqırov Universitetinin prorektoru Səltənət Aubəkirova çıxışında qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək təşəbbüslərin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edib.
Atırau Universitetinin prorektoru Baxit Altınbaşov isə Türk Dünyası Araşdırmaları Mərkəzi ilə əməkdaşlığın önəmini qeyd edərək bildirib ki, 2023-cü ildən etibarən Azərbaycan Dillər Universiteti ilə Atırau Universiteti arasında Orhun Mübadilə Proqramı çərçivəsində əməkdaşlıq həyata keçirilir. O, həmçinin universitet əməkdaşlarının qarşılıqlı mübadilə proqramlarında iştirakının əhəmiyyətini diqqətə çatdırıb.

