Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və Fransız dilləri fakültəsi nəzdində fəaliyyət göstərən Linqvokulturologiya kafedrasının təşəbbüsü ilə Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində “Gender bərabərliyi” istiqamətinə həsr olunmuş “Hər Qız Təhsilə” adlı tədbir təşkil olunub.
“Tehsil365” xəbər verir ki, tədbir Linqvokulturologiya kafedrasının müəllimi Ülviyyə Əsgərovanın təşkilatçılığı və İngilis və Alman dilləri fakültəsinin 308A qrup tələbələrinin iştirakı ilə həyata keçirilib.
Tədbir çərçivəsində tələbələr təqdimatlarla çıxış edib, ssenari əsasında rol oyunları icra ediblər. “Paradoksal fikir mübadiləsi” formatında aparılan müzakirələr iştirakçılar arasında əlverişli intellektual mühitin formalaşmasına şərait yaradıb.
Tədbirdə İngilis və Fransız dilləri fakültəsinin dekanı, dosent Vəfa Babayeva, Linqvokulturologiya kafedrasının müdiri, professor Vüsalə Ağabəyli, Təlim və Metodiki Mərkəzin rəhbəri Mülayim Bağırova, professor Mahirə Hacıyeva, professor Kəmalə Cəfərova və kafedranın əməkdaşları iştirak edərək tədbir haqqında dəyərli fikirlərini bölüşüb, tələbələrə uğurlar arzulayıblar.

