Təhsil 365 - Logo Mobile

BDU-da ədəbi-bədii tədbir: “Şuşaya salam”

10305.05.2026 - 12:25
BDU-da ədəbi-bədii tədbir: “Şuşaya salam”

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, fakültənin məzunu Səlim Babullaoğlunun “Şuşaya salam” layihəsi əsasında ədəbi-bədii tədbir keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tarixi qələbəmizi əks etdirən videoçarx nümayiş etdirilib.

Bu barədə “Tehsil365” ə BDU-dan məlumat verilib.

İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin şücaəti sayəsində qazandığımız parlaq qələbədən, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasından danışıb. 44 günlük Vətən müharibəsində Şuşa Zəfərinin tarixi əhəmiyyətini xüsusi vurğulayıb. “Bu möhtəşəm qələbə çağdaş bədii ədəbiyyatın yeni mövzularla zənginləşməsinə səbəb oldu. Şair və yazıçılarımız müharibənin ilk günlərindən Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan dövlətinin gücü, Ordumuzun məğlubedilməzliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı haqqında ədəbi əsərlər yazıb dərc etdirməyə başladılar”.

“Şuşaya salam” layihəsi barədə məlumat verən Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu qeyd edib ki, Mədəniyyət Nazirliyinin dəstəyi, “Space” televiziyasının tərəfdaşlığı ilə Azərbaycan da daxil olmaqla 30-a yaxın ölkədən 44 tanınmış şair Şuşaya ithaf etdikləri şeirlərini qiraət ediblər. Daha sonra isə həmin şeirlər toplu şəklində çapdan buraxılıb. Səlim Babullaoğlu bu kimi tədbirlərin tələbələrin vətənpərvərlik hisslərinin formalaşmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbirdə tanınmış şairlər İlqar Fəhmi, Səlim Babullaoğlu, BDU-nun dekanları Aydan Xəndan, Ələmdar Cabbarlı, kafedra müdiri Knyaz Aslan Şuşaya həsr etdikləri şeirlərini, fakültə əməkdaşları, tələbələri və əməkdaşların övladları Azərbaycanın və dünyanın bir sıra ölkələrinin şairlərinin Şuşaya həsr olunmuş şeirlərini səsləndiriblər.

Ədəbi-bədii gecə İnformasiya və sənəd menecmenti fakültəsinin tələbələrinin ifasında Şuşaya aid musiqi nömrələri ilə davam edib. Tədbir çərçivəsində həmçinin gənc rəssam Aytac Aslanın Şuşa mövzusunda əsərlərindən ibarət rəsm sərgisi nümayiş olunub.

Zəhra Əliyeva

Xəbər Lenti

IELS 2025 tədqiqatında Azərbaycandan 208 təhsil müəssisəsi iştirak edib05.05.2026 - 14:00
Təhsil İnstitutunun rəsmisi: Ali təhsilli anaların övladları daha yüksək nəticələr nümayiş etdirir05.05.2026 - 13:50
Azərbaycanın su ehtiyatları: vəziyyət, biotəhlükəsizlik və həll yolları05.05.2026 - 13:40
“Maarifçi” proqramına qəbul üzrə müsahibə mərhələsində 881 nəfər iştirak edəcək05.05.2026 - 13:25
BMU-da Materialşünaslıq laboratoriyası açılıb05.05.2026 - 13:10
Ədəbiyyatda folklor izləri: “Sirlərin sərgüzəşti” və 60-80-ci illər nəsri05.05.2026 - 13:00
Botanika İnstitutunun əməkdaşı İsveçrənin elmi müəssisəsində molekulyar tədqiqat prosesində iştirak edib05.05.2026 - 12:55
ARDNF-dən Qarabağ Universiteti tələbələrinə “Zəfərdən Gələcəyə” mentorluq imkanı05.05.2026 - 12:40
Deputat: Multikulturalizmin təməlində dialoq dayanır və Azərbaycan bu istiqamətdə ardıcıl siyasət həyata keçirir05.05.2026 - 12:00
Psixoloq: “Gənclər arasında emosional gərginlik halları artır”05.05.2026 - 09:55
BDU-da Qazaxıstanın Torayğırov Universitetinin nümayəndə heyəti ilə görüş05.05.2026 - 09:41
Landau School şagirdləri ADU-da keçirilən konfransda uğurla çıxış ediblər05.05.2026 - 09:28
ADU-da "Hər Qız Təhsilə" tədbiri keçirilib05.05.2026 - 09:16
ADU-da Qazaxıstan universitetlərinin nümayəndə heyəti ilə görüş keçirilib05.05.2026 - 09:05
Xəzər dənizində zəlzələ olub05.05.2026 - 08:52
Bu günə olan hava proqnozu 05.05.2026 - 08:40
Uşaq bağçası yaxınlığında silahlı uşaq saxlanıldı05.05.2026 - 08:32
Ali təhsilin gələcəyinə həsr olunan beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanda05.05.2026 - 08:20
Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevə həsr edilən “Bir səfərin izi ilə” filmi nümayiş olunub05.05.2026 - 08:07
BDU-da narkomaniyaya qarşı maarifləndirici tədbir05.05.2026 - 07:55
Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən Zaur İmrani BDU tələbələrinə ustad dərsi keçib05.05.2026 - 07:43
BDU komandası “Milli dövlətçilik yolumuz” adlı intellektual çempionatda III yeri tutub05.05.2026 - 07:30
ADU-da idarəetmə üzrə seminar baş tutub05.05.2026 - 07:20
Qazaxıstanın Toyrayqırov və Atırau Universitetlərinin nümayəndə heyəti ADU-nun qonağı olublar05.05.2026 - 07:11
ADU-da DAAD təqaüdçüləri ilə görüş keçirilib05.05.2026 - 07:02
Milli Qəhrəman Pərviz Səmədovun Şücaəti Tarixdə Yaşayır05.05.2026 - 07:00
Milli Qəhrəman Qasım Rzayev Vətən Yolunda Şəhidlik Zirvəsinə Ucalıb05.05.2026 - 06:36
Milli Qəhrəman Elşad Yəhyayev Qəhrəmanlığı ilə Yadda Qalıb05.05.2026 - 06:18
Milli Qəhrəman İlham Əliyev Vətən Uğrunda Canından Keçib05.05.2026 - 06:00
Şair Ağa Laçınlı Azərbaycan Ədəbiyyatında Öz Dəsti-Xətti ilə Seçilib05.05.2026 - 05:42
Xalq Artisti Yaqub Məmmədov Muğam Sənətinə Töhfələri ilə Yadda Qalıb05.05.2026 - 05:18
Əbdül Xalıq Azərbaycan Təsviri Sənətinin Görkəmli Nümayəndələrindən Olub05.05.2026 - 05:06
Adil İsgəndərov Azərbaycan Teatr və Kino Sənətində İz Qoyub05.05.2026 - 04:54
Görkəmli Alim Murtuza Nağıyevin Elmi Fəaliyyəti05.05.2026 - 04:36
Azərbaycanın İlk Qadın Kinorejissoru Qəmər Salamzadə05.05.2026 - 04:18
Əhməd Cavadın Həyat və Yaradıcılığı05.05.2026 - 04:00
Laçında məktəblilərlə növbəti maarifləndirici görüş04.05.2026 - 19:54
Şamaxıdan olan xanımlar üçün Bakı Tekstil Fabrikinə ekskursiya04.05.2026 - 19:49
Gənclər təşkilatlarının nümayəndələri psixotrop maddələrdən istifadənin zərərləri barədə məlumatlandırılıblar04.05.2026 - 19:44
Qəbələ şəhərində WUF13 Festivalına start verilib04.05.2026 - 19:36
Ümummilli Liderin təhsil və gənclər siyasəti bu gün də uğurla davam etdirilir - Qarabağ Universitetində tədbir04.05.2026 - 19:28
GDU-nun tələbələri idman yarışlarının qalibi olub04.05.2026 - 19:21
Ümummilli Liderin müəyyən etdiyi ideoloji xətt ölkənin parlaq gələcəyinin təminatçısıdır04.05.2026 - 19:15
Azərbaycanda şəhərsalma və memarlığın inkişafı elmi müstəvidə təhlil edilib04.05.2026 - 19:08
Planşet və telefonla böyüyən uşaqlar hansı bacarıqları itirir? – Məktəbəqədər təhsil eksperti açıqladı04.05.2026 - 19:02
Rəqəmsal dövrdə dilin qorunması - ADU-da seminar04.05.2026 - 18:54
“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans04.05.2026 - 18:44