Təhsil 365 - Logo Mobile

ARDNF-dən Qarabağ Universiteti tələbələrinə “Zəfərdən Gələcəyə” mentorluq imkanı

10205.05.2026 - 12:40
ARDNF-dən Qarabağ Universiteti tələbələrinə “Zəfərdən Gələcəyə” mentorluq imkanı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən insan kapitalının inkişafı və təhsilin dəstəklənməsi istiqamətində həyata keçirilən təşəbbüslərin davamı olaraq, Azərbaycan Respublikasının Şanlı Zəfərinin 5-ci ildönümü münasibətilə Qarabağ Universitetinin tələbələri üçün həyata keçirilən “Zəfərdən Gələcəyə” mentorluq proqramının açılış mərasimi baş tutub.

Fonddan “Tehsil365” ə bildirilib ki, proqram çərçivəsində Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin 2-ci və 3-cü kurs tələbələri arasından seçim əsasında 10 nəfər iştirakçı müəyyən edilib. Seçilmiş tələbələr fondun mütəxəssisləri tərəfindən təqdim olunacaq mentorluq dəstəyi vasitəsilə investisiya və maliyyə sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.

Qarabağ Universitetində keçirilən açılış mərasimində Dövlət Neft Fondunun İcraçı direktorunun müavini Bəhruz Bəhramov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış ediblər.

Fondun icraçı direktorunun müavini Bəhruz Bəhramov çıxışında proqramın əhəmiyyətini vurğulayaraq qeyd edib: “Qarabağda həyata keçirilən bərpa və yenidənqurma mərhələsində bilik və insan kapitalına qoyulan investisiya xüsusi əhəmiyyət kəsb edərək uzunmüddətli dəyər yaradır. Bu yanaşma isə fondun strateji prioritetləri sırasında mühüm yer tutur”.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov isə çıxışında qeyd edib ki, universitet regionda bilik və inkişaf mərkəzi kimi formalaşaraq tələbələrin potensialının reallaşdırılmasına və onların gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verir.

Tədbir çərçivəsində proqramın məqsədləri, icra mexanizmi, qarşıdakı mərhələlər və iştirakçıların proqramdan səmərəli faydalanma imkanları barədə təqdimatlar keçirilib.

Eyni zamanda, ARDNF-nin nümayəndələri Qarabağ Universitetinin yeni istifadəyə verilmiş İqtisadiyyat fakültəsinin binası ilə tanış olublar.

Qeyd edək ki, “Zəfərdən Gələcəyə” mentorluq proqramı gənclərin iqtisadiyyat və maliyyə sahələrinə marağının artırılması, onların peşəkar inkişafına dəstək göstərilməsi və nəzəri biliklərlə praktik təcrübə arasında əlaqənin gücləndirilməsi məqsədi daşıyır. Proqram fondun bilik və təcrübəsinin paylaşılması yolu ilə ölkədə insan kapitalının inkişafına və dayanıqlı iqtisadi inkişafa töhfə verən təşəbbüslərdən biridir.

Zəhra Əliyeva

Xəbər Lenti

IELS 2025 tədqiqatında Azərbaycandan 208 təhsil müəssisəsi iştirak edib05.05.2026 - 14:00
Təhsil İnstitutunun rəsmisi: Ali təhsilli anaların övladları daha yüksək nəticələr nümayiş etdirir05.05.2026 - 13:50
Azərbaycanın su ehtiyatları: vəziyyət, biotəhlükəsizlik və həll yolları05.05.2026 - 13:40
“Maarifçi” proqramına qəbul üzrə müsahibə mərhələsində 881 nəfər iştirak edəcək05.05.2026 - 13:25
BMU-da Materialşünaslıq laboratoriyası açılıb05.05.2026 - 13:10
Ədəbiyyatda folklor izləri: “Sirlərin sərgüzəşti” və 60-80-ci illər nəsri05.05.2026 - 13:00
Botanika İnstitutunun əməkdaşı İsveçrənin elmi müəssisəsində molekulyar tədqiqat prosesində iştirak edib05.05.2026 - 12:55
BDU-da ədəbi-bədii tədbir: “Şuşaya salam”05.05.2026 - 12:25
Deputat: Multikulturalizmin təməlində dialoq dayanır və Azərbaycan bu istiqamətdə ardıcıl siyasət həyata keçirir05.05.2026 - 12:00
Psixoloq: “Gənclər arasında emosional gərginlik halları artır”05.05.2026 - 09:55
BDU-da Qazaxıstanın Torayğırov Universitetinin nümayəndə heyəti ilə görüş05.05.2026 - 09:41
Landau School şagirdləri ADU-da keçirilən konfransda uğurla çıxış ediblər05.05.2026 - 09:28
ADU-da "Hər Qız Təhsilə" tədbiri keçirilib05.05.2026 - 09:16
ADU-da Qazaxıstan universitetlərinin nümayəndə heyəti ilə görüş keçirilib05.05.2026 - 09:05
Xəzər dənizində zəlzələ olub05.05.2026 - 08:52
Bu günə olan hava proqnozu 05.05.2026 - 08:40
Uşaq bağçası yaxınlığında silahlı uşaq saxlanıldı05.05.2026 - 08:32
Ali təhsilin gələcəyinə həsr olunan beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanda05.05.2026 - 08:20
Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevə həsr edilən “Bir səfərin izi ilə” filmi nümayiş olunub05.05.2026 - 08:07
BDU-da narkomaniyaya qarşı maarifləndirici tədbir05.05.2026 - 07:55
Coğrafiya İnstitutunun direktoru vəzifəsini icra edən Zaur İmrani BDU tələbələrinə ustad dərsi keçib05.05.2026 - 07:43
BDU komandası “Milli dövlətçilik yolumuz” adlı intellektual çempionatda III yeri tutub05.05.2026 - 07:30
ADU-da idarəetmə üzrə seminar baş tutub05.05.2026 - 07:20
Qazaxıstanın Toyrayqırov və Atırau Universitetlərinin nümayəndə heyəti ADU-nun qonağı olublar05.05.2026 - 07:11
ADU-da DAAD təqaüdçüləri ilə görüş keçirilib05.05.2026 - 07:02
Milli Qəhrəman Pərviz Səmədovun Şücaəti Tarixdə Yaşayır05.05.2026 - 07:00
Milli Qəhrəman Qasım Rzayev Vətən Yolunda Şəhidlik Zirvəsinə Ucalıb05.05.2026 - 06:36
Milli Qəhrəman Elşad Yəhyayev Qəhrəmanlığı ilə Yadda Qalıb05.05.2026 - 06:18
Milli Qəhrəman İlham Əliyev Vətən Uğrunda Canından Keçib05.05.2026 - 06:00
Şair Ağa Laçınlı Azərbaycan Ədəbiyyatında Öz Dəsti-Xətti ilə Seçilib05.05.2026 - 05:42
Xalq Artisti Yaqub Məmmədov Muğam Sənətinə Töhfələri ilə Yadda Qalıb05.05.2026 - 05:18
Əbdül Xalıq Azərbaycan Təsviri Sənətinin Görkəmli Nümayəndələrindən Olub05.05.2026 - 05:06
Adil İsgəndərov Azərbaycan Teatr və Kino Sənətində İz Qoyub05.05.2026 - 04:54
Görkəmli Alim Murtuza Nağıyevin Elmi Fəaliyyəti05.05.2026 - 04:36
Azərbaycanın İlk Qadın Kinorejissoru Qəmər Salamzadə05.05.2026 - 04:18
Əhməd Cavadın Həyat və Yaradıcılığı05.05.2026 - 04:00
Laçında məktəblilərlə növbəti maarifləndirici görüş04.05.2026 - 19:54
Şamaxıdan olan xanımlar üçün Bakı Tekstil Fabrikinə ekskursiya04.05.2026 - 19:49
Gənclər təşkilatlarının nümayəndələri psixotrop maddələrdən istifadənin zərərləri barədə məlumatlandırılıblar04.05.2026 - 19:44
Qəbələ şəhərində WUF13 Festivalına start verilib04.05.2026 - 19:36
Ümummilli Liderin təhsil və gənclər siyasəti bu gün də uğurla davam etdirilir - Qarabağ Universitetində tədbir04.05.2026 - 19:28
GDU-nun tələbələri idman yarışlarının qalibi olub04.05.2026 - 19:21
Ümummilli Liderin müəyyən etdiyi ideoloji xətt ölkənin parlaq gələcəyinin təminatçısıdır04.05.2026 - 19:15
Azərbaycanda şəhərsalma və memarlığın inkişafı elmi müstəvidə təhlil edilib04.05.2026 - 19:08
Planşet və telefonla böyüyən uşaqlar hansı bacarıqları itirir? – Məktəbəqədər təhsil eksperti açıqladı04.05.2026 - 19:02
Rəqəmsal dövrdə dilin qorunması - ADU-da seminar04.05.2026 - 18:54
“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans04.05.2026 - 18:44