Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb. Müsabiqəyə ümumilikdə 1026 layihə təqdim edilib. Daxil olan layihələrin 30-u (3 faiz) ümumi təhsil müəssisələrinin, 996-sı (97 faiz) təhsilverənlərin fərdi layihələridir.
Bu barədə “Tehsil365” ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Cari müsabiqə iştirakçılarının 367-si (36 faiz) ilk dəfədir ki, bu prosesə qoşulub. Onlardan 10-u “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə, 357-si “Fərdi layihələr” kateqoriyası üzrə müsabiqəyə müraciət edib. Ən çox layihə təklifi isə Bakı, Gəncə və Ağstafadan daxil olub.
X qrant müsabiqəsinin gedişatına dair bütün məlumatlar Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifələrində mütəmadi təqdim olunacaq.

