Təhsil 365 - Logo Mobile

Beynəlxalq Xalça Festivalı uğurla başa çatıb

7305.05.2026 - 17:24
Beynəlxalq Xalça Festivalı uğurla başa çatıb

“Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə baş tutan Beynəlxalq Xalça Festivalı uğurla başa çatıb.

Bu barədə “Tehsil365"ə “Azərxalça” ASC-dən məlumat verilib.

Bildirilib ki, tədbirin ilk günü təşkil olunan Beynəlxalq Xalça Forumu bu sahədə çalışan yerli və xarici mütəxəssisləri bir araya gətirib. Forumda Özbəkistan, Türkmənistan, Albaniya, Mərakeş, Meksika, Türkiyə, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Nepal, Belçika və digər ölkələrin nümayəndələri iştirak ediblər.

Sənətşünasların, xalçaçı ustaların, tələbələrin və incəsənət xadimlərinin qatıldığı Forumda Azərbaycan xalçalarının tarixi, estetik özəllikləri və dünya mədəni irsindəki yeri haqqında geniş təqdimatlar yer alıb, həmçinin xalçaçılığın yalnız mədəni irs deyil, eyni zamanda yüksək iqtisadi potensiala malik yaradıcı sənaye sahəsi olduğu vurğulanıb.

Mayın 2-3-də isə İçərişəhərin qədim küçə və meydanlarında festival bayram ab-havasında davam edib. Qədim Buxara və Multani karvansaraları, Qoşa Qala meydanı və digər məkanlar xalça sərgilərinə, ustad dərslərinə, interaktiv teatr tamaşalarına və konsert proqramlarına ev sahibliyi edib. 19 ölkənin nümayəndəsi təmsil olunduğu festivalda Azərbaycan da daxil olmaqla 14 dövlətin milli pavilyonu qurulub və ziyarətçilərə müxtəlif xalçaçılıq məktəbləri, texnikaları, eləcə də ənənələri nümayiş etdirilib.

Festival müddətində İçərişəhər ərazisi “Azərxalça” ASC-nin 500 əsl əl işi xalçası ilə bəzədilib. İki gün ərzində minlərlə həm yerli, həm xarici qonaqlar bu xalçaların üzərində gəzərək, toxunaraq, fotolar çəkdirərək tarixin bir hissəsinə keçiblər.

Qoşa Qala meydanında keçirilən rəsmi açılış mərasimində çıxış edən “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Rüfət Mahmud, “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov və AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu festivalın həm mədəni, həm də iqtisadi əhəmiyyətini xüsusi qeyd etdilər. Bildirildi ki, bu cür beynəlxalq tədbirlər Azərbaycanın turizm potensialını gücləndirməklə yanaşı, milli irsimizin dünya miqyasında tanıdılmasına mühüm töhfə verib.

Tədbirdə bir sıra rəsmi şəxslər, ictimai xadimlər, diplomatlar və Milli Məclisin deputatları iştirak etdilər. Qonaqlar festival ərazisində nümayiş olunan xalça kolleksiyaları, milli tətbiqi-dekorativ sənət nümunələri və beynəlxalq pavilyonlarla yaxından tanış oldular.

Beynəlxalq Xalça Festivalında bu il əsas təşkilatçılarla yanaşı 20-ə yaxın qurum tərəfdaş kimi çıxış edib. Azərbaycan xalçaçılıq sənətinin qədim tarixindən müasir dövrə uzanan inkişaf yolunu nümayiş etdirən Beynəlxalq Xalça Festivalı ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə təbliğində əhəmiyyətli rol oynamaqla yanaşı, İçərişəhərin tarixi mühitində bu cür genişmiqyaslı tədbirlərin uğurla təşkil oluna biləcəyini bir daha sübut etdi.

Nərmin Mustafayeva

Xəbər Lenti

“Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda təlim proqramı başa çatıb06.05.2026 - 18:08
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib06.05.2026 - 18:05
Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar həbs olunacaq06.05.2026 - 18:00
48 il sonra Azərbaycan filmi tapıldı - Fazil Salayevin kinoda son işidir06.05.2026 - 17:55
"ULTRA Technologies" ilə "Intellica Consulting" analitika və intellektual texnologiyalar sahəsində strateji tərəfdaşlıq elan etdilər06.05.2026 - 17:55
“Şahin” hərbi-idman oyununun Tərtər rayonu üzrə qalibi müəyyənləşib06.05.2026 - 17:54
Bu ölkədə məktəbdə zorakılıq edən şagirdlər cəzalandırılacaq06.05.2026 - 17:50
"Günəşdə təmir gedir, sağ tərəfdən uçun" - Astronomlardan maraqlı paylaşım06.05.2026 - 17:45
Tələbələr ədliyyə orqanlarında karyera imkanları barədə məlumatlandırılıblar06.05.2026 - 17:44
ADU-da Ulu Öndərin xatirəsi anılıb, tələbələrə YAP vəsiqələri təqdim edilib06.05.2026 - 17:36
"AzInTelecom" "GITEX AI 2026" qlobal müzakirələrində06.05.2026 - 17:35
Nabat Mirzəyeva: “Stres zamanı beynin emosional və rasional sistemləri arasında çaxnaşma yaranır”06.05.2026 - 17:32
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib06.05.2026 - 17:25
Müstəqil Azərbaycan dövlətinin qurucusu – Ümummilli Lider Heydər Əliyev06.05.2026 - 17:24
İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu06.05.2026 - 17:16
CNN-in qurucusu Ted Törner vəfat etdi06.05.2026 - 17:15
BDU-da tədbir: 1923-dən sonsuzluğa06.05.2026 - 17:06
“Avropa Universitetlərinin Sammiti”ndə Azərbaycan təcrübəsi06.05.2026 - 17:05
ADNSU və AZAL arasında əməkdaşlıq genişlənir06.05.2026 - 17:00
BSU-da Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib06.05.2026 - 16:55
BANM-in 11 proqramı beynəlxalq akkreditasiyadan keçib06.05.2026 - 16:45
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi uğur qazanıb06.05.2026 - 16:35
Firudin Qurbanov gələcəyin dənizçiləri ilə görüşüb06.05.2026 - 16:25
Xaricdə təhsil üzrə Dövlət Proqramına müraciət edənlərin nəzərinə06.05.2026 - 16:15
ATU-da beynəlxalq elmi konfrans keçirilib06.05.2026 - 16:05
SDU-nun yeni rektoru kollektivə təqdim olunub06.05.2026 - 16:00
Qarabağın 3 şagirdi RFO-nun qızıl medalçısı oldu06.05.2026 - 15:50
Naxçıvan Musiqi Kollecinin tələbəsi solo konsert verib06.05.2026 - 15:40
“Dövlət Proqramı: Xaricdə təhsildən dayanıqlı karyeraya” adlı tədbir keçirilib06.05.2026 - 15:30
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib06.05.2026 - 15:20
Altıncı “Yüksəliş” müsabiqəsinin ekspertlərinin seçim prosesi davam edir06.05.2026 - 15:10
Özbəkistanda Heydər Əliyevin xatirəsinə silsilə mədəni tədbirlər təşkil ediləcək06.05.2026 - 15:00
Təzyiq və gözləntilər insanın performansına necə təsir edir? -Mirsadiq Muxtarov06.05.2026 - 15:00
"Azərbaycan muğamı" layihəsi çərçivəsində növbəti konsert06.05.2026 - 14:40
BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb06.05.2026 - 14:25
Pedaqoji Universitetin Şəki filialında WUF13-lə bağlı infosessiya06.05.2026 - 14:10
BDU İtaliyada keçirilən Avropa Universitetləri Sammitində təmsil olunur06.05.2026 - 14:00
Təhsil İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib06.05.2026 - 13:50
Tarix və Etnologiya İnstitutunda Azərbaycanın enerji infrastrukturunun tarixinə dair dəyirmi masa təşkil edilib06.05.2026 - 13:40
Süni intellekt tibdə yeni imkanlar yaradır06.05.2026 - 13:25
Təhsildə inklüzivlik: prinsiplər və yanaşmalar – BMU-da təlim06.05.2026 - 13:10
BDU tələbələri “Azerbaijan International Mining Company Limited” şirkətində istehsalat təcrübəsində06.05.2026 - 13:00
TKT imtahanına qeydiyyat aparılır06.05.2026 - 12:50
“Yüksəliş” müsabiqəsinin altıncı mövsümünün Ümumi biliklər imtahanı üzrə nəticələri açıqlanıb06.05.2026 - 12:35
“Azərbaycan dilinin inkişaf strategiyası: Heydər Əliyev zirvəsi” - elmi konfrans06.05.2026 - 12:00
Pedaqoq : “Şagirdlərdə dərsə marağın azalması ciddi problemə çevrilir”06.05.2026 - 09:55
ADU nümayəndələri şəhid Ziya Ağayevə həsr olunmuş anım tədbirində iştirak ediblər06.05.2026 - 09:47
Akademik Rəfiqə Əliyevanın vəfatından 9 il ötür06.05.2026 - 09:35