Təhsil 365 - Logo Mobile

WUF13 Festivalı Şəkidə: ADPU-nun Şəki filialında məlumatlandırma sessiyası

8405.05.2026 - 18:16
WUF13 Festivalı Şəkidə: ADPU-nun Şəki filialında məlumatlandırma sessiyası

Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə respublikamızın müxtəlif şəhərlərində WUF13 Festivalı keçirilir. Festivalın növbəti ünvanı mayın 5-də Şəki şəhəri olub.

“Tehsil365" xəbər verir ki, festival çərçivəsində günün birinci yarısında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub. Sessiyada universitetin müəllim və tələbə heyəti, media nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

ADPU-nun Şəki filialının direktoru Vurğun Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu, Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov və “WUF13 Azərbaycan” Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək, WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13-ün ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.

Ramiz İdrisoğlu çıxışında şəhərsalmanın məşğulluğa, mobilliyə və imkanlara çıxışa təsiri barədə ətraflı məlumat verib. Bildirilib ki, müasir şəhərsalma, çoxmərkəzli inkişaf modeli insanların iş yerlərinə daha yaxın yaşamasına və məşğulluq imkanlarının artmasına şərait yaradır. Yeni şəhərsalma proqramları, infrastruktur layihələri, genişmiqyaslı quruculuq işləri tikinti və xidmət sahələrində yeni iş yerlərinin açılmasına birbaşa töhfə verir.

Sadiq Yusifov çıxışında növbəti WUF13 Festivalının Şəki şəhərində keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayaraq deyib: “2700 ildən artıq tarixi olan Şəki şəhəri orta əsr şərq şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan unikal bir yerdir. Şəhərin nadir tarixi memarlıq abidələri – karvansaralar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir. Gözəl təbii landşaft Şəki şəhərinə xüsusi memarlıq görünüşü vermək üçün geniş imkanlara malikdir, elə bu da şəhəri təkrarolunmaz memarlıq quruluşu ilə fərqləndirir. “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ilə əhatə olunan Şəkinin qədim hissəsində yerləşən küçələrin və tikililərin bir çoxu tarixi, bədii memarlıq cəhətdən böyük əhəmiyyət kəsb edir və maraq doğurur”.

Emin Hüseynzadə vurğulayıb ki, mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası hər kəs üçün açıqdır. O, iştirakçıları WUF13-də qeydiyyatdan keçməyə və fəal iştirak etməyə səsləyib.

Qeyd edək ki, iki hissədən ibarət WUF13 Festivalı axşam saat 18:00-da Şəki şəhərindəki Bəxtiyar Vahabzadə adına parkın qarşısındakı meydanda keçiriləcək ictimai proqramlarla davam edəcək.

Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Nərmin Mustafayeva

Xəbər Lenti

Bu gün Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür08.08.2026 - 06:50
“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib08.08.2026 - 05:58
Orta təhsil müəssisələrinə ixtisas seçimi davam edir08.08.2026 - 05:45
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb08.08.2026 - 05:33
Azərbaycandan dünyanın TOP universitetinə uzanan uğur hekayəsi-VİDEO08.08.2026 - 05:23
Epidemiologiya – ictimai sağlamlığın keşiyində duran gələcəyin peşəsi08.08.2026 - 05:14
Xəzər Universitetinin direktoru çıxış edib08.08.2026 - 05:05
ADNSU tələbəsi regional robototexnika yarışında hakim kimi iştirak edib08.08.2026 - 04:56
ADNSU-da şirkət rəhbərləri tələbə və məzunlarla biznesin gələcəyini müzakirə ediblər08.08.2026 - 04:47
Sumqayıt Dövlət Universitetinin rektoru, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli növbəti vətəndaş qəbulunu keçirib08.08.2026 - 04:38
BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi davam edir08.08.2026 - 04:29
BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz doldu08.08.2026 - 04:20
“UNECfest” tələbələrin yay tətilinə rəng qatdı08.08.2026 - 04:11
Özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib08.08.2026 - 04:03
İnkişafyönümlü əyani təlimlər başa çatıb07.08.2026 - 10:40
Arxeoloji tapıntı: Türkiyədə 1800 illik nəhəng heykəl üzə çıxıb07.08.2026 - 10:35
“IRS-Heritage” jurnalının ingilisdilli yeni sayı nəşr olunub07.08.2026 - 10:30
Rəfiqə Axundova - Azərbaycan balet sənətinin görkəmli siması07.08.2026 - 10:25
Azərbaycanla Tacikistan arasında təhsil sahəsində sənəd imzalanıb07.08.2026 - 10:20
Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək07.08.2026 - 10:15
Ağstafa və Gədəbəydə rəqəmsal arxeologiya təlimləri keçirilir07.08.2026 - 10:10
Türk xalqlarının İslamaqədərki fəlsəfi irsinə dair yeni elmi tədqiqat aparılıb07.08.2026 - 10:05
Proqram mühəndisliyi üzrə elmi əsərlərin xülasələr toplusu işıq üzü görüb07.08.2026 - 10:00
Dənizdə batan tələbənin bir aydır ki axtarışları davam etdirilir07.08.2026 - 09:55
Media və Yayım Şurası yaradılıb, strukturu təsdiqlənib07.08.2026 - 09:50
Bu günə olan hava proqnozu07.08.2026 - 09:45
Tailand məktəbində silahlı hücumun qurbanlarının sayı artıb07.08.2026 - 09:40
İxtisas seçimində iştirak edənlərin sayı məlum olub07.08.2026 - 09:35
Rumıniyada təqaüdlə təhsil hüququ qazananların siyahısı açıqlanıb07.08.2026 - 09:30
Süni intellektdən sui-istifadənin qarşısını almaq üçün şifahi müdafiə tətbiq edilir07.08.2026 - 09:25
BMU-da 3 ikili diplom proqramı və yeni ixtisaslar istifadəyə verilir07.08.2026 - 09:20
Alimlər süni intellektdən istifadə etməklə yeni viruslar hazırlayıblar07.08.2026 - 09:15
Naxçıvan məktəbləri yeni kompüterlərlə təmin olunub07.08.2026 - 09:10
Bakıda 7 təhsil müəssisəsində təmir işləri aparılır07.08.2026 - 09:05
Sabaha olan hava proqnozu07.08.2026 - 09:00
Şəkidə gənc alimlər üçün “Kəndə gəl” yay düşərgəsi təşkil olunacaq07.08.2026 - 08:04
BMU məzunu Dövlət Proqramı ilə ABŞ-də magistr təhsili alacaq07.08.2026 - 07:58
Respublika Gözdən Əlillər Kitabxanasına yeni mətbuat katibi təyin edilib07.08.2026 - 07:53
Regionun ən böyük kitab festivalı qayıdır07.08.2026 - 07:42
Azərbaycan filmi Rotterdam Beynəlxalq Film Festivalından qrant qazandı07.08.2026 - 07:40
ADPU-da 600+ bal toplayan tələbələrə yeni “Uğur” təqaüdü07.08.2026 - 07:33
“Psixoloji dəstək almaq problemli olmaq demək deyil, insanın öz psixi sağlamlığına dəyər verdiyini göstərir.”- psixoloq Nizami Orucov07.08.2026 - 06:18
“Hər məsciddə kitabxana” layihəsi çərçivəsində penitensiar müəssisələrə dəstək07.08.2026 - 06:15
Xalq rəssamı Toğrul Nərimanbəyovun anadan olmasından 96 il ötür07.08.2026 - 06:13
Kolleclərə ixtisas seçimi avqustun 9-dək davam edəcək07.08.2026 - 06:12
"Yatmazdan əvvəl imtahanın uğurla keçəcəyini təsəvvür etmək..."-Psixoloq Fuad Əsədov07.08.2026 - 05:58
Yeni tədris ilindən AzTU-da yeni ixtisas07.08.2026 - 05:48
Orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanları haqqında statistik məlumatlar07.08.2026 - 05:41