Təhsil 365 - Logo Mobile

“Oyunla oxuyaq” layihəsi çərçivəsində silsilə tədbirlər davam edir

9605.05.2026 - 17:05
“Oyunla oxuyaq” layihəsi çərçivəsində silsilə tədbirlər davam edir

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Balakən rayon bölməsi tərəfindən keçirilən tədbirlər uşaqların təhsil səviyyəsinin yüksəldilməsi, onların sosial bacarıqlarının inkişaf etdirilməsi və sağlam həyat tərzinin təbliğinə yönəlib.

“Tehsil365“ xəbər verir ki, layihə çərçivəsində keçirilən növbəti maarifləndirici tədbir “Sağlam qidalanma” mövzusuna həsr olunub. Tədbirdə uşaqlarla yanaşı valideynlərin də fəal iştirakı təmin olunub, onların birgə fəaliyyəti vasitəsilə həm maarifləndirici, həm də praktik bacarıqların formalaşdırılması məqsəd qoyulub. İştirakçılar iki qrupa bölünərək maraqlı və rəqabətli mühitdə öz bacarıqlarını nümayiş etdiriblər. Birinci qrup tərəfindən müxtəlif tərəvəzlərdən ibarət sağlam və qidalı salat hazırlanıb, ikinci qrup isə meyvələrdən istifadə edərək vitaminlərlə zəngin meyvə salatı təqdim edib.

Hazırlıq prosesi zamanı uşaqlar ərzaqların seçilməsi, yuyulması, doğranması və təqdim edilməsi kimi mərhələlərdə aktiv iştirak edib, bu isə onların həm gündəlik həyat bacarıqlarının, həm də məsuliyyət hissinin inkişafına müsbət təsir göstərib. Tədbirin əsas məqsədlərindən biri uşaqlara sağlam qidalanmanın əhəmiyyətini aşılamaq, təbii və yerli kənd məhsullarının insan sağlamlığındakı rolunu izah etmək olub. Müzakirələr zamanı uşaqlara düzgün qidalanmanın böyümə və inkişaf prosesindəki rolu sadə və anlaşılan formada çatdırılıb.

Eyni zamanda, bu cür fəaliyyətlər uşaqlarda komanda ilə işləmək, bir-birinə dəstək olmaq, öz fikirlərini sərbəst ifadə etmək və əmək vərdişlərini formalaşdırmaq baxımından da xüsusi əhəmiyyət daşıyır. Valideynlərin prosesə cəlb olunması isə ailə-məktəb əməkdaşlığının gücləndirilməsinə, uşaqların inkişafına kompleks yanaşmanın təmin olunmasına xidmət edir.

Qeyd edək ki, “Oyunla oxuyaq” layihəsi yalnız nəzəri biliklərin verilməsi ilə kifayətlənmir, eyni zamanda uşaqların öyrənmə prosesinə marağını artırmaq üçün interaktiv və praktik üsullardan geniş istifadə edir. Layihə çərçivəsində keçirilən hər bir təlim və tədbir uşaqların dünyagörüşünün genişlənməsinə, onların sağlam, savadlı və sosial cəhətdən fəal fərdlər kimi formalaşmasına töhfə verir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Balakən rayon bölməsi tərəfindən həyata keçirilən bu təşəbbüs bölgədə yaşayan uşaqların təhsil imkanlarının genişləndirilməsi və onların gələcək inkişafına dəstək baxımından mühüm əhəmiyyət kəsb edir. Layihənin növbəti mərhələlərində də müxtəlif mövzularda təlimlərin və maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.
Ümumilikdə, keçirilən hər bir fəaliyyət göstərir ki, uşaqların təhsili və tərbiyəsi sahəsində atılan kiçik addımlar belə gələcəkdə böyük nəticələrin əldə olunmasına zəmin yaradır. “Oyunla oxuyaq” layihəsi də məhz bu məqsədə xidmət edərək uğurla davam edir və iştirakçılar tərəfindən böyük maraqla qarşılanır.

Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyinin “İctimai təşəbbüslərin dəstəklənməsi” qrant layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Balakən rayon bölməsi tərəfindən keçirilir.

Mehriban İbadova

Xəbər Lenti

Hər 5 uşaqdan 4-ü rəqəmsal alətlərdən istifadə edir05.05.2026 - 19:08
Hava niyə bir gün isti, bir gün soyuq olur? - Ekoloqdan AÇIQLAMA05.05.2026 - 18:55
SDU-ya yeni rektor təyin edildi05.05.2026 - 18:54
LDU-da təhsil tələbə kreditləri ilə bağlı sessiya keçirilib05.05.2026 - 18:46
Məktəbdə 7 şagird qoğaldan zəhərlənib05.05.2026 - 18:38
Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir - Lənkəranda elmi seminar05.05.2026 - 18:32
GDU-da keçirilən olimpiadada 300-ə yaxın məktəbli biliyini sınayıb05.05.2026 - 18:24
WUF13 Festivalı Şəkidə: ADPU-nun Şəki filialında məlumatlandırma sessiyası05.05.2026 - 18:16
ATU-da stomatologiya sahəsində müasir tələblərə uyğun Tədris Mərkəzi açılıb05.05.2026 - 18:06
Mətbuat Şurasından müsahiblərlə bağlı ÇAĞIRIŞ05.05.2026 - 18:00
Elçin Süleymanov: “Müasir təhsil əzbərçiliyi deyil, məntiqi düşüncəni önə çıxarmalıdır”05.05.2026 - 17:59
Bakıda yeni muzey yaradılacaq05.05.2026 - 17:55
Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edir05.05.2026 - 17:54
Bakıda birinci sinfə qəbulla bağlı alternativ mərkəzlər - SİYAHI05.05.2026 - 17:50
Ədliyyə orqanlarına qəbul imtahanına qatılacaq şəxslərin nəzərinə05.05.2026 - 17:45
Çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan olunub05.05.2026 - 17:44
Sabah yağış yağacaq05.05.2026 - 17:40
“Heydər Əliyev xatirələrdə” – FHN-in Sumqayıt Regional Mərkəzində tədbir05.05.2026 - 17:36
Bir qrup din xadimi Naxçıvanda tarixi abidələrlə tanış olub05.05.2026 - 17:35
Ultra-işlənmiş qidalar təkcə çəkiyə deyil, beyin fəaliyyətinə də zərər verir – yeni araşdırma05.05.2026 - 17:30
Cəlilabadda gənc müəllim vəfat etdi05.05.2026 - 17:25
Beynəlxalq Xalça Festivalı uğurla başa çatıb05.05.2026 - 17:24
Prezident Sumqayıt Dövlət Universitetinə yeni rektor təyin etdi05.05.2026 - 17:20
BMU-da Milli Xalça Festivalı təşkil edilib05.05.2026 - 17:16
Astara Pedaqoji Kollecində Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarış keçirilib05.05.2026 - 17:15
Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərlənib05.05.2026 - 17:10
Azərbaycan davamlı və inklüziv şəhərsalma modelini beynəlxalq səviyyəyə çıxarmağa hazırdır05.05.2026 - 17:06
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı05.05.2026 - 17:00
Evdə təhsil alan şagirdlərə və ailələrinə dəstək layihəsi davam edir05.05.2026 - 17:00
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə 1026 layihə təqdim edilib05.05.2026 - 16:55
Təhsil Liderləri üçün mini MBA proqramı uğurla davam edir05.05.2026 - 16:45
Kibertəhlükəsizlik eksperti Elvin Abbasov: “Təhsilin rəqəmsallaşması gənclərin məlumatlarının qorunması məsuliyyətidir”05.05.2026 - 16:45
Qarabağ Universiteti Beynəlxalq BMT Modeli Konfransının iştirakçılarının seçim mərhələsi yekunlaşıb05.05.2026 - 16:35
Sumqayıtlı şagird ABŞ-nin nüfuzlu ali məktəbinə qəbul olub 05.05.2026 - 16:25
AzTU komandası basketbol turnirinin qalibi olub05.05.2026 - 16:15
Naxçıvanın bir neçə məktəbinə yeni direktor təyin edilib05.05.2026 - 16:05
ARDNF Qarabağ Universitetinin tələbələrinə mentorluq edəcək05.05.2026 - 16:00
Qəbələdə İnklüziv yaradıcı sənətlər festivalı keçirilib05.05.2026 - 15:50
BMU-da Materialşünaslıq laboratoriyası açılıb05.05.2026 - 15:40
IELS tədqiqatında Azərbaycandan 208 təhsil müəssisəsi iştirak edib05.05.2026 - 15:30
IELS 2025-in nəticələri açıqlanıb: Azərbaycan riyaziyyatda ortalamanı üstələyib05.05.2026 - 15:20
Azərbaycanda beşyaşlıların sosial-emosional bacarıqları qiymətləndirilib 05.05.2026 - 15:10
Dost çevrəsi şagirdin akademik nəticələrinə necə təsir edir?- Zeynəb Əyyubova05.05.2026 - 15:00
Sumqayıt Dövlət Universitetinə rektor təyin edildi05.05.2026 - 15:00
Türkiyədə Azərbaycan Kinosu Günlərinə başlanılıb05.05.2026 - 14:30
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə 1026 layihə təqdim edilib05.05.2026 - 14:15
IELS 2025 tədqiqatında Azərbaycandan 208 təhsil müəssisəsi iştirak edib05.05.2026 - 14:00