Bu gün Azərbaycanın ilk maarifçi qadınlarından biri olan Hənifə Aslanbəy qızı Məlikova-Abayevanın anım günüdür.
“Tehsil365” xəbər verir ki, O, 5 may 1856-cı ildə Nalçik şəhərində anadan olub, ömrünü maarifçilik və qadınların təhsilinə həsr edib.
Hənifə Məlikova-Abayeva Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin həyat yoldaşı olub. O, həyat yoldaşı ilə birlikdə xalqın maariflənməsi, xüsusilə qadınların təhsil alması istiqamətində mühüm fəaliyyət göstərib.
Maarifçi qadın uzun illər müəllimlik fəaliyyəti ilə məşğul olub, qızların məktəbə cəlb edilməsində mühüm rol oynayıb. Onun fəaliyyəti Azərbaycan qadınlarının ictimai həyata inteqrasiyasında əhəmiyyətli mərhələ hesab edilir.
Hənifə Məlikova-Abayeva 2 may 1929-cu ildə Bakıda vəfat edib. Onun adı Azərbaycan maarifçilik tarixində xüsusi hörmətlə yad edilir.

