Bu gün tanınmış diktor, Azərbaycanın əməkdar artisti Hicran Soltan oğlu Hüseynovnın doğum günü ilə bağlı xatirəsi yad olunur.
“Tehsil365” xəbər verir ki, Hicran Hüseynov 6 may 1942-ci ildə Qutqaşen rayonunda anadan olub. Uzun illər televiziya və radio sahəsində fəaliyyət göstərən sənətkar özünəməxsus səsi və peşəkar təqdimatı ilə tamaşaçıların yaddaşında iz qoyub.
O, Azərbaycan efir məkanında diktorluq sənətinin tanınmış nümayəndələrindən biri kimi fəaliyyət göstərib və bu sahənin inkişafına mühüm töhfələr verib. Peşəkar fəaliyyətinə görə 2006-cı ildə “Azərbaycanın əməkdar artisti” fəxri adına layiq görülüb.
Bakı şəhərində yaşayan Hicran Hüseynov 1 mart 2013-cü ildə vəfat edib.
Onun Azərbaycan televiziya və radio tarixindəki xidmətləri bu gün də ehtiramla xatırlanır.

