Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, xalq şairi Məmməd Rahimin anım günüdür.
“Tehsil365” xəbər verir ki, Məmməd Rahim 7 (20) aprel 1907-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan poeziyası və dramaturgiyasının inkişafında mühüm rol oynayıb, eyni zamanda tərcümə sahəsində də dəyərli fəaliyyət göstərib.
Şair 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Yaradıcılığı dövründə bir sıra fəxri ad və mükafatlara layiq görülən Məmməd Rahimə 1940-cı ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi”, 1964-cü ildə isə “Azərbaycan SSR xalq şairi” adı verilib. O, həmçinin 1949-cu ildə Stalin mükafatı laureatı olub.
Ədəbi fəaliyyəti və Azərbaycan mədəniyyətinə verdiyi töhfələr ilə seçilən Məmməd Rahim 6 may 1977-ci ildə Bakıda vəfat edib.
Onun zəngin yaradıcılığı Azərbaycan ədəbiyyatında bu gün də xüsusi dəyər daşıyır.

