Bu gün tanınmış diplomat Sima Rəhman qızı Eyvazovanın anım günüdür.
“Tehsil365” xəbər verir ki, Sima Eyvazova 2 oktyabr 1933-cü ildə Bakı şəhərində anadan olub. O, uzun illər SSRİ və Azərbaycan diplomatiyasında fəaliyyət göstərərək ölkəsini beynəlxalq platformalarda təmsil edib.
Diplomat peşəkar fəaliyyəti dövründə müxtəlif beynəlxalq təşkilatlarda və diplomatik missiyalarda çalışıb, Azərbaycan diplomatik məktəbinin formalaşmasına mühüm töhfələr verib. O, xarici siyasət sahəsindəki fəaliyyəti ilə ölkənin tanınmış diplomatlarından biri kimi yadda qalıb.
Sima Eyvazova 6 may 2009-cu ildə Cenevrə şəhərində vəfat edib.
Onun diplomatiya sahəsindəki xidmətləri bu gün də ehtiramla xatırlanır.

