Təhsil 365 - Logo Mobile

“ADPU-2030” Strateji İnkişaf Planının icrasının monitorinqi və qiymətləndirilməsinə dair metodik çərçivə qəbul olunub

7406.05.2026 - 09:22
“ADPU-2030” Strateji İnkişaf Planının icrasının monitorinqi və qiymətləndirilməsinə dair metodik çərçivə qəbul olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elmi şuranın növbəti iclasında universitetin uzunmüddətli inkişafının effektiv icrasını təmin etmək məqsədilə mühüm qərar qəbul olunub. İclasda “ADPU-nun 2025–2030-cu illər üzrə Strateji İnkişaf Planının icrasının monitorinqi və qiymətləndirilməsi haqqında Əsasnamə (Metodik Çərçivə)” təsdiq edilib.Qəbul olunan sənəd universitetdə strateji idarəetmənin institusional əsaslarını gücləndirərək Strateji İnkişaf Planının icrasının sistemli şəkildə izlənməsi, qiymətləndirilməsi və nəticələr əsasında qərarverməni təmin etməyə yönəlib.

“Tehsil365” xəbər verir ki, ADPU-dan verilən məlumata görə, yeni metodik çərçivəyə əsasən strateji məqsədlər, prioritetlər və fəaliyyət istiqamətləri üzrə icra vəziyyəti davamlı monitorinq ediləcək, nəticələr isə obyektiv indikatorlar və sübutlar əsasında qiymətləndiriləcək. Bu yanaşma qərarvermə prosesinin daha şəffaf, analitik və nəticəyönümlü təşkilinə imkan yaradır.

Sənədə görə, monitorinq prosesi yalnız fəaliyyətlərin icrası ilə məhdudlaşmır, eyni zamanda, nəticə və təsir göstəricilərinin ölçülməsi, resurslardan istifadə səmərəliliyinin təhlili, institusional risklərin müəyyənləşdirilməsi və düzəliş tədbirlərinin hazırlanmasını əhatə edir.

Metodik çərçivə beynəlxalq yanaşmalara uyğun hazırlanaraq ESG standartları, nəticəyə əsaslanan idarəetmə (Results-Based Management) və PDCA (Plan–Do–Check–Act) idarəetmə dövrü kimi müasir mexanizmlərə əsaslanır. Bu isə ADPU-da keyfiyyət təminatı və strateji idarəetmə sistemlərinin inteqrasiyasını daha da gücləndirir.

Yeni sistem çərçivəsində monitorinq çoxsəviyyəli yanaşma əsasında həyata keçiriləcək: strateji səviyyədə ümumi irəliləyiş, proqram və fəaliyyət səviyyəsində icra vəziyyəti, həmçinin nəticə və təsir səviyyəsində real dəyişikliklər qiymətləndiriləcək.

Sənəd, həmçinin “Əsas Fəaliyyət Göstəriciləri (KPI)”nin tətbiqini nəzərdə tutur. Hər bir indikator üzrə bazis göstəricilər, illik hədəflər və yekun nəticələr müəyyən ediləcək, icra vəziyyəti isə RAG (yaşıl–sarı–qırmızı) status sistemi ilə qiymətləndiriləcək.

Bununla yanaşı, monitorinq prosesi rəqəmsal platformalar və məlumat bazaları üzərindən həyata keçiriləcək, məlumatların toplanması, yoxlanılması və təhlili üçün vahid prosedurlar tətbiq olunacaq. Bu yanaşma məlumatların etibarlılığını artırmaqla yanaşı, real vaxt rejimində qərarverməni mümkün edəcək.

Sənəddə riskəsaslı monitorinq mexanizmi də xüsusi yer tutur. Bu çərçivədə idarəetmə, maliyyə, insan resursları və digər sahələr üzrə risklər sistemli şəkildə izlənəcək, yüksək risk hallarında operativ müdaxilə tədbirləri həyata keçiriləcək.

Hesabatlılıq sistemi təkmilləşdirilərək rüblük, yarımillik və illik monitorinq hesabatlarının hazırlanması, nəticələrin rəhbərliyə təqdim olunması və zəruri hallarda ictimaiyyətlə paylaşılması nəzərdə tutulur.

Qəbul edilmiş metodik çərçivənin tətbiqi nəticəsində ADPU-da strateji planın icrası üzrə vahid monitorinq sistemi formalaşacaq, qərarvermə prosesi daha sübut əsaslı və analitik olacaq, şəffaflıq və hesabatlılıq səviyyəsi yüksələcək, institusional inkişaf prosesləri isə daha çevik və nəticəyönümlü idarə olunacaq.

Bu addım ADPU-nun milli və beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılması, keyfiyyət təminatı sisteminin gücləndirilməsi və müasir universitet idarəetmə modelinə keçid baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, sözügedən çərçivə əsasında SİP üzrə fəaliyyətlərin icra monitorinqi və qiymətləndirmə işlərinin sistematik və operativ həyata keçirilməsi məqsədilə, həmçinin ADPU-nun Strateji İnkişaf Mərkəzinin Əsasnaməsi yenilənib və mərkəzin fəaliyyət istiqamətləri genişləndirilib. Yenilənmiş əsasnamədə strateji planlaşdırma, icra və monitorinq proseslərinin vahid yanaşma əsasında idarə olunması nəzərdə tutulur. Eyni zamanda, institusional inkişaf fəaliyyətlərinin daha effektiv koordinasiyası və qərarvermə proseslərində analitik göstəricilərdən istifadə əsas prioritetlərdən biri kimi müəyyən edilir.

Zeynəb Quluyeva

Xəbər Lenti

Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00
Ağdaş şəhəri üzrə təhsil sektoruna yeni müdir təyin edilib14.05.2026 - 16:55
Tibb eksperti Adil Qeybulla: “Hantavirusla bağlı narahatlıq əsassız deyil”14.05.2026 - 16:45
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçiriləcək14.05.2026 - 16:45
Psixoloq Nabat Mirzəyeva: “Yeni virus xəbərləri insanlarda qorxu və təşvişi artırır”14.05.2026 - 16:35
Bu ildən rezidenturaya qəbul imtahanının II mərhələsi elektron olacaq14.05.2026 - 16:35
İmposter sindromu və uğur paradoksu-Məqalə14.05.2026 - 16:30
AZCON Mühəndislik və Texnologiya Məktəbi təsis edilib 14.05.2026 - 16:25
Azərbaycanda iki yeni institut yaradılıb14.05.2026 - 16:15
Qarabağ Universiteti elmi jurnal hazırlayıb14.05.2026 - 16:05
Təhsil üzrə bir sıra mühüm xidmətlər artıq "mygov"da14.05.2026 - 16:00
“Açıq dərs”də gənclər ailə dəyərlərindən danışdılar14.05.2026 - 15:50
ADPU-da “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” konfransı keçirilir14.05.2026 - 15:40
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib14.05.2026 - 15:30
Peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 15:20
Süni intellekt və kibertəhlükəsizlik bacarıqları peşə təhsili kurikulumlarına daxil ediləcək14.05.2026 - 15:10
İnsan niyə özünü başqaları ilə müqayisə edir? - Aytən Ələkbərova14.05.2026 - 15:00
Peşə təhsilində ikili diplom proqramları tətbiq ediləcək14.05.2026 - 15:00
Azərbaycanda proqram mühəndisliyi sahəsində elmi fəaliyyət genişlənir14.05.2026 - 14:45